Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3357/2023 28.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Zərərçəkmiş şəxs X3, Protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X1 iştirakı ilə, xx xxxxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib olunmuş 25 noyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 29 sentyabr 2023-cü il tarixdə X3 əmlakına ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı X2 protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Ramin Quliyev əvvəl DİN 102 xidmətinə sonradan isə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O, müraciətində qeyd etmişdir ki, özünə məxsus “VAZ-21099” markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanli avtomobili yaşadığı evin yaxınlığında “NBT” qadın salonunun qarşısında saxlamış və həmin salonu icarə əsasənda işlədən Nabat adlı qadın onun avtomobilin alın şüşəsinə kimyəvi maddə tökmüş və nəticədə avtomobilə 320 manat ziyan dəymişdir. Sonda o, məhkəmədən protokolu müdafiə etdiyini bildirdi və məhkəmədən barəsində icraat aparılan şəxsin inzbati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Onun məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclası təxirə salınmış, lakin Şəxs təkrarən heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə icalsında zərərçəkmiş şəxs zərərçəkmiş şəxs X7 bildirmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə veteranıdır. O, özünə məxsus “VAZ-21099” markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanli avtomobili yaşadığı evin yaxınlığında “NBT” qadın salonunun qarşısında saxlayır. Avtomobili orada saxlama səbəbi isə yaşadığı küçədə işıqlanmanın olmamasıdır. xx.xx.2023-cü il tarixdə o, səhər saatlarında babası Aydın ona zəng edərək avtomobilin üzərinə su töküldüyünü demişdir. O, avtomobilinin saxladığı yerə gəlmiş və görmüşdür ki, avtomobilinə kimyəvi maddə tökülmüş və ön şüşəsi çatlamışdır. O, avtomobilə həmin kimyəvi maddəni “NBT” qadın salonunu işlədən Nabat adlı qadının tökdüyünü bilmişdir. Həmin vaxt Nabat salondan çıxmış və kimyəvi maddəni tökdüyünü etiraf etdiyini, yaxşı etdiyini avtomobili birdə orda saxlamamağına görə etdiyini demişdir. Sonda o, avtomobilinə 320 manat ziyan dəydiyini bildirmiş, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X3 ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs zərərçəkmiş şəxsin avtomobilinə ziyan vurduğundan, onun əməlində İXM-in 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti 2-ci polis şöbəsinin İTB-nə göndərilmişdir. Qüsur aktı rəyindən görünür ki, X6 məxsus “VAZ-21099” markalı ** BF *** dövlət qeydiyyat nömrə nişanli avtomobilinə 320 (üç yüz iyirmi) manat zərər dəymişdir. 10 aprel 2023-cü il tarixli 115417 nömrəli Vəsiqənin surətindən görünür ki, zərərçəkmiş şəxs X8 müharibə veteranıdır. Zərərçəkmiş şəxs X4 təqdim etdiyi fotoşəkillərdən görünür ki, VAZ 21099 markalı avtomobilin üzərinə maye tökülmüşdür. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən etməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın 1 (bir) misli miqdarında, yəni 320 (üç yüz iyirmi) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3357/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3357/2023
28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver