Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3378/2025 16.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Qərarından şikayət verilən orqanın Gəncə Şəhər Baş Polis İdarəsinin nümayəndəsi X3, X14 haqqında qərardan şikayət vermiş X5 iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X14 haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X14 haqqında qərara əsasən X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 150 (yüz əlli) manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X8 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci tarixdə saat 12:44-də etibarnamə ilə idarə etdiyi “CHEVROLET MALİBU “ minik markalı 77RF272 dövlət qeydiyyat avtomobilini Gəncə şəhəri, Müseyib Bağırov küçəsində yerləşən “Kapital Bank” Kəpəz filialının qarşısında olan duracaqdan geriyə verib, öz hərəkət yoluma keçib hərəkət edən zaman Gəncə şəhər DYPŞ-nin inspektoru polis serjantı X6 ona yaxınlaşıb, “guya qayada” pozuntusu etdiyini bildirib, əlində olan GPS :40.67935xx.xx.3749587 nömrəli cihazla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli X12 protokol tərtib edilmiş və həmin protokol əsasında Gəncə şəhər DYPŞ-nin polis mayoru X9 tərəfindən xx.xx.2025-ci il tarixli, X14 haqqında TP ******* nömrəli qərarı qəbul edilərək və həmin qərarla barəsində 150 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Gəncə şəhər DYPŞ-nin Gəncə şəhər DYPŞ-nin polis mayoru X9 tərəfindən xx.xx.2025-ci il tarixli, X14 Haqqında TP ******* nömrəli qərarın surəti xx.xx.2025ci il tarixdə ona verilmişdir. Lakin, Gəncə şəhər DYPŞ-nin inspektoru polis serjantı X6 tərəfindən GPS :40.67935xx.xx.3749587 nömrəli cihazla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP nömrəli X12 İXP ******* protokol ona verilmədiyindən onun tələbi ilə xx.xx.2025-ci il tarixdə ona verilmişdir. Gəncə şəhər DYPŞ-nin polis mayoru X9 tərəfindən xx.xx.2025-ci il tarixli, X14 Haqqında TP ******* nömrəli qərarın surətində qeyd edilmişdir ki, qərarın surəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində X12 iş üzrə qərardan yuxarı səlahiyyətli orqana(vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Barəsində tərtib edilmiş protokol və onun əsasında çıxarılmış qərar qanunsuz və əsassız olduğundan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 128.2.3 və 129.1.3-cü maddələrinə əsasən məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Belə ki, onun barəsində Gəncə şəhər DYPŞ-nin inspektoru polis serjantı X6 tərəfindən xx.xx.2025-ci il tarixli, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, İXP ******* nömrəli X12 protokolun yuxarı hissəsində protokolun tərtib edildiyi yer güya (X15 44, ünvanın qarşısında GPS: 40.67935xx.xx.3749587 nömrəli cihazla, xx.xx.2025-ci il tarixində saat 12:44-də “CHEVROLET MALİBU “ minik markalı 77RF272 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən, xx.xx.1976-cı ildə Gəncə şəhərində anadan olmuş X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş qeydləri aparmaqla, Gəncə şəhər DYPŞ-nin inspektoru polis serjantı X2 yazılsa da, imza etməmiş və eləcədə protokolun rekvizitləri tam doldurulmamışdır. Bundan başqa, Gəncə şəhər DYPŞ-nin polis mayoru X9 tərəfindən xx.xx.2025-ci il tarixli, X14 Haqqında TP ******* nömrəli qərarında da qanun pozuntularına yol verməklə qərar qəbul etmişdir. Gəncə şəhər DYPŞ-nin inspektoru polis serjantı X6 ona yaxınlaşıb, “guya qayada” pozuntusu etdiyini bildirib, əlində olan GPS :40.67935xx.xx.3749587 nömrəli cihazla, Müseyib Bağırov küçəsində yerləşən “Kapital Bank” Kəpəz filialının qarşısında olan duracaqdan etibarnamə ilə idarə etdiyi “CHEVROLET MALİBİ “ minik markalı 77RF272 dövlət qeydiyyat avtomobilini geriyə verib, yolun sağ tərifində olan hərəkət istiqamətinə keçdiyi halda qanunsuz və əsassız olaraq Dədə Qorqud 44 küçəsində yol hərəkəti qaydasını pozduğuma görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli X12 protokol tərtib edilmiş və həmin protokol əsasında Gəncə şəhər DYPŞ-nin polis mayoru X9 tərəfindən xx.xx.2025-ci il tarixli, X14 Haqqında TP ******* nömrəli qərarı qəbul edilərək və həmin qərarla barəsində 150 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Gəncə şəhər DYPŞ-nin YNH-üzrə inspektoru polis tərəfindən onun barəsində tərtib edilmiş protokol və qəbul edilmiş qərardan göründüyü kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş 2. nömrəli və 4 nömrəli əlavəsi və eləcədə Azərbaycan Respublikasının DİN-nin 12 may 2017-ei il tarixli № Q25-001-17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 8-ci maddəsində nəzərdə tutulan tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən xx.xx.2025-ci il tarixli EQ 29424908 nömrəli X14 haqqında qərarın ləğv edilməsini və X12 icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X8 izahatında ərizəni müdafiə edərək bildirmişdir ki, o, Müseyib Bağırov küçəsində yerləşən “Kapital Bank” Kəpəz filialının qarşısında olan duracaqdan etibarnamə ilə idarə etdiyi “CHEVROLET MALİBU“ minik markalı 77RF272 dövlət qeydiyyat avtomobilini geriyə verib, yolun sağ tərifində olan hərəkət istiqamətinə keçdiyi halda qanunsuz və əsassız olaraq Dədə Qorqud 44 küçəsində yol hərəkəti qaydasını pozduğuma görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli X12 Protokol tərtib edilmiş və həmin protokol əsasında Gəncə şəhər DYPŞ-nin polis mayoru X9 tərəfindən xx.xx.2025-ci il tarixli, X14 Haqqında TP ******* nömrəli qərarı qəbul edilərək və həmin qərarla barəsində 150 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. O, hesab edir ki, həmin qərar qanunsuzdur. Ona görə də xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X14 haqqında qərarın ləğv edilməsini və X12 icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, onun barəsində pozuntu ilə bağlı protokol tərtib edildikdən sonra o həmin yerə bir daha getmiş, pozuntu hesab edilən əməli bir daha icra etmiş, bu əməlin pozuntu olmadığını sübut etmək üçün onu videolentə almışdır və həmin videodiski məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Gəncə Şəhər Baş Polis İdarəsinin nümayəndəsi X1 Vüsal Suliddin oğlu tərəfindən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X14 haqqında qərarın ləğv edilməsinə dair verilmiş şikayətin təmin edilməməsini qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmçinin şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş videodiskə baxış keçirilən zaman hadisənin eynilə videogörüntüdə olduğu kimi baş verdiyini məhkəmənin diqqətinə çatdırmışdır Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş -xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə, yəni birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə, onun barəsində 150 (yüz əlli) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli X12 protokolun surətindən görünür ki, X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - İş materiallarına əlavə edilmiş video diskə baxış zamanı müəyyən edilmişdir ki, X8 ikitərəfli hərəkət yolunda müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmişdir. Vidediskə baxış keçirilən zaman həm şikayətverən şəxs, həm də protokolu tərtib edən şəxs hadisənin videogörüntüdə olduğu kimi baş verdiyini etiraf etmişlər. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən X14 haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə iclasında videodiskə baxış keçirilən zaman təqdim olunan görüntüdən şikayətçinin pozuntu törətdiyi aşkar görünür. Onun gətirdiyi dəlilləri isə məhkəmə şəxsin məsuliyyətdən yayınması üçün gətirdiyi dəlillər hesab edir. İş materiallarında olan video görüntüdən görünür ki, “CHEVROLET MALİBU“ minik markalı 77RF272 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsini idarə edən X8 birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X7 inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X5 şikayəti təmin edilməməli, onun barəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli X14 haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X8 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X16 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3378/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3378/2025
16.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver