Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3381/2024 18.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı Turab Hacıyevin, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Samux rayonunun Burunqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 01 sentyabr 2024-cü il tarixdə Şəxs qonşusu X5 fiziki ağrılar yetirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 18 sentyabr 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı Turab Hacıyev inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, yoldaşı ilə evə qayıtdığı zaman maşını binananın qabağında saxlamışlar. Bu zaman Rüstəmov Ramil onun yoldaşının qabağını kəsib ona maşını orda saxlamamasını bildirmişdir. O, Rüstəmov Ramilə “sən kimsən ki, bizə maşını harda saxlamağımızı bildirirsən” kimi sözlər işlətmişdir. Bu zaman Ramil ona qarşı nalayiq ifadələr işlətmiş və o, əsəbləşərək əlindəki telefonu ona doğru atmış, amma telefon ona dəyməmişdir. Eyni zamanda bildirmişdir ki, o, Ramilə daş atmamışdır. Zərərçəkmiş şəxslə barışmışlar. Barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 bildirdi ki, Hadisə olan zaman o, yoldaşı ilə qonaqlıqdan gəlirdi. O, içkili olduğu üçün maşını onun yoldaşı sürürdü. Onlar maşını binananın qabağında saxlamışlar. Bu zaman Natəvanın yoldaşı X1 maşını orda saxlamışdır. O, Hünərə yaxınlaşıb ona bildirmişdir ki, maşını dünən onun yerində saxlamışdı, amma bügün sağolsun orda saxlamamışdır. Abdullayev Hünər ona bildirmişdir ki, problem yoxdur başa düşdü. X10 yoldaşı Natəvan xanım gəlmiş və ona qarşı “sən kimsən, kimsənki ərimə söz deyirsən, binanın sahibi sənsən” kimi sözlər işlətmişdir. Şəxs ilə barışıblar. Barışmaları barədə məhkəməyə ərizə ünvanlayaraq inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X2 bildirdi ki, Hadisə olan zaman o, yoldaşı ilə qonaqlıqdan gəlirdi. Yoldaşı içkili olduğu üçün maşını o sürürdü. Onlar maşını binananın qabağında saxlamışlar. Bu zaman Natəvanın yoldaşı X1 maşını orda saxlamışdır. Onun yoldaşı Hünərə yaxınlaşıb ona bildirmişdir ki, maşını dünən onun yerində saxlamışdı. Abdullayev Hünər ona bildirmişdir ki, problem yoxdur başa düşdü. X10 yoldaşı Natəvan xanım gəlmiş və ana qarşı “sən kimsən, kimsənki ərimə söz deyirsən, binanın sahibi sənsən” kimi sözlər işlətmiş, sonra telefonu onun yodaşına doğru atmış və telefon onun yoldaşına dəymişdir. Telefonu yerdən götürərək ikinci dəfə atanda öz yoldaşına dəymişdir. Məhkəmə iclasında şahid X3 bildirdi ki, o, maşınını binanın qabağında saxlayan zaman Rüstəmov Ramildə orda idi. Ramil ona yaxınlaşaraq maşınını dünən onun yerində saxladığını bildirmişdir. Bu zaman onun yoldaşı Natavan gələrək söhbətə qarışmışdır. Natavan əsəbləşərək əlindəki telefonu Ramilə doğru atmışdır. Yerdən daş götürmək isdədiyi zaman o, Natavanı qoymamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidlərin və zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: -Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı Turab Hacıyev tərəfindən tərtib edilmiş 18 sentyabr 2024-cü il tarixli MN № ******* saylı protokolda göstərilmişdir ki, 01 sentyabr 2024-cü il tarixdə Şəxs qonşusu X5 fiziki ağrılar yetirmişdir. -Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş 11 sentyabr 2024-cü il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Gəncə şəhər 2-ci PŞ-in İTB-nə göndərilmişdir. Zərərçəkmiş şəxs X4 18 sentyabr 2024-cü il tarixli ərizəsində görünür ki, o, Şəxs ilə barışmış, ona görə də sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 18 sentyabr 2024-cü il tarixli ərizəsində görünür ki, o, zərər çəkmiş şəxs X7 ilə barışmış və barəsində inzibati xəta haqqında iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3381/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3381/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver