Məhkəmə qərarları › İş №3(125)-3390/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3390/2023

18.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3390/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qzının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X8i İdarəsinin 01 oktyabr 2023-cü il tarixli EQ 17208618 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN-nin Baş X8i İdarəsinin 01 oktyabr 2023-cü il tarixli EQ 17208618 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-cü maddəsi ilə təqsirli bilinərək, 300 manat cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərardan narazı qalan X3 məhkəməyə şikayət verərək, barəsində AR DİN BDYPİ polis polkovnik leytenantı X4 tərəfindən xx.xx.2023-cü il tarixində tərtib olunmuş EQ 17208618 saylı inzibati tənbeh vermə haqqında qanunsuz qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan inzibati tənbeh vermə haqqında EQ 17208618 saylı xx.xx.2023-ci il tarixli inzibati qərarı qərəzli, qanunsuz, ədalətsiz və tam əsassız olduğuna görə məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. X3 xx.xx.2023-ci il tarixdə Bakı-Qazax yolu 141-ci km Bakı istiqamətində saat 02:31:35 radələrində idarə etdiyi **-EP-*** dövlət qeydiyyat nişanlı CHEVROLET MALİBU minik markalı avtomobillə hərəkətdə olan zaman mülkiyyət hüququ X6 məxsus olsada, sürücülük hüququ olmadığından avtomaşın X2 tərəfindən idarə edilmişdir. Qeyd edilən hüquq pozuntusu da X2 onun tərəfindən törədilmişdir. BBDYPİ İ polis polkovnik leytenantı X4 tərəfindən barəsində EQ 17208618 saylı xx.xx.2023-ci il tarixli inzibati qərarı tərtib etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayətin məzmununa uyğun izahat verərək, onun barəsində qəbul edilmiş mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası DİN-nin Baş X8i İdarəsinin polis polkovnik leytenantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2023 tarixli EQ 17208618 nömrəli qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 328.1-ci maddəsi ilə inzabati məsuliyyətə cəlb edilmişdir. Gəncə şəhər X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-ci il tarixli EQ 17208618 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 328.1-cü maddəsi ilə təqsirli bilinərək, 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.7-ci maddəsi ilə barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Azərbaycan Respublikası İXM-nin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Odur ki, qeyd olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, X3 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən prosessual qanunvericiliyin tələbləri pozulduğundan və işin halları hər tərəfli araşdırılmadığından, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və yenidən araşdırma aparmaq üçün qərarın surəti səlahiyyətli orqana qaytarılmalıdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, X3 şikayətində səlahiyyətli orqan tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun da ləğv edilməsini xahiş etmişdir. Şikayətin həmin dəlilini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində yalnız inzibati xəta haqqında iş üzrə qərarlardan və ya qərardadlardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, şikayət həmin hissədə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 134.1.4, 135.1.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Baş X8i İdarəsi tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2023-ci il tarixli EQ 17208618 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qərarın surəti inzibati xəta haqqında işə yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar