Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-340/2023 14.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 4-cü PB-nin sahə rəisi polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs1lə Zərərçəkmiş şəxs2 Şəxs X2, ictimai yerdə nalayiq ifadələrlə təhqir etmişdir. Nəticədə Azərbayan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 4-cü PB-nin sahə rəisi polis kapitanı X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, adı polisə sonradan məlum olan vətəndaş Şəxs X2, ictimai yerdə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 uca səslə nalayiq ifadələrlə təhqir etmiş, bununla da Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, Astara-Gəncə arası sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. X2 avtobuslar növbə ilə sərnişin götürür, bir neçə dəfə Zərərçəkmiş şəxs2 və və Zərərçəkmiş şəxs1 ondan əvvəl sərnişin götürdükləri və onun növbəsinə girdikləri üçün o, əsəbləşib öz iradını bildirmişdir. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərdən üzr istədiyini və ona yüngül tənbeh verilməsini xahiş etmişdir. Məhkəmə icalsında Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, Gəncə- Lənkəran arası sərnişin daşımaqla ailəsini dolandırır. Şəxs avtovağzaldan sürücü kimi tanıyır. 2023-cü ilin yanvar ayının ortalarında səhər tezdən o, avtobusda sərnişinlərlə olan zaman Mahir avtovağzalda uca səslə qışıraraq ona nəlayiq ifadələr deyib onu təhqir etmişdir. Mahir ona vaxtına girib, onun sərnişinlərini götürdüyünü bildirərək onu söymüşdür. Sonda o, qanunvericlikdə nəzərdə tutulmuş qaydada qərar verilməsini xahiş etmişdir. Məhkəmə icalsında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Gəncə-Astara arası sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. 2023-cü ilin yanvar ayında səhər tezdən o, avtobusda sərnişinlərlə birlikdə olarkən Mahir onu X2 uca səslə nəlayiq ifadələrlə söyərək onun sərnişinlərini oğurlamaqda ittiham etmişdir. O, həqiqətin belə olmadığını Mahirə izah etməyə çalışsada, Mahir öz hərəkətlərinə məhəl qoymamışdır. Sonda o, qanunvericlikdə nəzərdə tutulmuş qaydada qərar verilməsini xahiş etmişdir. Məhkəmə icalsında şahid kimi ifadə vermiş X6 ifadəsində bildirmişdir ki, o, təxminən yanvar ayının 10-15-də X3 Astara rayonuna getmək üçün Zamiqin idarə etdiyi sarı rəngli Ford markalı avtomobilə əyləşmiş, bir neçə dəqiqədən sonra Mahir adlı şəxs Zamiqin avtomobilinin qarşısını kəsərək onun getməsinə maneə olmuş və sürücünü nəlayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə icalsında şahid kimi ifadə vermiş Şahid ifadəsində bildirmişdir ki, təxminən yanvar ayının 10-15-də səhər saat 08 radələrində X1 Lənkaran şəhərinə getmək üçün Ramilin idarə etdiyi ağ, Sprinter markalı avtomobilə əyləşmiş, təxminən 3-4 dəqiqə sonra adı ona sonradan məlum olan Mahir adlı şəxsin Ramili uca səslə təhqir etdiyini görmüş, daha sonra ətrafdakı şəxslər Mahiri aralayıb aparmışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs həmin gün saat 13:30-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri və şahidləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozması, bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin izahatları, barəsində tərtib edilmiş protokol və digər sənədlər ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini qismən etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Bununla belə Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli protokoldan məlum olur ki, Şəxs həmin tarixdə inzibati qaydada tutulmuşdur. Buna görə də məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş 100 manat məbləğində cərminin dörddə üçü həddində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona, 75 (yetmiş beş) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №3(125)-340/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-340/2023
14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver