Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3409/2024 29.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah оğlu, Şəxs Gəncə Şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 3(125)-3409/2024 nömrəli qərarına xitam verilməsi ilə bağlı vəsatətinə baxaraq müəyyənetdi: Gəncə Şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 3(125)-3409/2024 nömrəli qərarı ilə Şəxs xx.xx.2024-cü il tarixli EQ 21187534 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərara əsasən ona təyin edilmiş inzibati cəriməni qərarın qüvvəyə mindiyi tarixdən 3 ay müddətində icra etmədiyinə görə Аzərbaycan Rеspublikasının İnzibаti Хətаlаr Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmışdır. Şəxs 26 dekabr 2024-cü il tarixdə vəsatətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək bildirmişdir ki, inzibati cəriməni ödəmişdir. Buna görə də Gəncə Şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 3(125)-3409/2024 nömrəli qərarına xitam verilməsini xahiş etmişdir. Vəsatətə əlavə edilmiş Asanpay veb ödəniş portalından çıxarışdan görünür ki, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixli EQ 21187534 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə 10 (on) manat cərimə və ona hesablanmış 6 (altı) manat dəbbə pulu ödənilmişdir. Azərbaycan Respublikası İXM-in 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati tənbeh edilməsinə dair Gəncə Şəhər Məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli, 3(125)-3409/2024 nömrəli qərarına xitam verilsin. Hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3409/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3409/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver