Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3420/2023 20.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhər Prokurorluğu "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi barədə 13 noyabr 2*21-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar” qəbul edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə şəhər Prokuroru baş ədliyyə müşaviri X3 xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarda bildirilmişdir ki, 29 iyun 2*23-cü il tarixdə saat 2*:51-də Gəncə şəhər 1-ci poliş şöbəsindən şəhər prokurorluğuna Gəncə şəhəri, Əttarlar küçəsi 2-ci döngə, ev 25A-da qeydiyyatda olmaqla yaşamış, 17 may 1986-ci il təvəllüdlü X7 Gəncə çayının sol sahilində yarımçıq tikilinin həyətində meyitinin aşkar edilməsi faktı əsasında şəhər prokurorluğunda araşdırma aparılmışdır. Material üzrə izahat vermiş X18 bildirmişdir ki, X2 tanımış onunla dostluq münasibəti olub, aralarında düşmənçilik və ədavətləri olmamışdır. O, mərhum Natiqi təqribən 2**8-2**9-cu illərdən tanımış, 2*15-ci ilə kimi Natiq onun həmin vaxt yaşadığı Gəncə şəhəri, Atatürk prospekti 261, ev 4 mənzil 4-ün yaxınlığında ata mülkü olan çayxananı işlətmişdir. Həmin vaxt o, da çayxanaya gedib gəldiyindən aralarında yaxşı münasibət yaranmışdır. Natiq həmin vaxt güləş idmanı ilə məşğul olmaqla və yaxşı idmançı olmuşdur. Natiq 26 iyun 2*23-cü il tarixdə bildiyinə görə sonuncu dəfə zəngi Vüsala etmişdir. Natiqi Vüsalla o, tanış etmiş, Vüsal Gəncə şəhər Təhsil idarəsinə məxsus şirkət tərəfindən 29 Nə-li məktəbdə kafel ustası işləmişdir. O, da Vüsaldan xahiş edərək Natiqi ora işə düzəltmişdir. Natiq də orada yerə vurulacaq metlaxın yerini düzəldərək hər kvadratmetrə görə 5,5* manat pul almışdır. Natiq bir neçə gün əvvəl işdən çıxdığından Vüsala zəng vurmuşdur ki, onun yanına işə qayıtsın, Vüsal da ona demişdir ki, işi yekunlaşmaq üzrədir, burada iş yoxdur. Vüsal həmin günü işləyərkən kazyoldan yıxılmış və sol ayağı sınmışdır. Vüsal hazırda sol ayağının sınması ilə bağlı müalicə alır. X25 izahatında bildirmişdir ki, 2*23-cü ilin may ayından Gəncə şəhəri 29 nömrəli orta məktəbdə Gəncə şəhər Təhsil İdarəsinin nəzdində olan tikinti şirkətində usta işləyir. İş icraçısı Məhərrəm adlı şəxsdir. Tikinti şirkətinin onunla əmək müqaviləsi bağlayıb bağlamamasını bilmir. Şirkət tərəfindən ona əmək müqaviləsi verilmədiyindən təqdim edə bilmir. Ona əmək haqqı iş icraçısı Məhərrəm tərəfindən görülən işə görə verilir. X2 tanıyırmış, onunla dostluq münasibəti olub, aralarında düşmənçilik və ədavətləri olmamışdır. O, mərhum Natiqi tanışı X8 görə tanımışdır. Belə ki, Atəş 19 iyun 2*23-cü il tarixdə mərhum Natiq Abbasovla birlikdə 29 nömrəli orta məktəbə gələrək iş icraçısı Məhərrəmin tabeçiliyində işləyərək məktəbin sanitar qovşağının otaqlarının yerini qırlanması və tol örtüklə örtüklənməsi işlərini görməyə başlamışlar. Atəş həmin məktəbdə 2 gün işləyib pulunu aldıqdan sonra çıxıb getmiş, Natiq isə 25 iyun 2*23-cü il tarixə kimi 29 nömrəli məktəbdə sanitar qovşaq otaqlarının yerinin qırlanması və tol örtüklə örtülməsi işlərini görmüşdür. 25 iyun 2*23-cü il tarixdə iş icraçısı Məhərrəm onun atasının adına olan “Beynəlxalq bank” bankının elektron kartına 2** manat pul atmışdır ki, işçilərin pulunu ver. O, da həmin pulu çıxarıb saat 13 radələrində Natiqə 5* manat pul vermiş və həmin puldan 5* manat Nağıya, 5* manat Ayaza, 5* manat isə Bilala vermişdir. Natiqə 5* manat verəndə ona demişdir ki, uşağın ad günü olacaq iş icraçısı Məhərrəmə de 5* manat da pul versin. O, da Natiqə demişdir ki, Məhərrəm getdi, sabah deyərəm əgər pul versə sənə zəng vuraram gəlib apararsan. O, səhəri günü Məhərrəmə demişdir ki, Natiq uşağının ad günü ilə bağlı əlavə 5* manat da pul istəyir. Məhərrəm də demişdir ki, hazırda işçilərə verməyə əlavə pul yoxdur, olanda verər. Natiq səhəri, yəni 26 iyun 2*23-cü il tarixdə saat 16 radələrinə kimi təqribən 9-1* dəfə ona zəng vurub demişdir ki, işləmək istəmir, Məhərrəmə de pulunun hamısını versin. O, da Natiqə demişdir ki, Məhərrəmə deyir hazırda pul yoxdur, olanda verəcək. Natiqin ona zəng etdiyi mobil nömrəsinin əvvəli *5* ilə olsada nömrənin qalanını xatırlamır. Natiq ondan sonra ona zəng vurmamış və 3* iyun 2*23-cü il tarixdə isə tanışı Atəşdən Natiqin narkotikdən artıq istifadə etməsindən ölməsi xəbərini eşitmişdir. Natiq ona maraqlı olmadığından onun yas yerində iştirak etməmişdir. Natiqin işləməsinə görə 8* manat pulu qaldığından iş icraçısı Məhərrəm avqust ayının 2-3 olarmış həmin pulu ona vermiş və o, da 8* manat pulu Atəşə vermişdir ki, Natiqin ailə üzvlərinə versin. O, həmçinin *1 iyul 2*23-cü il tarixdə saat 12 radələrində öz evində tavanın alçipan işlərini görərkən ayağının altında olan ayaqaltı stol aşdığından yerə yıxılaraq sağ ayağının daban nahiyəsindən sınması xəsarəti almış və hazırda ayağının sınığı ilə bağlı müalicə alır. Ayağını Gəncə şəhər 3 nömrəli xəstəxanasının həkim Ayaz gipsə qoymuşdur. X5 izahatında bildirmişdir ki, 2*23-cü ilin may ayından Gəncə şəhəri 29 nömrəli tam orta məktəbdə Gəncə şəhər Təhsil İdarəsinin nəzdində olan “Azİnvest” tikinti şirkətində əmək müqaviləsi olmadan iş icraçısı işləyir. Naib həmin tikinti şirkətində baş mühəndis işləyir və görülən ümumi işlərə nəzarət edir. O, iş icraçısı işləməklə işi yeni tikilən Gəncə şəhər 29 nömrəli tam orta məktəbin döşəməsinə və sanitar qovşağına kafel və metlax vurulmasını təmin etməkdir. O, həmin tikinti şirkətində iş icraçısı olaraq hazırda əmək müqaviləsi olmadan 9 nəfər işçi işlədir. İşçilərə əmək haqqı görülən işlərə görə kvadrat metrlə hesablanaraq verilir. O, özü vergi ödəyicisi kimi qeydiyyata alınmamış, VÖEN-i yoxdur və ona görə təqdim edə bilmir. X2 tanıyır, onunla heç bir yaxın münasibəti, həmçinin aralarında düşmənçilik və ədavətləri olmamışdır. O, mərhum X3* şəhər sakini X8 görə tanımışdır. Belə ki, Atəş Mirzəliyev 19 iyun 2*23-cü il tarixdə mərhum Natiq Abbasovla birlikdə 29 nömrəli orta məktəbə gələrək iş icraçısı olaraq onun tabeliyində işləyərək məktəbin sanitar qovşağının otaqlarının yerini qırlanması və tol örtüklə örtüklənməsi işlərini kvadratı 1 manatdan olmaqla görməyə başlamışlar. Həmin işlərin görülməsi ilə bağlı tərəfindən onlarla əmək müqaviləsi bağlanmamışdır. Atəş və Natiq isə 25 iyun 2*23-cü il tarixə kimi 29 nömrəli məktəbdə sanitar qovşaq otaqlarının yerinin qırlanması və tol örtüklə örtülməsi işlərini görmüşlər. Atəş 2 gün işləyib çıxıb getmiş, Natiq isə 25 və ya 26 iyun 2*23-cü il tarixə kimi işləmişdir. 25-26 iyun 2*23-cü il tarix olarmış, o əmək müqaviləsi olmadan 1* iyun 2*23-cü il tarixdən kafel ustası işləyən X13 atasının adına olan “Beynəlxalq bank” bankının elektron kartına 4** manat pul atmışdır ki, işçilərin pulunu ver. Vüsal da həmin pulu çıxarıb saat 13 radələrində Natiqə 5* manat, Nağıya 5* manat, Ayaza 5* manat, Bilala 5* manat vermiş, 1** manat özünə, 1** manat da onunla birlikdə işləyən digər kafel ustasına vermişdir. Vüsal Natiqə 5* manat verəndə Natiq demişdir ki, uşağın ad günü olacaq iş icraçısı Məhərrəmə de 5* manat da pul versin. Vüsal da Natiqə demişdir ki, Məhərrəm getdi, sabah deyər əgər pul versə sənə zəng vurar gəlib apararsan. Vüsal və Atəş səhəri günü ona zəng vuraraq demişlər ki, Natiq uşağının ad günü ilə bağlı əlavə 5* manat da pul istəyir. O, da demişdir ki, hazırda işçilərə verməyə əlavə pul yoxdur, olanda verər. Natiq səhəri, yəni 26 iyun 2*23-cü il tarixdə saat 16 radələrinə kimi təqribən 9-1* dəfə Vüsala zəng vurub demişdir ki, işləmək istəmir, Məhərrəmə de onun pulunun hamısını versin. Vüsal da Natiqə demişdir ki, Məhərrəmə demiş deyir hazırda pul yoxdur, olanda verəcək. Natiq onun mobil nömrəsini bilmədiyindən özünə zəng vurmamışdır. 3* iyun 2*23-cü il tarixdə isə Atəşdən Natiqin narkotikdən artıq istifadə etməsindən ölməsi xəbərini eşitmişdir. Natiq ona maraqlı olmadığından onun yas yerində iştirak etməmişdir. O, Natiqin narkotik istifadəçisi olmasını eşitmiş, lakin onun dəqiq nədən ölməsini bilmir. Natiqin işləməsinə görə 8* manat pulu qaldığından avqust ayının 2-3 olarmış həmin pulu Vüsala vermiş, eşitdiyinə görə Vüsal da 8* manat pulu Atəşə vermişdir ki, Natiqin ailə üzvlərinə versin, Atəş də bildiyinə görə 8* manat pulu aparıb Natiq həyat yoldaşına vermişdir. Onun Natiqlə başqa münasibəti və yaxınlığı olmamışdır. Vüsal ona deməsinə görə həmçinin *1 iyul 2*23-cü il tarixdə saat 12 radələrində öz evində tavanın alçipan işlərini görərkən ayağının altında olan ayaqaltı stol aşdığından yerə yıxılaraq sağ ayağının daban nahiyəsindən sınması xəsarəti almış və hazırda ayağının sınığı ilə bağlı müalicə alır. Vüsal Gəncə şəhər 29 nömrəli orta məktəbdə kafel vurduğu vaxt yıxılmamış və xəsarət almamışdır. X6 izahatında bildirmişdir ki, *1 oktyabr 2*12-ci ildən X17 idarəsinin Elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyoru işləyir və 24 iyul 2*19-cu ildən ikinci iş kimi "xxxx" QSC-də Təhlükəsizlik texnikası texniki vəzifəsində işləyir. "xxxx" QSC 2*22ci ilin mart ayından Gəncə şəhəri, 29 №-li tam orta məktəbin tikintisini aparır və o, da həmin tikintidə işlərin təhlükəsiz yerinə yetirilməsinə nəzarət edir. 29 №-li tam orta məktəbin tikintisinə ümumi rəhbərliyi "xxxx" QSC-nin baş energetik-şöbə rəisi X27 nəzarət edir. "xxxx" QSC-nin direktoru isə Anar Seyidməmmədovdur. Gəncə şəhərində isə 29 №-li tam orta məktəbin tikintisinə rəhbərliyi sahə rəisi X9 həyata keçirir. 29 №-li tam orta məktəbin tikintisi ilə bağlı "xxxx" bağladığı *1 iyul 2*23-cü il tarixli, *1*6/23-GN Podrat müqaviləsi əsasında müəyyən işləri, o cümlədən sanitariya qovşağının yerinin qırlanması, kafel və metlaxının vurulması işlərini "xxxx" MMC-yə gördürmüşdür. Hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, X21, 19-cu küçə, döngə 2, ev 24 olan "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru X14r. X5 isə "xxxx" MMC-də iş icraçısı işləyir və onu həmin işə "xxxx" MMC-nin qanuni təmsilçisi və direktoru X23 götürmüşdür. X5 iş icraçısı işləməklə işi yeni tikilən Gəncə şəhər 29 nömrəli tam orta məktəbin döşəməsinə və sanitar qovşağına kafel və metlax vurulmasını təmin etməkdir. O, həmin tikinti şirkətində iş icraçısı olaraq Gəncə şəhər 29 nömrəli tam orta məktəbin döşəməsinə və sanitar qovşağına kafel və metlaxın vurulmasında müxtəlif şəxsləri usta və fəhlə kimi işlətmişdir. X2 tanıyırmış, onunla heç bir yaxın münasibəti, həmçinin aralarında düşmənçilik və ədavətləri olmamışdır. O, mərhum Natiq Abbasovu 29 nömrəli məktəbdə iş icraçısı Məhərrəm Hüseynovun yanında fəhlə işləyərkən görüb tanımışdır. Gəncə şəhər sakini X1* və X19 da Məhərrəm Hüseynovun yanında fəhlə işləyərkən tanımışdır. Atəş Mirzəliyev və Natiq Abbasov 29 nömrəli orta məktəbə gələrək iş icraçısı olaraq onun tabeliyində işləyərək məktəbin sanitar qovşağının otaqlarının yerini qırlanması və tol örtüklə örtüklənməsi işlərini görmüşlər. Natiq 19 iyun 2*23- cü il tarixdən 25 iyun 2*23-cü il tarixə kimi 29 nömrəli məktəbdə sanitar qovşaq otaqlarının yerinin qırlanması və tol örtüklə örtülməsi işlərini görmüş, Atəş 2 gün işləyib çıxıb getmiş, Natiq isə 25 və ya 26 iyun 2*23-cü il tarixə kimi işləmiş və əmək haqqını nağd şəkildə Məhərrəm Hüseynovdan almışdır. "xxxx" MMCnin qanuni təmsilçisi və direktoru X11 işlətdiyi müddətdə iş icraçısı Məhərrəm Hüseynovla, həmçinin fəhlələr Natiq Abbasov, Atəş Mirzəliyev və usta X19 işlətdiyi müddətdə onlarla əmək müqaviləsi bağlayıb bağlamaması barədə məlumatı yoxdur. O, sonradan eşitdiyinə görə 25-26 iyun 2*23-cü il tarix olarmış Məhərrəm X1 elektron kartına 4** manat pul atmışdır ki, işçilərin pulunu ver. Vüsal da həmin pulu çıxarıb saat 13 radələrində Natiqə 5* manat, Nağıya 5* manat, Ayaza 5* manat, Bilala 5* manat vermiş, 1** manat özünə, 1** manat da onunla birlikdə işləyən digər kafel ustasına vermişdir. Vüsal Natiqə 5* manat verəndə Natiq demişdir ki, uşağın ad günü olacaq iş icraçısı Məhərrəmə de mənə 5* manat da pul versin. Vüsal da Natiqə demişdir ki, “Məhərrəm getdi, sabah deyərəm əgər pul versə sənə zəng vuraram gəlib apararsan”. Vüsal və Atəş səhəri günü Məhərrəmə zəng vuraraq demişlər ki, Natiq uşağının ad günü ilə bağlı əlavə 5* manat da pul istəyir. Məhərrəm də demişdir ki, hazırda işçilərə verməyə əlavə pul yoxdur, olanda verər. Natiq səhəri, yəni 26 iyun 2*23-cü il tarixdə saat 16 radələrinə kimi təqribən 9-1* dəfə Vüsala zəng vurub demişdir ki, işləmək istəmir, Məhərrəmə de pulumun hamısını versin. Vüsal da Natiqə demişdir ki, “Məhərrəmə dedim deyir hazırda pul yoxdur, olanda verəcəm”. 3* iyun 2*23-cü il tarixdə Natiqin narkotikdən artıq istifadə etməsindən ölməsi xəbərini eşitmişdir. Natiq ona maraqlı olmadığından onun yas yerində iştirak etməmişdir. O, Natiqin narkotik istifadəçisi olmasını eşitmiş, lakin onun dəqiq nədən ölməsini bilmir. Natiqin işləməsinə görə 8* manat pulu qaldığından eşitdiyinə görə onu da sonradan Məhərrəm Vüsal vasitəsilə həmin pulu Natiqin həyat yoldaşına çatdırmışdır. Onun Natiqlə başqa münasibəti və yaxınlığı olmamışdır. Vüsal İsayevin iş yerində xəsarət almas - eşitməmiş, eşitdiyinə görə Vüsal *1 iyul 2*23-cü il tarixdə saat 12 radələrində öz evində tavanın alçipan işlərini görərkən ayağının altında olan ayaqaltı stol aşdığından yerə yıxılaraq sağ ayağının daban nahiyəsindən sınması xəsarəti almışdır. Materiala əlavə edilmiş *1 iyun 2*23-cü il tarixli, *1*6/23-GN nömrəli Podrat müqaviləsindən görünür ki, "xxxx" QSC, onun direktoru Anar Seyidməmmədovun şəxsində bir tərəfdən, "xxxx" MMC, onun direktoru X23 şəxsində digər tərəfdən hazırki müqaviləni imzalamışlar. Araşdırma zamanı müəyyən edilmişdir ki, hüquqi şəxs "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi X23 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 22 sentyabr 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 1 övladı olan, Ali təhsilli, sözlərindən AR CM-in 221.1-ci maddəsi ilə məhkum olunmuş, Gəncə şəhəri, Mahrasa bağı, ev 17 b, mənzil 12-də qeydiyyatda olmaqla Gəncə şəhəri Sadılı qəsəbəsində yaşayan X1*, 17 iyun 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri 29 nömrəli orta məktəbdə Gəncə şəhər Təhsil İdarəsinin nəzdində olan tikinti şirkətində usta işləyən, Gəncə şəhəri, M.Hacıyev küçəsi, 3-cü döngə, ev 4-də qeydiyyatda olmaqla yaşayan X19, Gəncə şəhəri, Əttarlar küçəsi 2-ci döngə, ev 25A-da qeydiyyatda olmaqla yaşamış 17 may 1986-cı il təvəllüdlü X2, 12 fevral 1974-cü ildə Samux rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri 29 nömrəli orta məktəbdə Gəncə şəhər Təhsil İdarəsinin nəzdində olan tikinti şirkətində iş icraçısı işləyən, Samux şəhəri, H.Əliyev pr, ev 172, mənzil 8-də qeydiyyatda olmaqla yaşayan X4 və qeyrilərini Gəncə şəhər 29 nömrəli tam orta məktəbin tikintisində iş icraçısı, həmçinin döşəmənin qırlanması, döşəməyə və sanitar qovşağına kafel və metlaxın vurulması işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etmişdir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan hüquqi şəxsin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəb və əsasların mövcud olması müəyyən edilmişdir. Prokuror bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində nəzərdə tutulan məlumatlara baxaraq on beş gün müddətində inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar və ya inzibati xətalar haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edir. Azərbaycan Respublikası İXM-in 1*2.2-ci maddəsinə əsasən prokuror inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 11*-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İXM-in 54-cü maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin Azərbaycan Respublikası İXM-nin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən əmək qanunvericiliyinin pozulmasına görə inzibati tənbeh tədbiri inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. İXM-in 38.2-ci maddəsinə əsasən Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Beləliklə, toplanmış material Gəncə şəhər prokurorluğunda öyrənilmiş, hüquqi şəxs "xxxx" MMC-nin direktoru və qanuni təmsilçisi X23 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 22 sentyabr 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, 1 övladı olan, ali təhsilli, sözlərindən AR CM-in 221.1-ci maddəsi ilə məhkum olunmuş, Gəncə şəhəri, Mahrasa bağı, ev 17 b, mənzil 12-də qeydiyyatda olmaqla Gəncə şəhəri Sadıllı qəsəbəsində yaşayan X1*, 17 iyun 1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri 29 nömrəli orta məktəbdə Gəncə şəhər Təhsil İdarəsinin nəzdində olan tikinti şirkətində usta işləyən, Gəncə şəhəri, M.Hacıyev küçəsi, 3-cü döngə, ev 4-də qeydiyyatda olmaqla yaşayan X19, Gəncə şəhəri, Əttarlar küçəsi 2-ci döngə, ev 25A-da qeydiyyatda olmaqla yaşamış 17 may 1986-cı il təvəllüdlü X2, 12 fevral 1974-cü ildə Samux rayonu Sərkar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2 övladı olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri 29 nömrəli orta məktəbdə Gəncə şəhər Təhsil İdarəsinin nəzdində olan tikinti şirkətində iş icraçısı işləyən, Samux şəhəri, H.Əliyev PR, ev 172, mənzil 8-də qeydiyyatda olmaqla yaşayan X4 və qeyrilərini Gəncə şəhər 29 nömrəli tam orta məktəbin tikintisində iş icraçısı, həmçinin döşəmənin qırlanması, döşəməyə və sanitar qovşağına kafel və metlaxın vurulması işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etməklə hüquqi şəxs "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edilmişdir. Buna görə də, toplanmış material üzrə hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, X21, 19-cu küçə, döngə 2, ev 24 olan hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış və aidiyyəti üzrə baxılması üçün Gəncə şəhər məhkəməsinə göndərilmişdir. Gəncə şəhər Prokurorluğunun və hüquqi şəxs "xxxx" nümayəndələrinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə nümayəndələrin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - 13 noyabr 2*23-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - 31 avqust 2*23-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən 29 iyul 2*23-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. - *1 iyun 2*23-cü il tarixli Podrat müqaviləsinin surətindən görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin direktoru ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X23 müqavilə bağlamışdılar. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən halların mövcud olması məhkəmə iclasında aşkar edilməmişdir. Ona görə də "xxxx" MMCyə Аzərbаycаn Respublikаsı İXM-in 192.1-ci mаddəsinin sаnksiyаsı həddində inzibаti tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.5-ci maddəsinə əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.1-ci maddəsinə əsasən işçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.1-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49.2-ci maddəsinə əsasən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.3-cü maddəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işə götürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə məhkəmə iclasında araşdırılan sübutlarla işə götürən "xxxx" MMC tərəfindən işçi ilə müvafiq əmək müqaviləsi bağlamadan və əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə daxil etmədən işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Gəncə şəhər Prokurorluğu tərəfindən işçinin əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməməsi barədə pozuntuya yol verilməsini aşkar etməklə işəgötürən tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş "xxxx" MMC barəsində haqlı olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Azərbaycan Respublikası İXM-in 18.1 və 18.5-ci maddələrinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş hüquqi şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, "xxxx" MMC hüquqi şəxs qismində İXM-in 192.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 4*, 115 və 128- 13*-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci mаddəsi ilə təqsirli bilinib, hüquqi şəxs qismində 2*.*** (iyirmi min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 1* (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3420/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3420/2023
20.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver