Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3423/2023 05.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsinin YNH inspektoru, polis kiçik leytenantı X4, zərərçəkmiş şəxs X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin X9 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsindən Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta törətməsi haqqında protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2023-cü il tarixdə saat 22:20-də sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “MERCEDES BENZ C180” minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi ilə hərəkətdə olan zaman yolun əks istiqamətinə çıxaraq X1 idarə etdiyi “Volksvagen Touareg” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin X9 Şöbəsinin YNH inspektoru, polis kiçik leytenantı X6 protokolu müdafiə edərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 22:20-də sürücü Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi “MERCEDES BENZ C180” minik markalı **-FA- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi ilə hərəkətdə olan zaman yolun əks istiqamətinə çıxaraq X1 idarə etdiyi “Volksvagen Touareg” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərərçəkmiş şəxsə maddi zərər vurulmuşdur. Bununla bağlı isə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Onun sürücülük vəsiqəsi yoxdur. “Mersedes Benz” minik markalı **-FA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil əmisi X2 məxsusdur. xx.xx.2023-cü il tarixdə o əmisi Qafqaz Bayramova məxsus “Mercedes Benz” **-FA-*** dövlət qeydiyyat nömrəli nişanlı avtomobillə ünvan 2 ünvana gedərkən əks hərəkət yoluna çıxaraq Volksvagen Touareg markalı avtomobillə toqquşmuşdur. Həmin vaxt sol ayağından xəsarət almışdır. Bir neçə dəqiqədən sonra hadisə yerinə TTY avtomobili gələrək onu Gəncə şəhər TTYX-na aparmışlar. Orada müayinə olunmuş və sol ayaq barmağında sınıqların olduğu bilinmişdir. Həmçinin hadisənin baş verməsinə səbəb onun fikirli olmağı və avtomobildə olan maqintafona başının qarışması olmuşdur. Hadisə zamanı o, sol ayağından xəsarət almışdır. Bildirmişdir ki, həmin vaxt idarə etdiyi avtomobilin sürəti təxminən 80-90 km/saat olmuş və hadisə nəticəsində qarşı tərəfin avtomobilinə maddi zərər dəymişdir. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxslə barışmış, ona dəymiş zərəri ödəmiş və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Buna görə də barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasinda iştirak edən zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışdır. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş “Gəncə avtomotoservis və ticarət” müəssisəsindən verilmiş qüsur aktından görünür ki, “Volksvagen Touareg” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilə qəza nəticəsində dəymiş zərərin miqdarı 15840 (on beş min səkkiz yüz qırx) manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2814/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktının surətindən görünür ki, Şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur və ayıqdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsi faktı üzrə sürücü Şəxs barəsində cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci (əməldə cinayət tərkibi olmadıqda) maddəsi ilə rədd edilməsi, qəbul edilmiş qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilməsi, qəbul edilmiş qərarın surəti sürücü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə inzibati tədbir görülməsi üçün Gəncə şəhər BPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin birinci bəndinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs AzərbaycanRespublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Həmin Qanunun beşinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər: 1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək; 2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək; 3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki pozuntular müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki pozuntu aradan qaldırılanadək. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışında Şəxs ayıq vəziyyətdə, sürücülük və idarəetmə hüququ olmadan “MERCEDES BENZ C180” minik markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin tələblərini pozması nəticəsində hər iki nəqliyyat vasitələri toqquşmuş, nəticədə “Volksvagen Touareg” minik markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə maddi zərər yetirildiyi öz təsdiqini tapmışdır. Hadisə zamanı Şəxs sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququna malik olmamışdır. Buna görə də onun əməli düzgün olaraq İXM-in 332.4-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafı və iş materialları ilə tam sübuta yetirilir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, səmimi peşmançılığını və zərər çəkmiş şəxslə barışıq əldə edilməsini nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs (FİN-xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3423/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3423/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver