Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3426/2023 05.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1993-cü il təvəllüdlü, orta təhsilli, evli, məhkumluğu olmamış, Gəncə şəhəri, H.Əliyev prospekti, 265 ünvanında qeydiyyatda olan Şəxs Müşfiq oğlu barəsində olan Gəncə şəhər Məhkəməsinin 2(125)-1150/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs Müşfiq oğlundan cəmi 2625 manat pul vəsaiti və 46.25 manat dövlət rüsumu tutularaq tələbkar X4 ödənilməsi, Gəncə şəhər 3 saylı Notariat ofisnin 2802 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Müşfiq oğlundan 983.46 manat məbləğində pul vəsaitini tələbkar "xxxx"ASCyə ödənilməsi, Gəncə şəhər 2 saylı Notariat ofisinin 3876 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Müşfiq oğlundan 1056.38 manat məbləğində pul vəsaitini tələbkar "xxxx"ASC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs Müşfiq oğluna tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu ilə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və borcunu ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs Müşfiq oğlu izahatlarında hər dəfə hər 3 icra sənədi üzrə borcunu hazırda ödəməyə imkanı olmadığı bildirmişdir. Borclu Şəxs Müşfiq oğlu sonuncu izahatında 2625 manat pul vəsaiti və 46.25 manat dövlət rüsumu, 983.46 manat və 1056.38 manat məbləğində pul vəsait yaranmış borcunu hazırda ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, borclu Şəxs Müşfiq oğlu icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X5 protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, onun zərərçəkmişə ümumilikdə 29500 manat borcu olmuş, həmin borcdan 17000 manatını ödəmişdir. Son zamandlarda işsiz olduğu üçün borcundan ödəniş edə bilməmişdir. Hazırda o, Bakı şəhərində yeni iş tapmış və əmək haqqı aldıqca borcunu ödəyəcəkdir. Sonda o, icra sənədləri üzrə olan icradan yayınmadığını nəzərə alıb barəsində olan inzibati xəta haqıında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6i bildirdi ki, Kənanın ona olan borcu alqısatqı ilə bağlı borcdur. Atası ərizə yazıb hər ay 300 manat ödəyəcəyini desə də borcdan ödəniş etməmişdir. Sonda o, borclunun borcunu tam şəkildə ödəməsini əks təqdirdə onun inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş üzrə digər tələbkar "xxxx" ASC-ə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tələbkarın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli 2(125)-1150/2023 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2500 manat pul, gecikdirilmiş vaxt üçün illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcu üzrə 125 manat olmaqla, cəmi 2625 manat pul, ödənilmiş xidmət haqqının əvəzi qismində 40 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 46 manat 25 qəpik pul tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir. - xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 Şəhər Məhkəməsinin 2(125)-1150/2023 nömrəli xx.xx.2023-cü tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası Qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin 2(125)-1150/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarın icra edilməsi barədə xəbərdar edilmişdir. - xx.xx.2023-cü il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, borclu Şəxs 10 gün müddətində şəxsiyyətini təsdiq edən sənədlə birlikdə, Gəncə şəhəri üzrə İcra idraəsinə gəlib Gəncə Şəhər Məhkəməsinin 2(125)-1150/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbi təmin etməyəcəyi təqdirdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsini rəhbər tutaraq barəsində inzibati protokol tərtib edilərək məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. - xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Gəncə şəhəri 2 saylı notariat ofisində Kapital Bank ASC-nin xeyrinə Şəxs vaxtında ödənilməmiş borc tutulmalı və tələbkara ödənilməlidir. Borcun ümumi məbləği 1056 manat 38 qəpik təşkil edir. - xx.xx.2022-ci il tarixli icra qeydindən görünür ki, Gəncə şəhəri 3 saylı Notariat ofisində Kapital Bank ASC-nin xeyrinə Şəxs vaxtında ödənilməmiş borc tutulmalı və tələbkara ödənilməlidir. Borcun ümumi məbləği 983 manat 46 qəpik təşkil edir. - xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X1 şəhəri 3 saylı Notariat Kontorunun 8İ-2802 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədləri üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Barəsində icraat aparılan şəxsin əməlini səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Barəsində icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3426/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3426/2023
05.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver