Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3428/2023 14.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, X1 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan şikayət vermiş şəxs X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət ərizəsinin və ona əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 62-ci mаddəsinə əsаsən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Belə оlаn hаldа məhkəmə hesаb edir ki, X1 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan vermiş olduğu şikayətinin və ona əlavə edilmiş sənədlərin geri götürülməsi onun sərbəst irаdə ifаdəsi оlmаqlа hüququdur. Оdur ki, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dаir X1 verdiyi şikаyət və оnа əlаvə оlunmuş sənədlər şikаyətçiyə qаytаrılmаlıdır. Göstərilənləri nəzərə аlаrаq və Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 60, 62ci mаddələrini rəhbər tutаrаq məhkəmə, qərаrааldı: X1 ərizəsinə əsаsən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikаyət və ona əlavə edilmiş sənədlər baxılmadan X2 qаytаrılsın. Qərаrdаddan şikayət verilə bilməz. Hakim: Orxan Cəfərli Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə PROTOKOL 06 oktyabr 2023-cü il Gəncə şəhəri Gəncə Şəhər Məhkəməsinin hakimi X5 X3 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətlə bağlı inzibati xəta haqqında materiala baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Hakim Asif Əliyev 3(125)-2242/2023 İnzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında QƏRARDAD 06 oktyabr 2023-cü il Gəncə şəhəri Mən, Gəncə Şəhəri Məhkəməsinin hakimi X5 X3 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayətlə bağlı inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdim: X3 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan Gəncə Şəhər Məhkəməsinə şikayət vermişdir. İş üzrə toplanmış materialları araşdıraraq hesab edirəm ki, şikayət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrinə uyğun tərtib olunmuşdur. Şikayətə baxılması hakimin səlahiyyətinə aiddir. İnzibati xəta haqqında qərardan şikayətə baxılması Gəncə Şəhər Məhkəməsinə aiddir. İşin baxılmasını istisna edən hallar, İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcud deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, qərara aldım: 1) İnzibati xəta haqqında material baxılması üçün icraata qəbul edilsin. 2) İşə xx.xx.2023-cü il tarixdə saat 10:40-da Gəncə Şəhər Məhkəməsinin inzibati binasında baxılsın. 3) İnzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının məhkəmə baxışında iştirak etmələri təmin edilsin. 4) İşin düzgün və vaxtında həll edilməsinə yönəlmiş digər hərəkətlər edilsin. Hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3428/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3428/2023
14.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver