Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3434/2023 06.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızının iştirakı ilə, Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızının Azərbaycan Respublikası İXM-in 528.1-1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1989-cu il təvəllüdlü, ali təhsilli, evli, məhkumluğu olmamış, ünvan 1 ünvanında yaşayan Hökmaliyeva (Əlixanova) Günel Ruslan qızı barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3625/2022 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu Hökmaliyeva (Əlixanova) Günel Ruslan qızından 17200 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Hökmaliyeva (Əlixanova) Günel Ruslan qızı tələbi könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları təqdim edilmişdir. Bundan əlavə borclu idarəyə dəvət olunmuş izahatları alınmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Hökmaliyeva (Əlixanova) Günel Ruslan qızı bu günkü tarixədək borcundan cəmi 1000 (bir min) manat ödəniş etmiş, hazırda borclunun bu günə olan borcu 16230 (on altı min iki yüz otuz) manat təşkil edir. Borclu sonuncu izahatında borcunu hazırda ödəyə bilmədiyini bildirmişdir. Belə ki, borclu Hökmaliyeva (Əlixanova) Günel Ruslan qızı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Hökmaliyeva (Əlixanova) Günel Ruslan qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X7 protokolu müdafiə edib X5 barəsində qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızı, ona vaxt veriləcəyi təqdirdə borcundan hər ay ödəniş edəcəyini bildirmişdir. Sonda o, barəsində aparılan inzibati icraatın icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 borclunun borcu tam şəkildə ödəməsini, əks təqdirdə borclunun inzibati qaydada həbs edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3625/2022 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X3 17200 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq X2 ödənilməsi qərara alınmışdır. - 02 dekabr 2021-ci il tarixli 2(104)-3625/2021 nömrəli icra vərəqəsindən görünür ki, cavabdeh X6 tərəfidən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1439/2021 saylı qətnaməsi ləğv edilmiş, X3 17200 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul alınaraq X2 ödənilməsi qət edilmişdir. - xx.xx.2022-ci il tarixli Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X5 Qərarından görünür ki, borclu Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızının məcburi qaydada Gəncə şəhəri üzrə İcra idarəsinə gətirilməsi qərara alınmışdır. - Kapital Bank ASC-nin Gəncə fialının 14 dekabr 2022-ci il tarixli məktubundan görünür ki, Hökmaliyeva (Əlixanova) Günel Ruslan qızı adına Gəncə filialında əmanət, hesab, əmlak, qızıl-zinət əşyalarının girov qoyulması ilə bağlı heçbir borc öhdəliyi mövcud deyil. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(125)-677/2023 nömrəli qərardadından görünür ki, Hökmaliyeva (Əlixanova) Günel Ruslan qızının ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-919/2023 nömrəli qərarından görünür ki, Hökmaliyeva (Əlixanova) Günel Ruslan qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızının himayəsində X9 adında 27 yanvar 2023-cü il təvəllüdlü uşağı var. İş materiallarından görünür ki, borclu Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızına tələbin könüllü icrası haqqında bildiriş, xəbərdarlıq və sonuncu xəbərdarlıq təqdim edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(125)-919/2023 nömrəli qərarı ilə inzibati tənbeh aldıqdan sonra maddi imkanının olmadığını əsas gətirərək il ərzində borcundan ödəniş etməyərək eyni icra sənədi üzrə tələbi icra etməmişdir. Halbuki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, borcun bir hissəsini ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə baxışında Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızının məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində icraat aparılan şəxs Şəxs himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızı İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən himayəsində on dörd yaşınadək uşağı olan qadınlar barəsində inzibati həbs tətbiq edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hökmalıyeva (Əlixanova) Günel Ruslan qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3434/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3434/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver