Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3439/2024 19.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi şəhərcik 84, ev 1, mənzil 21-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Tereşkova Şanxay ev 42-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 19 sentyabr 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 1-ci X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 19 sentyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs sürücülük hüququ olmadan, etibarnaməsiz avtomobil idrə etdiyi üçün YPX-nin əməkdaşları tərəfindən saxlanılmış, avtomobili cərimə meydançasına salındığı üçün nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 1-ci X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X3 izahatında göstərdi ki, Şəxs sürücülük hüququ olmadan, etibarnaməsiz avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobili cərimə meydançasına salındığı üçün nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, əməlindən peşmandır. Sürücülük hüququ olmadan, etibarnaməsiz avtomobil idarə etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, avtomobili cərimə meydançasına aparılmışdır. O hadisədən iki saat sonra cərimə meydançasına getmiş və Ramin müəllimin otağına getmişdir. Ramin müəllim ona maşının şəkillərin çəkməsini bildirmişdir. O maşının şəklini çəkən zaman yenidən həmin polis əməkdaşları ilə rastlaşmışdır. Bu zaman polis əməkdaşı ona güldüyü üçün o polis əməkdaşına irad bildirmişdir. Sonra baş verən hadisələri xatırlamır. O heç kim tərəfindən döyülməyibş Xəsarəti necə aldığı barədə məlumatı yoxdur. Müharibə iştirakçısı olduğu üçün ağrıkəsici dərmanlar istifadə edir. Həmin dərmanların təsirində olduğu üçün heçnə xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 raporta uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə BMW markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində ekipaj yoldaşı Mürşüd Abdıyevlə xidmətdə olan zaman adı və soyadı sonradan məlum olan Şəxs sürücülük hüququ olmadan, etibarnaməsiz avtomobil idrə etdiyi üçün saxlanılmış, avtomobili cərimə meydançasına salındığı üçün nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamışdır. O, isə YPX-nin əməkdaşlarını köməyə çağıraraq həmin şəxsi 1–ci Polis Şöbəsinə gətirərək NH-yə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Yunis Bakir oğlu ilə eyni məzmunda izahat verərək, X4 dediyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiqi edilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-ın ƏYPX-n polis serjantı X7 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə BMW markalı **-YP-*** dövlət qeydiyyat nişanlı patrul avtomobilində ekipaj yoldaşı Mürşüd Abdıyevlə xidmətdə olan zaman adı və soyadı sonradan məlum olan Şəxs sürücülük hüququ olmadan, etibarnaməsiz avtomobil idrə etdiyi üçün saxlanılmış, avtomobili cərimə meydançasına salındığı üçün nalayiq ifadələr işlətmiş, polisin qanuni tələbinə tabe olmamışdır. O, isə YPX-nin əməkdaşlarını köməyə çağıraraq həmin şəxsi 1–ci Polis Şöbəsinə gətirərək NH-yə təhvil vermişdir. xx.xx.2024-cü il tarixli Gəncə şəhər BPİ-nin PPXT-nin polis serjantı X10 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə xidmətdə olan zaman DYP əməkdaşları tərfindən köməyə çağırılmışlar. Onlar həmin əraziyə yaxınlaşaraq vətəndaşa özlərini təqdim edib, polisin qanuni tələbinə tabe olmasını desə də Şəxs tabe olmamış, uca səslə nalayiq ifadələr işlətmişdir. Belə olan halda Şəxs tutularaq Gəncə şəhər 1-ci Polis şöbəsinə təhvil verilmişdir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:15-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi özünü təqsirli bilməsə də, etirafedici ifadəsi, şahid ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 18 sentyabr 2024-cü il tarixdən saat 18-15-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3439/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3439/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver