Məhkəmə qərarları › İş №3(125)-3442/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3442/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3442/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 232-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəməsinin inzibati binasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə ŞBPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis leytenantı Rza Məmmədzadə tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Ş.İ.Xətai pr. yerləşən MotoPrive mağazasının içərisində olan motosikletlər və mağazanın şüşəsi Şəxs tərəfindən sındırılmış, maddi ziyan vurmuşdur. Nəticədə Şəxs tərəfindən İXM-in 232-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında material baxılmağa hazırlanan zaman inzibati xəta haqqında protokolun düzgün tərtib olunmadığı müəyyən edilmişdir. Belə ki, Şəxs törətdiyi inzibati xəta Azərbaycan Respublikası İXM-in 232-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Çünki həmin maddəyə əsasən əkinlərin və ya bitkilərin üstü ilə avtomobil, traktor, kombayn və ya digər nəqliyyat vasitələrini, yaxud at arabalarını sürməklə və ya digər üsullarla onların korlanmasına görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir. Lakin, Şəxs MotoPrive mağazasının içərisində olan motosikletlər və mağazanın şüşəsi sındırılaraq maddi ziyan vurması Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Belə ki, Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə, bu az miqdarda ziyan vurduqda inzibati xəta hesab olunur və həmin xətaya görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 100.1.4 və 100.1.5-ci maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi göstərilir. - 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarından görünür ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş, yəni Şəxs törətdiyi inzibati xəta düzgün tövsif olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış materiallar Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar