Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3443/2023 06.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş polis baş leytenantı X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Daxili işlər nazirliyi Baş Narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsində regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Daxili işlər nazirliyi Baş Narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 06 dekabr 2023-cü il tarixli MN1395558 saylı protokolda qeyd edilmişdir ki, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etmişdir. 05 dekabr 2023-cü il tarixdə saat 17:15 radələrində DİN BNMİ-nin QBRŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində, Gəncə şəhəri, H.Əliyev parkı yaxınlığında saxlanılaraq BNMİ QBRŞ-nə gətirilmişdir. Şəxs üzərindən narkotik maddə aşkar edilməmiş, lakin aparılmış təhqiqat nəticəsində onun qanunsuz olaraq narkotik vasitə istifadə etməklə İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili işlər nazirliyi Baş Narkotiklərlə mübarizə idarəsinin Qərb bölgəsində regional şöbəsinin baş əməliyyat müvəkkili polis baş leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğu üçün yeri aşkarlanaraq bölməyə gətirilmiş, üzərində heç bir narkotik vasitə olmasa da ekspertiza zamanı sidiyindən narkotik vasitə aşkarlanması ilə bağlı rəy tərtib edilmişdir. Babayev X1 Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməli törətməsi, özünün etirafedici izahatı və müayinə aktı ilə tam sübuta yetirilmişdir. Ona görə də Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü inzibati xətanın törədilməsində təqsirli bilərək izahatında göstərdi ki, o, ara bir narkotik vasitə istifadə edir, bununla bağlı bir dəfə müalicə almışdır. Təxminən 5 gündən bundan əvvəl narkotik vasitə olan heroin istifadə etmişdir. Daha sonra 05 dekabr 2023-cü il tarixdə Yeni Gəncə, Asan Xidmət ərazisində saxlanılaraq bölməyə gətirilmişdir. Törətdiyi əməldən peşmandır, bir daha belə əmələ yol verməyəcəkdir. Bütün bunların nəzərə alınaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapdığından o, həmin maddə ilə təqsirli bilinməlidir. İş materiallarına əlavə edilmiş: 06 dekabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materiallarda cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surəti BNMİ-nin QBRŞ-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş 06 dekabr 2023-cü il tarixli 1988 saylı rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narjotik vasitə olan heroindən, metadon və kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də o, İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını və bir daha narkotik vasitələrdən istifadə etməyəcəyinə söz verməsini məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, yüngülləşdirici, şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinənərək İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3443/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3443/2023
06.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver