Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3458/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X5 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X1 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs dəyəri 2.100 manat məbləğində olan 30 qram çəkidə 1 ədəd tros sep, dəyəri 1.000 manat məbləğində olan 15 qram çəkidə 1 ədəd qızıl qolbağı, dəyəri 1.680 manat məbləğində olan 24 qram çəkidə 1 ədəd fantaziya formalı qızıl komplekti, dəyəri 700 manat məbləğində olan 10 qram çəkidə 1 ədəd nişan üzüyü, dəyəri 350 manat məbləğində olan 5 qram çəkidə 1 ədəd tək qaş qızıl üzük, dəyəri 420 manat məbləğində olan 6 qram çəkidə ulduz formalı 1 ədəd üzük, 1 ədəd 350 manat dəyərində 5 qram çəkidə üzük, dəyəri 900 manat məbləğində olan 1 ədəd «Bosh» markalı paltaryuyan maşın, dəyəri 800 manat məbləğində 1 ədəd «İndesit» markalı soyuducu, dəyəri 900 manat məbləğində olan 128 düyüm ekranlı «E Max» markalı televizor, dəyəri 120 manat məbləğində olan «Daewoo» markalı televizor, dəyəri 70 manat məbləğində olan şirniyyat bişirən 1 ədəd elektrikli soba, dəyəri 380 manat məbləğində olan İran İslam Respublikasında istehsal olunmuş 1 ədəd soba, dəyəri 70 manat məbləğində olan qazla işləyən 1 ədəd mətbəx sobası, dəyəri 40 manat məbləğində olan 1 ədəd mikser, dəyəri 25 manat məbləğində olan 1 ədəd kofe aparatı, dəyəri 30 manat məbləğində olan 1 ədəd blender, ümumi dəyəri 280 manat məbləğində olan 2 ədəd qazan dəsti, dəyəri 50 manat məbləğində olan 1 ədəd elektrikli somavar, dəyəri 80 manat məbləğində olan 1 ədəd od samovarı, dəyəri 30 manat məbləğində olan tefal materialından hazırlanmış 1 ədəd sac, dəyəri 300 manat məbləğində olan 1 ədəd tozsoran, ümumi dəyəri 100 manat məbləğində olan 5 ədəd döşəkdən ibarət döşək dəsti, ümumi dəyəri 100 manat məbləğində olan 5 ədəd yorğan, ümumi dəyəri 80 manat məbləğində olan 5 ədəd yastıq, ümumi dəyəri 150 manat məbləğində olan 5 ədəd yataq örtüyü, ümumi dəyəri 250 manat məbləğində olan çarpayı, ümumi dəyəri 100 manat məbləğində olan 2 ədəd stol, ümumi dəyəri 150 manat məbləğində olan 6 ədəd stul, dəyəri 50 manat məbləğində olan 1 ədəd paltar asmalığı, dəyəri 40 manat məbləğində olan 1 ədəd sərinləndirici, dəyəri 600 manat məbləğində olan 1 ədəd mebel, ümumi dəyəri 240 manat məbləğində olan 2 ədəd xalça,ümumi dəyəri 230 manat məbləğində olan 2 ədəd çıl-çıraq, dəyəri 150 manat məbləğində olan 1 ədəd pərdə, dəyəri 70 manat məbləğində olan 1 ədəd şirəli qazan ləyəni, ümumi dəyəri 100 manat məbləğində olan 2 ədəd tefal materialından hazırlanmış ütü, həmin əşyalar olmadıqda isə onların dəyəri, habelə fərdi yaşayış evinin təmir-tikintisinə sərf edilmiş vəsaitin yarısının əvəzi qismində 5.060 manat məbləğində pul vəsaiti alınıb X2 verilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Bugünki tarixə borclu Şəxs icra sənədi üzrə 18145 manat borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu ödəməyəcəyini bildirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə tərəfimizdən zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında böyük icra məmuru X6 protokolu müdafiə etdiyini bildirdi və borclunun barəsində inzibati tənbeh verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, məhkəmə qətnaməsi ilə razı deyil, həmin qətnaməni qanunsuz hesab edir və icra sənədi üzrə heç bir ödəniş etmək fikri yoxdur. Sonda o, barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 borcunun tam şəkildə ödənilməsini, əks təqdirdə ona ən ağır tənbeh verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-504/2023 nömrə icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs dəyəri 2.100 manat məbləğində olan 30 qram çəkidə 1 ədəd tros sep, dəyəri 1.000 manat məbləğində olan 15 qram çəkidə 1 ədəd qızıl qolbağı, dəyəri 1.680 manat məbləğində olan 24 qram çəkidə 1 ədəd fantaziya formalı qızıl komplekti, dəyəri 700 manat məbləğində olan 10 qram çəkidə 1 ədəd nişan üzüyü, dəyəri 350 manat məbləğində olan 5 qram çəkidə 1 ədəd tək qaş qızıl üzük, dəyəri 420 manat məbləğində olan 6 qram çəkidə ulduz formalı 1 ədəd üzük, 1 ədəd 350 manat dəyərində 5 qram çəkidə üzük, dəyəri 900 manat məbləğində olan 1 ədəd «Bosh» markalı paltaryuyan maşın, dəyəri 800 manat məbləğində 1 ədəd «İndesit» markalı soyuducu, dəyəri 900 manat məbləğində olan 128 düyüm ekranlı «E Max» markalı televizor, dəyəri 120 manat məbləğində olan «Daewoo» markalı televizor, dəyəri 70 manat məbləğində olan şirniyyat bişirən 1 ədəd elektrikli soba, dəyəri 380 nut məbləğində olan İran İslam Respublikasında istehsal olunmuş 1 ədəd soba, dəyəri 70 manat məbləğində olan qazla işləyən 1 ədəd mətbəx sobası, dəyəri 40 manat məbləğində olan 1 ədəd mikser, dəyəri 25 manat məbləğində olan 1 ədədkofe aparatı, dəyəri 30 manat məbləğində olan 1 ədəd blender, ümumi dəyəri 280 manat məbləğində olan 2 ədəd qazan dəsti, dəyəri 50 manat məbləğində olan 1 ədəd elektrikli somavar, dəyəri 80 manat məbləğində olan 1 ədəd od samovarı, dəyəri 30 manat məbləğində olan tefal materialından hazırlanmış 1 ədəd sac, dəyəri 300 manat məbləğində olan 1 ədəd tozsoran, ümumi dəyəri 100 manat məbləğində olan 5 ədəd döşəkdən ibarət döşək dəsti, urnurhi dəyəri 100 manat məbləğində olan 5 ədəd yorğan, ümumi dəyəri 80 manat məbləğində olan 5 ədəd yastıq, ümumi dəyəri 150 manat məbləğində olan 5 ədəd yataq örtüyü, ümumi dəyəri 250 manat məbləğində an çarpayı, ümumi dəyəri 100 manat məbləğində olan 2 ədəd stol, ümumi dəyəri 150 manat məbləğində olan 6 ədəd stul, dəyəri 50 manat məbləğində olan 1 ədəd paltar asmalığı, dəyəri 40 manat məbləğində olan 1 ədəd səfiriiəndirici, dəyəri 600 manat məbləğində olan 1 ədəd mebel, ümumi dəyəri 240 manat məbləğində olan 2 ədəd xalça, ümumi dəyəri 230 mahät məbləğində olan 2 ədəd çıl-çıraq, dəyəri 150 manat məbləğində olan 1 Ədəd pərdə, dəyəri 70 manat məbləğində olan 1 ədəd şirəli qazan ləyəni, ümumi dəyəfi 100 manat məbləğində olan 2 ədəd tefal materialından hazırlanmış ütü, həmin əşyalar olmadıqda isə onların dəyəri, habelə fərdi yaşayış evinin təmir-tikintisinə sərf fedilmiş vəsaitin yarısının əvəzi qismində 5.060 manat məbləğində pül vəsaiti alınıb X2 verilsin. - 02 noyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru Gəncə şəhər Məhkəməsinin 2(125)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli il tarixli icra sənədini icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində könüllü icra edlməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, onun borcu ödəməsinin səbəbi qətnamənin məzmununu başa düşməməsi olmuşdur. O, Gəncə şəhər Məhkəməsinin 2(125)-504/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən şikayət verəcəkdir. 20 noyabr 2023-cü il tarixli xəbərdarlıqla borcluya tələbin icra edilməməsi üçün inzibati məsuliyyət daşımaları barədə xəbərdarlıq edilmiş, Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət edilmişlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 700 (yeddi yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3458/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3458/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver