Məhkəmə qərarları › İş №3(125)-346/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-346/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-346/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbehvermə haqqında qərardan şikayət vermiş şəxs X4 və qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X9 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X9 inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, protokolda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq ekologiya rəyi olmadan 1 (bir) ədəd sərv ağacının köçürülməsi 253-1.2.1 maddəsinə əsasən X6 barəsində fiziki şəxs qismində 1000 (min) manat məbləğində inzibati tənbeh vermə haqqında cərimə qərarı çıxarılmışdır. Protokola əsasən barəsində çıxarılmış 1000 (min) manat cərimə Qərarı əsassız və qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi Ceyhun Hüseynov tərəfindən imzalanmış № 1216 saylı, xx.xx.2022-ci il tarixli məktubunda Gəncə şəhər Baş Polis İdarəsinin X13 Şöbəsinin rəisi cənab Eldəniz Həsənova ünvanlanmış məktubunda qeyd edilmişdir ki, “Sizin idarəyə ünvanladığınız xx.xx.2022-ci il tarixli 317-6384-1222 saylı Gəncə şəhəri inzibati ərazisində fəaliyyət göstərən yol nişanları və işıqfor obyektlərində yol hərəkəti təhlükəsizliyinin tam təmin olunması və baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə 100-150 metr məsafədə tam görünməsi üçün ağacların aqrotexniki qaydada budanmasına müvafiq rəy bildirilməsi barədə müraciət məktubunuza 10 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində baxılmışdır. Bununla əlaqədar 10 X8 və Təbii Sərvətlər İdarəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 15/3323 saylı xx.xx.2015-ci il tarixli məktubunu rəhbər tutaraq əməkdaşlarımız tərəfindən tərtib olunmuş baxış aktına və çəkilmiş fotoşəkillərə istinadən Gəncə şəhərində müxtəlif prospekt və küçələrdə mövcud olan işıqforların və yol nişanlarının yaxınlığında əkilmiş ağacların nişanları görmə məsafəsini məhdudlaşdıran budaqlarını ağacların normal inkişafına mane olmamaq şərti ilə aqrotexniki qaydada budanmasını məqsədə uyğun hesab edirik. Rəyin icrası zamanı 10 X8 və Təbii Sərvətlər İdarəsinin nəzarəti təmin olunmaldır.” Artıq 10 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən etiraf edilmişdir ki, tərəfindən aparılan ağacın yerinin dəyişdirilməsi xəbərdar edilməklə rəsmi qaydada qabaqcadan razılaşdırılmışdır. DİN BDYPİ-nin rəisi polis general-mayoru cənab Ramiz Zeynalov tərəfindən xx.xx.2022-ci il tarixli imzalanmış 242 nömrəli Tapşırığa əsasən: Gəncə şəhəri, Ərdəbil keçəsində (9 və 11 nömrəli orta məktəblərinin yerləşdiyi ərazidə) yerləşən nizamlayan piyada keçidində 2 ədəd çağırıcı qurğu ilə idarə olunan svetofor obyekti qurulmaqla nizamlanan piyada keçidi təşkil olunsun. Göründüyü kimi 10 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən protokol əsasında yazılmış 1000 (min) manat məbləğində cərimə qərəzlilik təşkil edir. 3 aydan artıq müddət ərzində qabaqcadan xəbərdarlıq edilməklə rəsmi yazışmalarla razılaşma olmuş və 10 X8 və Təbii Sərvətlər İdarəsi tərəfindən etiraz olmamışdır. Buna görə də xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X6 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirdi ki, aidiyyəti qurumun müvafiq sənədi əsasında həmin ağacı çıxararaq digər yerdə əkmişdir. Ona görə də barəsində qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirdi ki, xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli qərar qanuni qaydada qəbul olunduğu üçün şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə şikayəti, proses iştirakçılarının izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X9 xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 (min) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan DİN BDYPİ-nin rəisi polis general-mayoru Ramiz Zeynalov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 242 nömrəli tapşırığın surətindən görünür ki, Gəncə şəhəri, Ərdəbil keçəsində (9 və 11 nömrəli orta məktəblərinin yerləşdiyi ərazidə) yerləşən nizamlanmayan piyada keçidində 2 ədəd çağırıcı qurğu ilə idarə olunan svetofor obyekti qurulmaqla nizamlanan piyada keçidinin təşkil olunması tapşırılımışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinin 1216 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, “Sizin idarəyə ünvanladığınız xx.xx.2022-ci il tarixli 317-6384-1222 saylı Gəncə şəhəri inzibati ərazisində fəaliyyət göstərən yol nişanları və işıqfor obyektlərində yol hərəkəti təhlükəsizliyinin tam təmin olunması və baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə 100-150 metr məsafədə tam görünməsi üçün ağacların aqrotexniki qaydada budanmasına müvafiq rəy bildirilməsi barədə müraciət məktubunuza 10 X8 və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində baxılmışdır. Bununla əlaqədar 10 X8 və Təbii Sərvətlər İdarəsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinin 15/3323 saylı xx.xx.2015-ci il tarixli məktubunu rəhbər tutaraq əməkdaşlarımız tərəfindən tərtib olunmuş baxış aktına və çəkilmiş fotoşəkillərə istinadən Gəncə şəhərində müxtəlif prospekt və küçələrdə mövcud olan işıqforların və yol nişanlarının yaxınlığında əkilmiş ağacların nişanları görmə məsafəsini məhdudlaşdıran budaqlarını ağacların normal inkişafına mane olmamaq şərti ilə aqrotexniki qaydada budanmasını məqsədə uyğun hesab edirik. Rəyin icrası zamanı 10 X8 və Təbii Sərvətlər İdarəsinin nəzarəti təmin olunmaldır.” Qeyd: Ağacların budanmasını praktiki təcrübəyə malik təşkilat tərəfindən yerinə yetirilməlidir. İş materiallarında olan 03 fevral 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, S.Məmmədov ETSN-in rəyi, yaşıllıqların götürülməsi ilə bağlı qərar və yaşıllığın götürülməsi vərəqi olmadan 1 (bir) ədəd sərv ağacını kökündən çıxardaraq Gəncə şəhər DYPŞ-nin həyətyanı sahəsinə köçürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə X4 Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şikayət verən şəxs bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional qurumunun müvafiq sənədi əsasında həmin ağacı çıxararaq digər yerdə əkmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən hall qərar qəbul edilərkən səlahiyyətli orqan tərəfindən tam araşdırılmamış və bu barədə inzibati xəta haqqında işə, həmçinin həmin işə baxılarkən məhkəməyə bu halı təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və mahiyyəti yazılmalı olduğu halda bu hallara da riayət edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 253-1.2.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər min manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər on beş min manat miqdarında cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xətanın törədilməsi müvafiq icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, İXM-nin həmin maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması qeyd edilən rəyin olub-olmamasından asılı olduğu üçün həmin rəyin mövcudluğunu təsdiq edən sənədin inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə iclasında verilmiş izahatlardan və iş materiallarında olan sənədlərdən aydın şəkildə görünür ki, yuxarıda qeyd edilən hal səlahiyyətli orqan tərəfindən araşdırılmamış, yəni işin mübahisələndirilən halına aydınlıq gətirilməli olduğu halda bu həyata keçirilməmişdir. Belə olan halda isə qanunvericiliyin tələblərinə və qeyd edilən səbəblərə görə verilmiş şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, X4 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X4 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinin rəisi X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1-ci maddəsi ilə X6 barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 X8 və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar