Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3475/2023 25.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1, Zərərçəkmiş şəxs1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər Baş Polis idarəsinin 3-cü PBdən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis bölməsinin polis sahə rəisi, X4 tərəfindən tərtib edilmiş protokol aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Şəxs barəsində xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli protokol tərtib olunmuşdur ona görə ki, o, mübahisə zamanı Zərərçəkmiş şəxs1 məxsus “Toyota Prius” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ban hissəsinə yumruq vuraraq 310 manat dəyərində ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən şəxs X4 izahatında bildirmişdir ki, raport əsasında protokol tərtib etmişdir. Protokol tərtib edilən zaman Şəxs qanunvericiliyə əsasən hüquq və vəzifələri izah olunmuş, o özünü nizamlı aparmışdır. Daha sonra o, törədilən hadisənin şahidi olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirmişdir ki, o, hərəkətdə olarkən 2 (iki) avtomobil onun önünü kəsmiş, sonra isə maşından düşüb ona irad bildirərək “bu nece maşın sürməkdir” demişdir. O, maşında qadın olduğunu görüb uzaqlaşmaq istəsə də, qadın da maşına yaxınlaşaraq onu təhqir etmişdir. Sonda isə o, heç kimə zərər vurmadığını bildirmiş və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs vəkili X3 bildirmişdir ki, iş materiallarına əlavə edilmiş Şəxs 3-cü PB-nə ünvanladığı izahatından da görünür ki, o çıxarılan qərarla razılaşmır. Həmin ərazidə 3 kamera var. Eyni zamanda orada çoxlu sayda işləyən və yaşayan insanlar hadisəyə şahid olmuşlar. Gəncə şəhər 3cü polis bölməsində inzibati iş üzrə icraat aparılan zaman Şəxs izahatında bildirmişdir ki, həmin ərazidə şahidlər və kamera görüntüləri onun təqsirsizliyi sübut edə bilər. Lakin polis əməkdaşları vətəndaş Şəxs izahatına fikir verməyərək şahid ifadələrini və kamera görüntülərini almayaraq araşdırmanın düzgün həyata keçirməmişdir. Buna görə da işin yenidən araşdırılması üçün Gəncə şəhər BPİ-nin 3-cü polis bölməsinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 iş materiallarında olan izahatına uyğun ifadə verərək ona dəymiş ziyanın ödənilməsini tələb etmiş və şəhər təhlükəsizlik kameralarındakı görüntülərin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü tarixli qərardan görünür ki, qeyd olunan əməli törətmiş Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin tərkibi olduğundan onun barəsində tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər 3-cü PB-nin sahə rəisinə göndərilmişdir. - xx.xx.2023-cü il tarixli raporta əsasən, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə Zərərçəkmiş şəxs1 AR DİN-nin 102 xidmətinə zəng etmiş və Gəncə şəhər 3-cü PB-nə zəng edərək, xx.xx.2023-cü il tarixdə saat 21:41 radələrində özünə məxsus “Toyota Prius” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olarkən yanında olan Zərərçəkmiş şəxs2 Mətləb qızı sərnişinlə Gəncə şəhər Təbriz küçəsində **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu yol qaydalarını pozmasına baxmayaraq onu ölümlə hədələyərək küçə sözləri ilə təhqir etmiş, həmçinin avtomobilin üst dam hissəsini yumruqla vuraraq 310 manat zərər vurmuşdur. - Şəxs 3-cü PB-nə verdiyi izahatından görünür ki, o, Daş körpü dairəsinə dönərkən ondan qabaqda olan iki maşın önünü kəsərək, maşından düşüb ona yaxınlaşaraq nalayiq ifadələr işlətmiş, “Bu nece maşın sürməkdir” demişlər. O, maşında qadın olduğunu görüb uzaqlaşmaq istəsə də, qadın da maşına yaxınlaşaraq “Sənin başına oyun açaçağam” deyərək onu hədələmişdir. Ətrafdakı insanlar onları sakitləşdirib uzaqlaşdırmışlar. Şəxs qeyd etmişdirki, həmin ərazidə 3 kamera var. Eyni zamanda orada çoxlu sayda işləyən və yaşayan insanlar hadisəyə şahid olmuşlar. Təqsiri olmadığı halda onu şərlədiklərini bildirmişdir. - Zərərçəkmiş şəxs1 3-cü PB-nə verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri Təbriz küçəsində “SS young” markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsu Şəxs ilə aralarında yaranmış mübahisə zamanı ona məxsus “Toyota Prius” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üst dam hissəsinə yumruqla vuraraq 310 manat zərər vurmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə yenidən araşdırılması üçün geri qaytarılması barədə qərardad qəbul edilir. Belə ki, İXM-in 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Həmin məcəllənin 100.1.6-cı maddəsinə əsasən olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilirməlidir. Qanunvericilik İXM-in 100-cü maddəsində göstərilən tələbləri səlahiyyətli şəxsin üzərinə vəzifə kimi qoymaqla, qeyd olunan maddədə göstərilən tələblərə riayət olunmasını imperativ norma kimi müəyyən etmişdir. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Bundan başqa İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Qeyd olunmalıdır ki, məhkəmə iclasında işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanmaması müəyyən edilmişdir. Belə ki, iş materiallarında inzibati xətanın törədilməsi nəticəsində dəyən ziyan barəsində şahidlərin ifadələri, həmçinin kamera görüntüləri yoxdur. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şəxs barəsində tərtib olunana inzibati xəta haqqında protokolun İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Ona görə də, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun yenidən araşdırılması üçün geri qaytarılması qənaətinə gəlmişdir. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə hesab edirəm ki, Şəxs barəsində İXM-in 232-1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər yenidən araşdırılması üçün geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati protokola əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat yenidən araşdırılması üçün geri qaytarılsın. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3475/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3475/2023
25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver