Məhkəmə qərarları › İş №3(125)-3475/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3475/2025

29.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3475/2025 29.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin əmək müfəttişi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 14 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün aidiyyatı üzrə Gəncə şəhər məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş orqana və Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə göstərilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən İXM-in 529.1-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 14 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx"MTK-nın direktoru Şəxs tərəfindən inzibati cərimə növündə inzibati təneh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarda nəzərdə tutulmuş inzibati cərimənin ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - 22 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx"MTK-nın direktoru Şəxs vətəndaşlar X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etdiyindən İXM-nin 192.1-ci maddəsinin tələblərini pozmuş və buna görə də 4500 manat inzibati cərimə edilmişdir. - X5 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/2-60155/2024 nömrəli xx.xx.2024-cü il tarixli və xx.xx.2025-ci il tarixli, 3-17-5/2-66409/2025 nömrəli məktubları ilə müəyyən edilir ki, "xxxx"MTK-nin ünvanına, kooperativin direktoru Şəxs müraciət göndərilərək inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.(poçt göndərişlərinin izlənməsi haqqında elektron çıxarışdan görünür ki, məktublar xx.xx.2024-cü il və xx.xx.2025-ci il tarixlərdə "xxxx" MTKnin ünvanına çatdırılmışdır.) - "xxxx"MTK-nın direktoru Şəxs tərəfindən məhkəməyə ünvanlanan vəsatətlərdən görünür ki, o, barəsində tərtib edilmiş protokol ilə razılaşmır və qeyd edir ki, o, barəsində tərtib edilmiş protokoldan xəbərsizdir. Bundan başqa barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli qərar qanuni qüvvəyə mindikdən sonra cərimə üç ay ərzində ödənilməli idi və bunu nəzərə almadan onun barəsində 1 il 1 aydan sonra yəni 14 avqust 2025-ci ildə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilməsi yanlışdır. O, hesab edir ki, İXM-nin 38-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən gec dörd ay keçənədək verilə bilər. Bundan başqa o, xx.xx.2024-cü il tarixli qərar üzrə özünü təqsirli bilmədiyini qeyd edərək (qərarları vəsatətə əlavə edir) bildirir ki, həmin ona cərimə tətbiq edilən inzibati qərar üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il taxili, 3(125)- 3450/2024 saylı qərarına əsasən "xxxx"MTK-nın barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, həmin qərardan inzibatı orqan X5 şikayət etmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)-672/2024 nömrəli qərarına əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il taxili, 3(125)-3450/2024 saylı qərarı isə qüvvədə saxlanılmışdır. Məhkəmə həmin vəsatətlərə münasibətdə bildirir ki, protokola əlavə edilmiş poçt göndərişlərinin izlənməsi haqqında elektron çıxarışlardan inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə bağlı tədbirlərin görülməməsinə görə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi barədə dəvət məktubunun xx.xx.2025-ci il tarixində çatdırılma cəhdi uğursuz olması, lakin həmin məktubun xx.xx.2025-ci il tarixdə "xxxx"MTK-nın hüquqi ünvanına çatdırılması görünür. Bundan başqa qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Belə ki, xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarını icrasının təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi üçün xx.xx.2024-cü il tarixdə qərarı qəbul etmiş inzibati orqan "xxxx"MTK-nın hüquqi ünvanına məktub göndərmişdir. Poçt göndərişlərinin izlənməsi haqqında çıxarışdan görünür ki, 05 sentyabr 2024-cü il tarixli 3- 17-5/2-60155/2024 nömrəli məktub İXM-nin 150.5.1-ci maddəsinə əsasən tədbirlər görülməsi üçün xx.xx.2024-cü il tarixdə hüquqi şəxs "xxxx"MTK-nın ünvanına çatdırılsa da, həmin qərarın icrası hüquqi şəxsin direktoru Şəxs tərəfindən təmin olunmamışdır. Ona görə də vəzifəli şəxs "xxxx"MTK-nın direktoru Şəxs barəsində 14 avqust 2025-ci il tarixdə İXM-nin 529.1-1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Həmçinin vəsatətdə qeyd olunan həmin inzibati qərar üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il taxili, 3(125)-3450/2024 saylı qərarına əsasən "xxxx"MTKnın barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və həmin qərardan verilmiş şikayət üzrə, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(104)-672/2024 nömrəli qərarı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il taxili, 3(125)-3450/2024 saylı qərarının qüvvədə saxlanılması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən qərarlar hüquqi şəxs "xxxx"MTK-nın barəsində xx.xx.2024-cü il tarixli MN1933212 nömrəli protokol üzrə qəbul olmuşdur. Hazırkı icra olunmayan qərar isə vəzifəli şəxs Şəxs barəsində olan xx.xx.2024-cü il tarixli MN1933211 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.3-ci maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 150.1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 143-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq, inzibati xəta törətmiş şəxs inzibati cəriməni ödəməlidir. 150.5-ci maddəsinə əsasən bu Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən: 150.5.1. fiziki şəxslər barəsində - onun əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana; 150.5.2. hüquqi şəxslər barəsində - hüquqi şəxsin pul vəsaitlərindən və ya gəlirlərindən tutulması üçün banka və ya digər kredit təşkilatlarına göndərilir. Bank və ya digər kredit təşkilatı qərarı onun daxil olduğu vaxtdan 7 gün müddətində icra edir. Həmin müddət ərzində hüquqi şəxsin hesabında pul vəsaiti olmadıqda, bank və ya digər kredit təşkilatı inzibati cərimənin tətbiq edilməsi haqqında qərarı, onun icra edilməməsinin səbəbini göstərməklə, qərarı qəbul etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) dərhal qaytarmalıdır. 529.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyektlər tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbirlərin görülməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 14 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Azərbaycan Respublikası 150.5.1-ci maddəsində nəzərdə tutulmuş subyekt tərəfindən Şəxs barəsində tərtib edilmiş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə əlaqədar tədbir görülməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXMnin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən “Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx"MTK-nın direktoru Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 14 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114 və 115-ci maddələrinirəhbər tutaraq, qəraraaldı: "xxxx"MTK-nın direktoru Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar