Məhkəmə qərarları › İş №3(125)-3482/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3482/2024

25.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3482/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X3, tələbkar X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X6 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, xx.xx.1958-ci il təvəllüdlü, ali təhsilli, evil, məhkumluğu olmamış, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində olan Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)- 2552/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 65400 manat pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbi könüllü icra etməsi üçün bidliriş və inzibati məsuliyyətə cəlb ediləcəyi barədə xəbərdarlıq məktubları göndərilmişdir. Bundan əlavə borclu idarəyə dəvət olunmuş izahatı alınmış və borcun ödənilməsi tələb edilmişdir. Lakin borclu Şəxs bu günkü tarixədək hər iki icra sənədi üzrə borcunu ödəməmişdir. Hazırda borclunun bu günədək tələbkar tərəfə cəmi 6536.24 manat ödəniş etmişdir. Hal-hazırda 58893.76 manat borcu var. Borclu sonuncu izahatında borclarını hazırda ödəyə bilmədiyini bidirmişdir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir icra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru X6 çıxışında borclu Şəxs ödəniş etməsi barədə heç bir qəbzi təqdim etmədiyini, adına hər hansı əmlakın olmadığını və 364 manat məbləğində pensiya aldığını bidlirərək tələbkar şəxsin borcun tam ödənilməsini tələb etdiyini qeyd edərək qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs çıxışında hissə-hissə ödənişlər edə biləcəyini bildirmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X5 çıxışında borcun hissə-hissə ödənilməsi ilə razılaşmayaraq etirazını bildirmiş və borcun tam şəkildə ödənilməsini tələb etmişdir. İş materiallarına əlavə edilmiş: - 02 may 2023-cü il tarixli MN №1477729 nömrəli protokoldan görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-2552/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs 65430 manat tutularaq X4 ödənilməlidir. - Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-2552/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 65400 (altmış beş min dörd yüz) manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq X4 verilməsi qət edilmişdir. - xx.xx.2020-ci il tarixli “icraata başlamaq haqqında” qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 şəhər Nizami rayon Məhkəməsinin 2(044)-2552/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2020-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinə xx.xx.2022-ci il tarixdə verdiyi izahatda borclu Şəxs əlində pul olmadığından ödəniş edə bilmədiyini və bu günə borc üzrə 5645 (beş min altı yüz qırx beş) manat ödədiyini bildirmişdir. Həmçinin icra xidməti tərəfindən hər ay pensiyasından 163,61 AZN tutulduğunu və 2024-cü ilin axırına qədər borcunun hamısını ödəcəyini nəzərə çatdırmışdır. - xx.xx.2023-cü il tarixli “yeni müddətin təyin olunması barədə” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)- 2552/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra edilməsi üçün “10” gün müddətində vaxt verilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahatda borclu Şəxs bildirmişdir ki, tələbkarla qarşılıqlı razılığa gələrək ona məxsus olan, lakin kirvəsi X7 adına olan Şəmkir rayonu, Mahmudlu kəndində olan 0,27 hektar torpağı onun adına rəsmiləşdirsin. - Gəncə şəhəri üzrə İcra İdarəsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahatda borclu Şəxs bildirmişdir ki, icra sənədi üzrə borcundan bugünkü günədək 2500 manat ödəniş etmişdir. Eyni zamanda aprel ayından başlayaraq pensiyasının 50%-i tutularaq tələbkarın hesabına köçürülür. Birdəfəlik ödəniş edə bilmir. - “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında” təqdimatdan görünür ki, Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılması xahiş edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli № 3(125)-898/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli № 3(125)-898/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - Gəncə şəhəri üzrə İcra İdarəsinə xx.xx.2023-cü il tarixdə verdiyi izahatda borclu Şəxs borcunu tam ödəmək üçün imkanının olmadığını və indiyədək 5318 manat ödədiyini bildirmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinə xx.xx.2024-cü il tarixdə verdiyi izahatda borclu Şəxs 5000 manatdan artıq ödəniş etdiyini və Daşkəsən rayonu, Xoşbulaq kəndində onun torpağının və tikilişini 2025-ci ilədək satıb borcunu ödəcəyini bildirmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinə xx.xx.2024-cü il tarixdə verdiyi izahatda borclu Şəxs bildirmişdir ki, 363 manat pul təqaüd aldığını və ürəkdən əməliyyat olunduğundan həmçinin insult xəstəliyi keçirdiyindən əlində olan son pullarını da müalicələrə xərcləmişdir. Bu günə qədər borcundan 6000 manatdan artıq pul ödədiyini, qalan hissəsinidə ödəcəyini nəzərə çatdırmışdır. - 25 sentyabr 2024-cü il tarixli MN №2087543 nömrəli protokoldan görünür ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-2552/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs 65400 manat və 30 manat dövlət rüsumu alınaraq X4 ödənilməlidir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin elektron informasiya sistemində xx.xx.2024-cü il tarixli sorğusuna əsasən məlum olur ki, Şəxs 363,87 manat məbləğində pensiya alır. - Gəncə şəhəri üzrə İcra İdarəsinin elektron informasiya sistemində xx.xx.2024-cü il tarixli sorğusuna əsasən məlum olur ki, Şəxs meyvə və tərəvəz şirələrinin istehsalı adlı faəliyyətini müvəqqəti dayandırmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun yaşını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar