Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3488/2023 29.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X1 və X12 nümayəndəsi X4 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X19 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4376/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs X2 hesabına 12206 manat, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3469/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən X8 hesabına 1920,91 manat, Gəncə şəhər 2 saylı Notariat Ofisinin 8i-2282/22 saylı,xx.xx.2022-ci il tarixli icra qeydi üzrə X13 hesabına 15000 ABŞ dolları, Gəncə şəhər 2 saylı Notariat Ofisinin 8i-3507 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə X7 hesabına 15025 manat, Gəncə şəhər 2 saylı Notariat Ofisinin 8i-4468 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə X1 hesabına 25025 manat, Gəncə şəhər 2 saylı Notariat Ofisinin 8i-4469 saylı, xx.xx.2022-ci il tarixli X1 hesabına 15025 manat Gəncə şəhər 2 saylı Notariat Ofisinin 8i-2283 saylı, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə X12 hesabına 34000 ABŞ dolları pul tutulması qət edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş tərəfindən borcluya təqdim edilmiş, borclunun inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqlar verilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu ilə dəfələrlə telefon əlaqəsi saxlanılaraq borcun ödənilməsi tələb edilmiş, lakin borclu hec bir ödəniş etməmişdir. Hal-hazırda onun X5 12206 manat, X11 1920,91 manat, X15 12000 ABŞ dolları, X9 15025 manat, X3 16525 manat, X3 15025 manat, X16 (8000 ABŞ dolları ödənilmiş), qalıq 24500 ABŞ dolları borcu vardır. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 borclu Şəxs aylıq məvacibinin xx.xx.2023cü il tarixdə ödənilməsini nəzərə alaraq ona vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X10 məhkəmə iclasınının bir dəfə təxirə salınmasını və borcluya kifayət qədər vaxt verildiyini məhkəmənin diqqətinə çatdıraraq borcun ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aylıq maaşının 30 dekabr 2023-cü il tarixdə kartına köçürüləcəyini bildirərək məhkəmədən ödəniş üçün vaxt verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 08 dekabr 2023-cü il tarixli MN1481825 nömrəli protokoldan görünür ki, e236334/23 saylı icra işi üzrə 12206 manat, 164249/23 saylı iş üzrə 1920,91 manat, 117303 saylı iş üzrə 15000 ABŞ dolları, 225702 saylı iş üzrə 15025 manat, 286084 saylı iş üzrə 25025 manat, 286080/22 saylı icra sənədi üzrə 34000 ABŞ dolları Şəxs tərəfindən icra edilməmişdir. - e286084/2022 saylı icra qeydindən görünür ki, Şəxs 25000 manat məbləğində pul və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 25025 manat tutularaq tələbkar X1 xeyrinə tutulmalıdır. - e286080/2022 saylı icra qeydindən görünür ki, Şəxs 15000 manat məbləğində pul və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 15025 manat tutularaq tələbkar X1 xeyrinə tutulmalıdır. - Notariat Ofisinin 8i-2282 saylı icra qeydindən görünür ki, Şəxs 15000 ABŞ dolları və ödənilmiş 25 manat dövlət rüsumu tutularaq tələbkar X13 xeyrinə tutulmalıdır. - Notariat Ofisinin 8i-3507 saylı icra qeydindən görünür ki, Şəxs 15000 manat və ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 15025 manat tutularaq tələbkar X7 xeyrinə tutulmalıdır. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-4376/2023 saylı, xx.xx.2023-cü il icra vərəqəsindən görünür ki, 29 yanvar 2021-ci il tarixli kredit müqaviləsi üzrə 12206 manat Şəxs tutularaq X2 xeyrinə tutulmalıdır. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-4369/2023 saylı, xx.xx.2023-cü il icra vərəqəsindən görünür ki, 03 iyul 2019-cu il tarixli və 22 sentyabr 2021-ci il tarixli kredit müqavilələri üzrə 1890,21 manat və 30,72 manat dövlət rüsumu Şəxs tutularaq X8 xeyrinə tutulmalıdır. - xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarlardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X19 icra sənədlərini icraatına qəbul etmişdir. - “tələbin könüllü icrası haqqında” bildirişlərdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət təyin edilmiş və həmin müddətdə borcunun ödənilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. - borclu Şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində verdiyi izahatdan görünür ki, o, 8i- 3217 saylı, xx.xx.2021-ci il tarixli sənədi üzrə 15320 manat pulu tam ödədiyini, digər borcları isə ödəyə bilmədiyini göstərmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxsnın inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən : Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3488/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3488/2023
29.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver