Məhkəmə qərarları › İş №3(125)-3488/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3488/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3488/2024 22.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şahid9 iştirakları ilə, Şahid9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şahid9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, vəzifəli şəxs Şahid9 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi PHŞ-nin Gəncə Regional İdarəsinin müdiri vəzifəsini icra etdiyi xx.xx.2022-ci il tarixdən hazırki tarixədək Gəncə şəhəri ərazisində müntəzəm rayonlararası sərnişin daşımasının qüvvədə olan təhlükəsizlik və istismar qaydalarına, normativlərə, tələblərə uyğun olması, insanların həyat və sağlamlığının qorunmasını təmin etmək, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarının yerinə yetirən avtonəqliyyat vasit\l\rinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağıtibbi müayinəsi üçün müvafiq məntəqələrin təyin edilməsi məqsədilə tədbirlər görmək, həmçinin bu sahədə nəzarəti həyata keçirmək vəzifəsi ona həvalə olunduğu halda müayinələrin təşkili üçün tədbir görməmiş, texniki vəziyyətinin reysqabağı yoxlanılması barədə arayış olmadan avtonəqliyyat vasitələrinin daşımalara buraxılması və sağlamlıq vəziyyəti tibbi tələblərə uyğun olmayan sürücülərin nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılması qadağa edildiyi halda reysqabağı texniki, tibbi müayinələr həyata keçirilmədən sərnişin daşıma fəaliyyətinin yerinə yetirilməsinə şərait yaratmış, bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsi inzibati xətasını törətmişdir. Ona görə də Şahid9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə məsuliyyətə cəlb olunması xahiş edilmişdir. Məhkəmə iclasında Gəncə şəhər Prokurorluğunun nümayəndəsi X3 inzibat icraat haqqında qərarı müdafiə edərək, ona uyğun izahat verərək, qərarın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şahid9 izahatında bildirdi ki, 2022-ci ildən AYNA-nın Gəncə Regional İdarəsinin müdiri vəzifəsində işləyir. Gəncə şəhər prokuroru tərəfindən verilmiş qərar əsassızdır və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. “Avtomobil nəqliyyatı haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən daşıyıcı- daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Qanunun tələbindən də göründüyü kimi, sürücülərin tibbi müayinədən, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi daşıyıcının vəzifəsidir. Odur ki, onun barəsində əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Qeyd edilənlərə əsasən icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirdi ki, 2016-cı ildən 2023-cü ilin dekabr ayınadək "xxxx" MMC-yə məxsus avtovağzalda “Mercedes-Benz” markalı mikroavtobusla sərnişinləin Gəncə-Gədəbəy istiqamətində daşınması ilə məşğul olmuşdur. Onunla sərnişin daşınmasına dair müqavilə bağlanmamışdır. Hər ay AYNA-nın Gəncə Regional İdarəsi tərəfindən avtovağzalda olan sərnişin mikroavtobuslarının reysqabağı texniki müayinə haqlarının ödənilməsi tələb edilsə də, mikroavtobusların texniki baxışı heç vaxt təşkil edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 izahatında bildirdi ki, 2016-cı ildən "xxxx" MMC-yə məxsus avtovağzalda “Mercedes-Benz” markalı mikroavtobusla sərnişinləin daşınması ilə məşğul olmuşdur. Onunla sərnişin daşınmasına dair müqavilə bağlanmamışdır. Hər ay AYNA-nın Gəncə Regional İdarəsi tərəfindən avtovağzalda olan sərnişin mikroavtobuslarının reysqabağı texniki müayinə üçün 20,80 manat məbləğində pulun ödənilməsi tələb edilsə də, mikroavtobusların texniki baxışı heç vaxt təşkil edilməmişdir. Reysqabağı tibbi müayinələr isə 20 avqust 2024-cü il tarixdən təşkil edilmişdir. AYNA-nın Gəncə Regional İdarəsinin rəhbəri və vəzifəli şəxsləri sürücülərin və mikroavtobusların reysqabağı yoxlamalardan keçirilməməsindən məlumatlı olsalar da, bügunədək tədbir görməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 digər Şahid7 ilə oxşarməzmunlu izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 izahatında bildirdi ki, 1994-cü ildən özünə məxsus avtobusla Gəncə-Gədəbəy reysi ilə sürücü işləyir. AYNA-nın Gəncə Regional İdarəsi tərəfindən texniki müayinə görə ondan aylıq 20,80 qəpik pul alınmasına baxmayaraq texniki müayinədən keçirilməsi ilə bağlı onunla müqavilə bağlanmamışdır. Regional idarə tərəfindən ondan tələb edilən pul "xxxx" MMC-nin hesabına ödətdirilirdi. Lakin buna baxmayaraq Regional İdarə tərəfindən ona yol vərəqəsi verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirdi ki, AYNA-nın Gəncə Regional İdarəsində kiçik inspektor vəzifəsində işləyir. Vəzifəsi sərnişin və yük daşıması qaydalarına, daşımaların təhlükəsiz təşkilinə nəzarət etmək, aşkar edilmiş pozuntularla bağlı qanunamüvafiq tədbir görməkdən ibarətdir. Şahid1 Gəncə şəhər avtovağzalında sərnişinlərin Gəncə-Gədəbəy istiqamətində daşınması ilə məşğul olmuşdur. Həmin şəxs fərqlənmə nişanı olmadan fəaliyyət göstərmiş və texniki müayinə üçün müəyyən edilmiş haqqı ödəməmişdir.Qeyd olunan pozuntularla bağlı o və regional idarənin rəisi məlumatlı olmuşdur. Lakin xx.xx.2023-cü il tarixədək Şahid1 barəsində tədbir görülməmişdir. Habelə Şahid1 və ona məxsus olan mikroavtobusun reysqabağı texniki və tibbi müayinəsi təşkil edilməmişdir. Şahid1la sərnişin daşıma müqaviləsi bağlanmamış, müqavilə olmadan fəaliyyət göstərməsi ilə bağlı tədbir görülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş AYNA-nın Gəncə Regional İdarəsində kiçik inspektoru Şahid3 digər Şahid2 ilə oxşarməzmunlu izahat vermişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış -Gəncə Şəhər Prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati icraat başlanılmışdır. -Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin iclasının 12 yanvar 2024-cü il tarixli 3-27-103/3-9-1/2024 nömrəli protokolundan görünür ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının həyata keçirilməsi üçün müvafiq məntəqənin təyin edilməsi haqqında” İdarə heyətinin 2023-cü il 15 may tarixli 3-27-103/3-6-6/2023 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul edilmiş və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının təşkil edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi bağlı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. -xx.xx.2024-cü il tarixli tibbi xidmət müqaviləsindən görünür ki, "xxxx" MMC ilə fərdi sahibkar Şahid7 arasında tibbi xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şahid9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, Azerbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş “X1 Agentliyinin Nizamnamesi”nə əsasən, Azerbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (bundan sonra - AYNA) avtomobil nəqliyyatı sahəsində tənzimləməni, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə daşımalara və digər avtomobil nəqliyyatı xidmətlərinə ehtiyacın təmin edilməsini, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə nəzarəti həyata keçirən publik hüquqi şəxsdir. “Avtomobil nəqliyyatı haqqında” Azerbaycan Respublikası Qanunun 26.3-cü maddəsinə əsasən Avtomobil nəqliyyatı ile sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya diger qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcıların sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtoneqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası"mn 2-ci və 3-cü hissələrinə əsasən heyata keçirilir. Qaydaların 2.2-cl hissəsinə əsasən Avtomobil nəqliyyatı ile sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtoneqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Qaydaların 2.3-cü hissəsinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qaydaların 3.2-ci hissəsinə əsasən, Avtomobil nəqliyyatı ile sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtoneqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Qeyd edilən hüquqi aktlardan da görünür ki,qaydalara əsasən sürücülərin həm texniki, həm de tibbi müayinədən keçirilməsi vəzifəsi daşıyıcıların üzərinə qoyulmuşdur. Lakin avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbindən görünür ki, sürücülərin həm texniki, həm de tibbi müayinədən keçirilməsi vəzifəsi daşıyıcıların üzərinə qoyulsa da həmin vəzifənin keçirilməsi üçün məntəqələrin təşkil edilməsi üçün hüquqi və fiziki şəxslərlə müqavilə bağlamaq məhz Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin üzərinə qoyulmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin iclasının 12 yanvar 2024-cü il tarixli 3-27-103/3-9-1/2024 nömrəli protokolundan görünür ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının həyata keçirilməsi üçün müvafiq məntəqənin təyin edilməsi haqqında” İdarə heyətinin 2023-cü il 15 may tarixli 3- 27-103/3-6-6/2023 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar qəbul edilmiş və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının təşkil edilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi bağlı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC tərəfindən həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Hazırkl is üzrə isə Şahid9 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi publik hüquqi şəxsin rəhbəri olmamaqla hüquqi və fiziki şəxslərlə müqavilə bağlamaq hüququna malik olan şəxs olmamışdır. Belə ki, is materiallarından da göründüyü klml. Şahid9 AYNA-nın Gəncə regional İdarəsinin müdiridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən,bu Məcəllə ile qorunan İctimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən (inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri) İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, İnzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şahid9 əməlində Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şahid9 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və protesti verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar