Məhkəmə qərarları › İş №3(125)-3488/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3488/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3488/2025 24.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Şikayətçi XXX Toğrul Sabitoğlunun iştirakı ilə, XXX Toğrul Sabitoğlu tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: XXX Toğrul Sabitoğlu şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. XXX Toğrul Sabitoğlu şikayətini onunla əsaslandırmışdır ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elvin Abduləlizadənin xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı tam əsassızdır, buna görə də qərara məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək işi üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, guya o, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti ilə M.Abbaszadə küçəsinin kəsişməsində saat 15:44 radələrində “LEXUS GX470” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Buna görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş “inzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli qərar qəbul edilmişdir. O, bu qərarla razılaşmır və hesab edir ki, qərar tamamilə qanunsuzdur və qəbul edilərkən qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir. İlk öncə onu qeyd etmişdir ki onun barəsində “inzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmişdir. Belə ki, sözügedən qərarda inzibati xətanın B0DEE49F886977D nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, təhlükəsizlik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsini qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Təsadüf deyil ki, bu kamera İXM-in 81-ci və 100.1.8ci maddəsi ilə nəzərdə tutulmuş tələblərə cavab vermir. Ona görə də elektron qərarda həmin kameranın göstəriciləri əks olunmamışdır. Həmin qərar xüsusi texniki vasitədən istifadə etməklə tərtib edilməli olduğu halda, polis əməkdaşı tərəfindən fərdi məlumatlara müdaxilə etməklə tərtib edilmişdir Yəni, kamera arxasında oturan hər hansı polis əməkdaşı (operator) kameradan şəhəri müşahidə edərkən qanun pozuntusunu aşkar etmiş və həmin an avtomobilin şəkilini və dövlət qeydiyyat nömrəsini yaxınlaşdırmaqla bir neçə fotoşəkil çəkmişdir. Avtomobilin təhlükəsiz şəhər kamerası vasitəsi ilə yaxınlaşdırılaraq dövlət qeydiyyat nişanının götürülməsi, fərdi məlumatlara müdaxilədir, belə müdaxilənin olmaması üçün qanunvericilik “xüsusi texniki vasitələr” tətbiq etməklə inzibatı xətanın aşkara çıxarılmasını imperativ şəkildə qeyd etdiyi təqdirdə hazırki qərar xüsusi texniki vasitədən istifadə etməməklə tərtib edilmişdir. “İnzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli qərar nömrəli inzibati tənbeh vermə haqqında qərarda “inzibati xətanın aşkar edilməsi xüsusi texniki vasitənin məlumatı əsasında” müəyyən edilmişdir kimi ifadə işlənmiş, lakin qərarda xüsusi texniki vasitə barədə heç bir məlumat göstərilməmişdir. Halbuki İXM-nin 81.3-cü maddəsinin tələbləri baxımından xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməlidir. Sözügedən inzibati xətanın törədilib-törədilməməsini müəyyən etmək mümkün deyil. Belə ki, inzibati xatanın törədilməsinə dair “videogörüntü” barədə qeyd elektron qərarda öz əksini tapmamışdır. Elektron qərarda yalnız “inzibati xəta hadisəsinin baş verdiyi və nəqliyyat vasitəsinin sürücü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunur” sözləri qeyd edilmişdir. Lakin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli qərarın əlavəsində olan foto şəkillərdə də inzibati xətanın törədildiyi tarix və saat əks olunmamış və istifadəsində olan “ASAN pay” elektron kabinetində inzibati xətanın törədilməsini sübut edən videomateriallar əlavə edilməmişdir. Həmçinin elektron qərarda inzibati xətanın xüsusi texniki vasitənin köməyi ilə aşkar edildiyi göstərilsə də, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsində göstərilən tələblərlə uzlaşmışdır. Bununla yanaşı qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən tarix və saatda minik avtomobili tərəfindən idarə edilməmişdir. Onun istifadəsində “Hyundai Sonata” minik markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobil “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nə əsasən X1 mülkiyyətində olmaqla, tərəfindən “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə əsasında idarə olunur. Əgər araşdırma aparılsa həqiqətən müəyyən olunur ki, qərarda göstərilən tarixdə, yəni xx.xx.2025-ci il tarixdə istifadəsində olan “Hyundai Sonata” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunaraq öz iş-gücündə olmuşdur. Bu isə onun deməyə əsas verir ki, hər hansı bir inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. Məhkəmə iclasında iştirak edən XXX Toğrul Sabitoğlu ərizəsində göstərilənləri təsdiq edərək bildirdi ki, barəsində qəbul edilmiş elektron qərarda göstərilmişdir ki, guya o, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti ilə M.Abbaszadə küçəsinin kəsişməsində saat 15:44 radələrində “LEXUS GX470” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş “inzibati tənbeh vermə haqqında" xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli qərar qəbul edilmişdir. Protokolda hadisənin törədilmə vaxtı xx.xx.2025-ci il tarix göstərilsə də, hadisə əslində xx.xx.2025-ci il tarixdə baş vermişdir. xx.xx.2025-ci il tarixdə ümumiyyətlə “LEXUS GX470” minik markalı **-RR- *** dövlət qeydiyyat nişanlı avtomobil həmin ərazidən keçməmiş, Göygöl ərazisində olmuşdur. Bununla yanaşı qeyd etməyi zəruri hesab edir ki, inzibati tənbeh vermə haqqında qərarda göstərilən tarix və saatda qərarda qeyd olunan minik avtomobili onun tərəfindən idarə edilməmişdir. Onun istifadəsində “Hyundai Sonata” minik markalı, **-DV- *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Əgər araşdırma aparılsa, həqiqətən müəyyən olunur ki, qərarda göstərilən tarixdə, yəni xx.xx.2025-ci il tarixdə istifadəsində olan “Hyundai Sonata” minik markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunaraq öz iş-gücündə olmuşdur. Bu isə onun deməyə əsas verir ki, hər hansı bir inzibati xətanın törədilməsindən söhbət gedə bilməz. Sözügedən “LEXUS GX470” minik markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobil əmisioğlunun mülkiyyətindədir, lakin bir il bundan qabaq əmisioğlu ona etibarnamə verdiyi üçün cərimə ona gəlmişdir. Bundan başqa sözügedən qərarda inzibati xətanın B0DEE49F886977D nömrəli kamera vasitəsi ilə qeydə alındığı göstərilmişdir. Həmin kameranın adından da göründüyü kimi, təhlükəsizlik kamerasıdır və yalnız müşahidə üçün nəzərdə tutulmuşdur. Həmin kameranın inzibati xəta hadisəsini qeydə almaq və elektron qərar qəbul etmək funksiyası yoxdur. Həmçinin yolda heç bir xəbərdaredici nişan qoyulmamış, qoşa xətt sona kimi qırıq-qırıq gəlmiş, sonda düz xətt olmuşdur, sentyabr ayında həmin xətlər yenicə çəkilmişdi və 100 metr məsafədən isə bunu görmək qeyri-mümkün idi. Sonda şikayətin təmin edilməsini, onun barəsində olan DİN Baş DYPİ-si tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, XXX Toğrul Sabitoğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə onun barəsində 100 (bir yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində qeyd olunur ki, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayəti və iş materiallarına əlavə edilmiş digər sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 62-ci maddəsinə əsasən xəbərdarlıq nişanları hərəkət zamanı şəraitə uyğun tədbirlər görülməsi tələb edilən yolun təhlükəli sahəsinə yaxınlaşma və təhlükənin xarakteri barədə yol hərəkəti iştirakçılarına məlumat verir. Xəbərdarlıq nişanlarının əsas fərqləndirici əlamətləri (1.3, 1.4 və 1.31 qrupları istisna olmaqla) onların ağ fonlu üçbucaqlı və qırmızı haşiyəli formasıdır. Onlar heç bir məhdudiyyət nəzərdə tutmurlar. Lakin belə nişanları görən sürücü diqqətini artırmalı və şəraitə uyğun təhlükəsizlik tədbirləri görməyə hazır olmalıdır. Xəbərdarlıq nişanlarını hərəkətin icazə verilmiş sürətindən, görünmə şəraitindən və onların yerləşdirilməsi imkanından asılı olaraq yaşayış məntəqələrindən kənarda, təhlükəli sahələrin başlanğıcından 150—300 metr, yaşayış məntəqələrində isə 50—100 metr aralıda quraşdırırlar. Zərurət olduqda bu nişanlar başqa məsafədə də quraşdırıla bilər. Bu halda təhlükəli sahəyə qədər yolayrıcı varsa, bu yolayrıcından sonra təkrar nişan 7.1.1 lövhəciyi ilə quraşdırılır. Bundan başqa kəsişən (və ya birləşən) yolda yolayrıcından 50 metr məsafədə 7.1.3 və ya 7.1.4 lövhəciklərindən biri ilə birlikdə belə xəbərdarlıq nişanı quraşdırıla bilər. Həmin qanunun 69-cu maddəsinə əsasən Yolun nişanlanması (5 saylı Əlavə) yol hərəkətinin nizamlanmasının səmərəli vasitələrindən biri olmaqla, nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxılış qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Yol nişanlanmasına hərəkət təhlükəsizliyini artırmaq məqsədi ilə yol hərəkəti qaydalarını müəyyənləşdirən, yol qurğularının ölçülərini və ya yolun istiqamətini bildirən, yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar və digər qeydlər aiddir. Yol nişanlanması müstəqil şəkildə, habelə yol nişanları və svetoforlarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı əsasında tətbiq olunur. Müvəqqəti nişanlama xətləri rənginə görə digər nişanlama xətlərindən fərqlənməlidir. Eyni yol sahəsində tətbiq edilmiş nişanlanma xətlərinin tələbləri, habelə müvəqqəti yol nişanları və müvəqqəti nişanlanma xətləri istisna olmaqla nişanlama xətləri ilə digər texniki vasitələrin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq yolverilməzdir. Aşkar olunmuş hər hansı ziddiyyət və ya uyğunsuzluq təxirəsalınmadan aradan qaldırılmalıdır. Müvəqqəti nişanlama xətləri ilə digər nişanlama xətlərinin tələbləri arasında ziddiyyət və ya uyğunsuzluq olarsa, müvəqqəti nişanlama xətlərinə üstünlük verilməlidir. Qanunun 69-cu maddəsinin 19-cu bəndinə əsasən yolun hərəkət hissəsinin daralan sahəsinə (həmin istiqamətdə zolaqların sayının azaldığı sahəyə), yaxud əks istiqamətlərdə nəqliyyat axarlarını ayıran 1.1 və 1.11 nişanlama xətlərinə yaxınlaşmanı göstərir. Birinci halda 1.19 nişanlama xətti 1.18.2— 1.18.3 nişanları ilə birlikdə tətbiq oluna bilər. 1.7 Tək qırıq-qırıq xətt,cizgilərin uzunluğu və cizgilər arasındakı məsafə eyni olan tək qırıq-qırıq xətt: bu xətt yolayrıcının hüdudlarında hərəkət zolaqlarının sərhədini göstərir. Bu tək qırıq-qırıq xətti də istənilən tərəfdən kəsib keçmək olar. Yəni, avtomobil və digər nəqliyyatlar yolayrıcında düzünə getmək istədikdə bu tək qırıq-qırıq xətti də istənilən tərəfdən kəsib keçə bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. -76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. -81-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. -122.4-cü maddəsinə əsasən inzibati xəta hadisəsinin fotosu, bu Məcəllənin 327.1- 327.5, 328, 329.1, 329.2, 330 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xəta hadisəsinin həmçinin videoyazısı həmin inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, XXX Toğrul Sabitoğlu xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli qərarla İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat cərimə edilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı və sənədlərin təqdim edilməsi ilə bağlı sorğu verilsə də, nümayəndə məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə tərəfindən verilən sorğuya cavab verilməmişdir. Sadalanan qanunvericilik normalarının tələblərinə riayət olunubolunmaması haqqında qərarı tərtib etmiş orqan tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyi sübuta yetirilmir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan şikayətçi XXX Toğrul Sabitoğlunun inzibati xəta törətməsini, yəni əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmasını və həmin yolda xəbərdaredici nişanın olmasını təsdiq edən sübutları - videogörüntü və s. məhkəməyə təqdim etmədiyindən, həmçinin XXX Toğrul Sabitoğlunun inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmədiyindən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin iş materiallarına şəkil və videogörüntü əlavə edilməmişdir. Məhkəmə gəldiyi mövqeyi onunla əsaslandırır ki, inzibati xətanın baş verdiyi yolda - yolun başlanğıcında hər hansı bir xəbərdaredici nişan quraşdırılmamış və sürücü yolun iki istiqamətli olması barədə əvvəlcədən məlumatlandırılmamışdır. Belə olan halda XXX Toğrul Sabitoğlunun barəsində inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi əsassızdır, bunun əksini sübut etməyə borclu olan inzibati orqan məhkəməyə sübut təqdim etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsi inzibati xətaya aid foto və ya videogörüntülər, həmçinin başqa sübutlar məhkəməyə təqdim edilmədiyindən işə baxılarkən X2 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməsi və ya digər pozuntu törətməsi müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: -8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. -8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. -8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. -84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, XXX Toğrul Sabitoğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5-1ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsində nəzərdə tutulur ki, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə hesab edir ki, şikayətçi XXX Toğrul Sabitoğlunun təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: XXX Toğrul Sabitoğlunun şikayəti təmin edilsin. XXX Toğrul Sabitoğlunun təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30538041 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin əsasla xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar