Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3493/2024 11.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən daxil olmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1ndə yerləşən “Exclusive-1” adlı obyektin sahibkarı Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməməsi nəticəsində onun barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və materiallar baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında ADRA X6 İdarəsinin nümayəndəsi X5 izahat verərək bildirmişdir ki, “Exclusive-1” adlı obyektin sahibkarı Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməmişdir. Bu əmələ görə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, onu Gəncə Reklam İdarəsinə çağırmışlar və o oraya getmiş, ona bildirmişlərki “Exclusive-1” obyektinin reklamı dəyişməlidir. O, nəticədə salona getmiş və işçilərə obyektdəki reklamın çıxarılmasını bildirmiş və növbəti gün Bakı şəhərinə getmişdir. Ona yazılı xəbərdarlıqlar gəldiyi zaman o, Bakıda olmuşdur. O, Bakıya getdiyi zaman evini kirayə vermiş və ona gələn məktubları kirayəçi götürdüyü üçün onun məlumatı olmamışdır. Sonda barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Belə ki, işdə olan 19 sentyabr 2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verilən yazılı göstərişləri vaxtında və tam yerinə yetirməməsi nəticəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan 02 iyul 2024-cü il tarixli yazılı göstərişdən görünür ki, Şəxs ünvan 1ndə yerləşən “Exclusive-1” adlı obyektdə açıq məkanda yayımlanan reklamın yayımının dərhal dayandırılması və “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.8-ci maddəsinə uyğun olaraq icazə alınması tələb edilməyən reklamın 5 gün müddətində Qanunun və digər qanunvericilik aktlarının tələblərinə uyğunlaşdırılması tələb edilmişdir. Bu tələblər yerinə yetirilmədikdə barəsində Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti məhkəməyə göndəriləcəyi bildirilmişdir. İşdə olan 02 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak barədə bildirişdən görünür ki, sahibkar Şəxs ünvan 1ndə yerləşən “Exclusive-1” adlı obyekt üzərində (açıq məkanda) müvafiq icazə olmadan reklam yayımını həyata keçirdiyi üçün ona göndərilmiş xx.xx.2024-cü il tarixli, 11-3-3/2-1173/2024 nömrəli yazılı göstərişin alınmasından qanunla müəyyən edilmiş 5 gün müddət keçməsinə baxmayaraq reklam qanunvericiliyin tələblərinə uyğunlaşdırılmamışdır. O, Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdar edilmişdir. İşdə olan ADRA X6 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 1875 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında açıq məlanda Şəxs tərəfindən ” Reklam haqqında” Azərbaycan Respublikası qanununun və digər qanunvericilik aktlarının tələbləri pozulmaqla 12,0 m2 ölçüdə fasad reklamı yayımlanması aşkar edilmişdir. İşdə olan ADRA X6 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 2513 nömrəli aktdan görünür ki, Şəxs X1 X4 Regional Reklam İdarəsi tərəfindən təqdim olunan 02 iyul 2024-cü il tarixli 11-3-3/2-1173/24 nömrəli icrası məcburi olan yazılı göstərişin tələblərini icra etməyərək ünvan 1 ünvanında 12m2 ölçüdə fasad reklamı yayımlamaqda davam etdiyi aşkar edilmişdir İşdə olan ADRA X6 İdarəsinin əməkdaşları tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli, 4154 nömrəli aktdan görünür ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00-a inzibati protokol tərtib olunması üçün X6 İdarəsinə dəvət olunsa da, o, müvafiq protokolun rəsmləşdirilməsi prosesində iştirak etməmişdir. İşdə olan İntermet vergi idarəsindən çıxarışdan görünür ki, Şəxs vergi ödəyicisi olan fiziki şəxsdir (VÖEN **********), buna görə o, vəzifəli şəxs hesab olunur. “Foto” şəkildən görünür ki, Dədə Qorqud küçəsində yerləşən “Exclusive-1” adlı obyektinin üzərində reklam vardır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi və onun təqsiri tam təsdiq olunur. Belə ki, adı çəkilən ticarət obyektinin sahibi dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilsə də, qeyd edilən pozuntunun aradan qaldırılması istiqamətində heç bir tədbir görməmişdir. Məhkəmə iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, o, bərbərxananı bərbərlərə etibarnamə əsasında istifadəyə vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxs reklam haqqında qanunvericiliyin tələblərinə reklamın uyğunlaşdırılmasında məsul hesab edilərək tənbeh edilməlidir. Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz qulluq vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 428.7.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 45-48, 114-116, 119-121-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3493/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3493/2024
11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver