Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3494/2023 08.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, X3 18 noyabr 2023-cü il tarixli EQ 18114956 nömrəli qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinə X3 X4 barəsində tərtib edilmiş 18 noyabr 2023-cü il tarixli EQ 18114956 nömrəli inzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsinə dair şikayət ərizəsi daxil olmuşdur. Məhkəmə işin baxılmağa hazırlanması zamanı şikayət ərizəsini və ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi onu göndərmiş şəxsə geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsi X5 tərəfindən təqdim edilsə də, inzibati tənbehvermə haqqında X1 barəsində tərtib edilməsi müəyyən edilmişdir. X3 X2 adından məhkəmədə çıxış etmək səlahiyyətini təsdiq edən hər-hansı sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldım: X3 X4 barəsində tərtib edilmiş 18 noyabr 2023-cü il tarixli EQ 18114956 nömrəli inzibati tənbehvermə haqqında Qərarın ləğv edilməsinə dair şikayət ərizəsi şikayətçiyə geri qaytarılsın. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3494/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3494/2023
08.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver