Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3495/2024 10.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2023-cü il tarixli EQ 17251925 nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23631845 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və başlanılmış icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, DİN Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 23631845 nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Qərarın qəbul edilməsinə səbəb onun İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyi, yəni xx.xx.2024-cü il tarixdə saat 00:52:50-də İdarə etdiyi Chevrolet markalı Malibu modelli **-EZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ünvan 1 ünvanda (GPS: 40.6786,46.3599) hərəkətdə olarkən guya o, yolda müəyyən edilmiş hərəkət sürətini 35 km/saat həddində aşmış. Barəsində qəbul edilmiş qərarda müəyyən edilmiş hərəkət sürəti qaydalarını pozmağı qeyd edilmiş, sözü gedən qərarda inzibati xətanı VVC-MC800P tipli, E-Patrul markalı, VVC-MC800P modelli, xx.xx.2024-cü il tarixdə son dəfə müqayisəli dövlət yoxlamasından keçmiş, (bununla bağlı təsdiq edən ÖVY 146827 nömrəli sənəd verilmişdir) xüsusi texniki vasitə ilə inzibati xətanın törədilməsi qeydə alınmışdır. Lakin, sözü gedən xüsusi texniki vasitənin harada quraşdırıldığı barədə EQ 23631845 nömrəli qərarda qeyd edilməmişdir. Elektron sistemdə EQ 23631845 nömrəli qərara baxdıqda görünür ki, sözü gedən xüsusi texniki vasitə nəqliyyat vasitəsinin salonunda quraşdırıldığı görünür. Belə olan halda, həmin nəqliyyat vasitəsi barədə nəyə görə qərarda qeyd aparılmamışdır. Belə çıxır ki, xüsusi texniki vasitəsini polis əməkdaşı üzərinə yerləşdirib istədiyi yerdə inzibati xətanı törədən şəxs və ya nəqliyyat vasitəsini qeydə ala bilər. Belə olan halda sual əmələ gəlir ki, qanun və qaydalara uyğun olaraq inzibati xətanın törədilməsi barədə qeyd aparılması nə üçün yazılmışdır. Eyni zamanda markası, modeli və dövlət qeydiyyat nişanı qərarda qeyd edilməyən nəqliyyat vasitəsinin idarə edən şəxs barədə məlumat qeyd edilməmişdir. Bundan əlavə, markası, modeli və dövlət qeydiyyat nişanı bilinməyən nəqliyyat vasitəsinin ünvan 1 ünvanda dayanması qadağandır və bununla bağlı “Dayanmaq qadağandır” nişanı qoyulmuşdur. Lakin, markası, modeli, dövlət qeydiyyat nişanı bilinməyən nəqliyyat vasitəsi və onun sürücüsü “Dayanmaq qadağandır” nişanına reaksiya verməmişdir. Eyni zamanda, xüsusi texniki vasitəsi əgər DYP-nin xidməti nəqliyyat vasitəsində olmuşdursa, həmin nəqliyyat vasitəsi inzibati xətanı törədərək ünvan 1 ünvanda “Dayanmaq qadağandır” ərazisində dayanmışdırsa, xidməti nəqliyyat vasitəsinin üstündən olan yanıb-sönən işıqlardan istifadə etməmişdir. Halbuki, polis əməkdaşı xidməti nəqliyyat vasitəsi ilə yol kənarında xidməti zərurətlə əlaqədar dayanırsa yanıb-sönən işıqlardan istifadə etməlidir. Ancaq, elektron sistemdə olan videogörüntüdən məlum olur ki, nəqliyyat vasitəsinin üzərində yanıb-sönən işıqlardan istifadə edilməmişdir. DİN BDYPİ-nin xx.xx.2024-cü il tarixli EQ 23631845 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğunundan ləğv edilməsi və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətdən azad edilməyi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Baş X4i İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Baş X4 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş X1 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ 23631845 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, X1 şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə X1 təqsiri təsdiq olunur. Beləliklə, X1 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 17251925 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİnin Mərkəzi Məlumat Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 23631845 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 23631845 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin Mərkəzi Məlumat Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli EQ 23631845 nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3495/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3495/2024
10.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver