Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3500/2024 22.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “X2” ASC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, “X2” ASC-nin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsində “X2” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək material ilə birlikdə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli EP ******* nömrəli protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan “X2” ASC tərəfindən xx.xx.2023-cü il tarixdə **********22884 saylı gömrük bəyənnaməsi üzrə dəyəri 55410,00 ABŞ dolları dəyərində “soyuq su sayğacı və hissələr” yükü Gəncə Gömrük idarəsində rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. xx.xx.2023-cü il tarixdə **********22884 saylı gömrük bəyənnaməsilə ixrac edilən yeken dəyərinin 54150.00 ABŞ dolları ASC-nin müvəkkil bank hesabına daxil olmuş və bəyannamənin qalıq məbləği olan 1260.00 ABŞ dolları valyuta vəsaiti malların bəyan edildiyi gündən 180 gün müddət ərzində müvəkkil bank hesabına köçürülməsini təmin etməmiş və bununla qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyi tələbləri pozulmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2” ASC-nin qanuni təmsilçisi X3 izahatında göstərdi ki, protokol səhv tərtib olunmuşdur. “X2” ASC tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, qanunvericilikdə qeyd olunan müddət ərzində köçürmə təmin olunmuşdur. Lakin bank tərəfindən sənədlər tam daxil edilməmişdir. Həmin hal da artıq aradan qaldırılmışdır. Bu hal bank tərəfindən verilən məktub ilə də öz təsdiqini tapır. Tam köçürülmə aparılmasına dair invoyslarda məhkəməyə təqdim edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə Gəncə Gömrük idarəsinə məlumat verilsədə nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə Gəncə Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmənin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, “X2” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə **********22884 saylı gömrük bəyənnaməsindən görünür ki, “X2” ASC tərəfindən xx.xx.2023-cü il tarixdə **********22884 saylı gömrük bəyənnaməsi üzrə dəyəri 55410,00 ABŞ dolları dəyərində “soyuq su sayğacı və hissələr” yükü Gəncə Gömrük idarəsində rəsmiləşdirilərək Rusiya Federasiyasına ixrac edilmişdir. İş materiallarında olan “X2”-nun hesabdan çıxarışdan görünür ki, 55,410.00 ABŞ dolları pul tam olaraq “X2” ASC-nin hesabına xx.xx.2024-cü il tarixdə yəni 180 gün keçmədən mədaxil edilmişdir. İş materiallarında olan Paşa bankın xx.xx.2024-cü il tarixli məktuba cavabından görünür ki, xx.xx.2023-cü il tarixdə **********22884 sorğu nömrəli yük gömrük bəyannaməsi üzrə daxilolmalar əsasında tərtib edilmiş və bankımıza təqdim etdiyiniz konsiqnasiya hesabatına əsasən qeydlər Gömrük portalında aparılmışdır, qalıq yoxdur, tam bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində isə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdarda” dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 dekabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin Vİİİ hissəsinin, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 7ci maddəsinin, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1.3 və 3-cü maddələrinin tələblərinə müvafiq olaraq xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində fiziki şəxs tərəfindən əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, şəxs həmin Məcəllənin 208-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Xarici iqtisadi fəaliyyəti həyata keçirən fiziki şəxs tərəfindən xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə təxirəsalınmadan cinayət məsuliyyətinin müəyyən edilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsinə müvafiq dəyişikliklər edilənədək xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xeyli və ya külli miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmasını təmin etməyən fiziki şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “Qeyd” hissəsinin tələbləri nəzərə alınmaqla inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin qeyd edilməlidir ki, İXM-in 483-cü maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş pul vəsaiti Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına köçürülməlidir. Başqa sözlə, qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən bu cür pul vəsaiti Azərbaycan Respublikasına yalnız bank hesabına köçürmə yolu ilə qaytarılmalıdır. Bu qaydaya riayət olunmaması inzibati məsuliyyətə səbəb olur. Digər tərəfdən isə məhkəmə qeyd edir ki, “X2” ASC-nin ixrac etdiyi malların dəyərini təşkil edən pul vəsaiti qanunvericilikdə müəyyən edilmiş müddət ərzində ölkəyə qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinin tələbinə görə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində vəsaitləri onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasına qaytarılmalıdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş pul vəsaiti Azərbaycan Respublikasının müvəkkil olunmuş bankının hesabına köçürülmə qaydasına əməl edilmiş pullar bəyannamə üzrə tam şəkildə köçürülmüşdür. Göründüyü kimi “X2” ASC-nin hesabına ödənilməli oan pul məbləği tam olaraq köçürülmüşdür. Belə olan halda “X2” ASC-nin inzibati xəta üzrə məsuliyyətə cəlb edilməsi əsassız və qanunsuz olardı. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, “X2” ASC-nin Azərbaycan Respublikası İXM-in 483-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları sübuta yetirilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Odur ki, məhkəmə, inzibati xəta haqqında materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “X2” ASC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: “X2” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-3500/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3500/2024
22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver