Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3501/2024 27.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Zərərçəkmiş şəxs X2, icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru X7 tərəfindən tərtib edilmiş protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-1736/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar X3 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunanacağı barədə xəbərdarlıq verilməsinə baxmayaraq o, alimenti ödəməkdən üzrsüz səbəbdən yayınır. Şəxs sonuncu dəfə 2024-cü ilin iyun ayında 300 manat ödəniş etmiş və borcu 1800 manat təşkil edir. Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri qörülmüş və bununla da Şəxs qanunda müəyyən edilmiş müddətdə borcunu ödəməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında icra məmuru protokolu müdafiə edib Şəxs barəsində qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Onun 2020-ci ildən bəri səhətində ciddi problemlər yaranmağa başlamışdır. O, vərəm xəstəsidir, işləmə qabiliyyəti yoxdur, səhhəti ilə əlaqədar olaraq işləyə bilmir. Bundan əlavə, bel fəqərəsində də patologiya var, ayaq üstə dura bilmir. Hazırda ödəniş etməyə imkanı yoxdur. Sonda o, barəsində qanuni qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, Onun da səhhətində ciddi problemlər vardır. Əvvəllər işləyə bilirdi, son iki aydır səhhəti ilə bağlı olaraq işləyə bilmir. Onun əməliyyata ehtiyacı vardır. Onun uşaqlarına baxmasına anası və qardaşı köməklik edir. O, sonda borcunun ödənilməməsi təqdirdə Şəxs cəzalandırılmasını xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: - 27 sentyabr 2024-cü il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Gəncə şəhəri Məhkəməsinin 2(125)-1736/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələb Şəxs tərəfindən icra edilmir. - xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Gəncə şəhəri Məhkəməsinin 2(125)-1736/2024 nömrəli, xx.xx.2024-cüil tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat cavabdeh Şəxs tutularaq iddiaçı X3 verilməlidir. - xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, icra məmuru Gəncə şəhəri Məhkəməsinin e-2(125)-1736/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədini icraatına qəbul etmişdir. - xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icra edilməsi üçün 10 gün müddət təyin edilmiş və 10 gün ərzində könüllü icra edilməməsi halında ona İcra haqqında Azərbaycan Respublikası qanunun 78, 79, 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər tutulacağı barədə xəbərdarlıq edilmişdir. -xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqla borcluya tələbin icra edilməməsi üçün inzibati məsuliyyət daşımaları barədə xəbərdarlıq edilmiş, Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət edilmişlər. -09 sentyabr 2024-cü il tarixli “Borclunun axtarılması haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. -xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstutu” Publik Hüquqi şəxsin arayışından görünür ki, Şəxs Osteoxoundroz və Osteoparozun yayılmış forması, dayaq və hərəkət funksiyasının pozulması halları müəyyən edilmişdir. Yekunda ona Bexterev xəstəliyi (daimi ağrı sindromu, dayaq və hərəkət funksiyalarının pozulması) diaqnozu qoyulmuşdur. Bundan əlavə, barəsində icraat aparılan şəxs ağciyər xəstəliyindən də əziyyət çəkir, ona ev şəraitində, daimi müşahidə altında qalması tövsiyyə edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. İşin faktiki hallarından görünür ki, Şəxs aliment borcunu ödəməyərək icra sənədi üzrə tələbi üzrsüz səbəbdən icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə hesab edir ki, barəsində icraat aparılan şəxsin xroniki xəstəlikdən əziyyət çəkməsi, həmin xəstəliyin daimi ağrılarla müşayiət edilməsi və dayaqhərəkət sisteminin pozulması onun tərəfindən inzibati həbs növündə tənbeh çəkilməsini qeyri-mümkün edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin sağlamlıq vəziyyətini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3501/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3501/2024
27.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver