Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-351/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Qərardan protest verən Gəncə şəhər prokurorluğunun nümayəndəsi X8 və qərarından protest verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X2 nümayəndəsi X6 iştirakı ilə X1 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X2 xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarından Gəncə şəhər prokuroru Azad Qarayev tərəfindən verilmiş protestə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Gəncə şəhər prokuroru Azad Qarayev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardan protest verərək qərarın ləğv edilməsini və X1 Azərbaycan Respublikası İXMnin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Protest onunla əsaslandırılmışdır ki, X1 barəsində Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X16 Xidmətinin X3 xitam verilməsi barədə xx.xx.2024-cü tarixli, ******* №-li qərarı 23 yanvar 2024-cü il tarixdə Gəncə şəhər prokurorluğuna daxil olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs şəhər prokurorluğuna yazdığı ərizəsində və verdiyi izahatında MMC-də keçirilmiş püşkatma nəticəsində ixtisara düşməsinə görə ixtisarla çıxarılması deyilsə də o, aldadılaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən işdən çıxarılmış, yəni əmək müqaviləsinə xitam verilmişdir. 30 may 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin Grand Qafqaz Ticarət Kompleksinin mühafizə xidmətində mühafizəçi işləmiş və aylıq olaraq 320 manat əmək haqqı almışdır. Onun 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixə kimi olan 85 manat əmək haqqı əllə verilmiş, ondan sonrakı müddət isə əmək haqqını ABB-nin elektron plastik kartı ilə almışdır. "xxxx" MMC-nin Grand Qafqaz Ticarət Kompleksinin mühafizə xidmətində 30 may 2023-cü il tarixdən işləməyinə baxmayaraq onunla əmək müqaviləsi 06 iyun 2023cü il tarixdən bağlanmışdır. Onun işi mühafizəçi kimi bir gündən bir saat 18:00-dan səhəri günü saat 09:00-a kimi bazarın ərazisini mühafizə etmək olmuşdur. 04 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində "xxxx" MMC-nin direktoru Mahmud Mahmudzadə və baş mühasib Muradəli Salmanov gecə mühafizəçilərini MMC-nin ikinci mərtəbəsində olan ofis zalına yığaraq iclas keçirdərək demişdir ki, mühafizəçilərin sayı çoxdur, əmək haqqlarını verə bilmirik və mühafizəçilərin sayından 4 nəfər ixtisar olunmalıdır, heç kim inciməsin deyə həmin ixtisarı püşkatma yolu ilə edəcəyik. O və digər mühafizəçilər də razılaşmışlar. MMC-nin direktoru Mahmud Mahmudzadə əlində olan yumru taxta qabı göstərərək demişdir ki, həmin qabın içərisində mühafizəçilərin sayına uyğun olaraq bükülmüş kağızlar vardır, həmin kağızlardan 4 nəfərin qarşısında çıxış, digərlərinin qarşısında isə qəbul sözləri yazılmış, kimin qarşısına qəbul sözü çıxsa o, qalacaq, çıxış sözü çıxan şəxslər ixtisar olunacaqdır. O, da digər mühafizəçilər kimi həmin kağızlardan birini götürüb açanda onun açdığı kağızda çıxış sözü yazıldığından ona deyilmişdir ki, sən ixtisara düşürsən, həmçinin onun kimi 3 nəfər mühafizəçinin də kağızında çıxış sözü olmuşdur. O, MMC-nin baş mühasibi Muradəli Salmanovdan soruşmuşdur ki, bəs bizi ixtisarla işdən çıxarırsınız bizə kompensasiya veriləcəkmi. M.Salmanov da bildirmişdir ki, çoxdan işləyən işçilərə kompensasiya veriləcək, təzə işçilərə isə kompensasiya verilməyəcəkdir. O və digər 3 nəfər mühafizəçini baş mühasib Muradəlinin köməkçisi Leylanın otağına aparmışlar. Leyla ona demişdir ki, işdən çıxmaqla bağlı ərizə yazmalısan. Ona Leyla “yazıb xahiş edirəm ki, öz xahişimlə işdən azad edəsiniz” məzmunlu ərizə yazdırmış və ərizənin sonunda o, yazdığı ərizənin mahiyyətini başa düşüb ona demişdir ki, niyə öz xahişimlə, bəs siz demirsiniz ki, ixtisara görə işdən çıxarılırıq. Leyla da ona demişdir ki, “sənə ərizənin məzmununu necə deyirlər elə yaz, mənə iş öyrədəcəksənmi”. O, da Leylaya demişdir ki, “mən öz xahişimlə işdən çıxmıram və elə məzmunda ərizə yaza bilmərəm, özünüz ixtisar kimi məni işdən çıxarırsınızsa çıxarın”. O, həmin ərizəni imzalamadan stolun üstünə qoyub çıxıb getmişdir. Ondan sonra həmin ərizəyə kiminsə imza edib etməməsi barədə məlumatı yoxdur, əgər imza edilmişdirsə bu saxtakarlıqdır. Ondan sonra ona 82 manat son haqq hesab olaraq əmək haqqı kartı ilə ödənilmiş, lakin elektron sistemə baxdıqda məlum olmuşdur ki, onun əmək müqaviləsinə MMC tərəfindən tərəflərin birinin təşəbbüsü ilə işdən çıxmaq istəyi əsasında xitam verilmişdir. O, işdən çıxarılmağını qanunsuz hesab edir. X7 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs baş mühasib işlədiyi "xxxx" MMC-dən yazdığı şikayət ərizəsi ilə tanış olmuş, onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs 30 may 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin Grand Qafqaz Ticarət Kompleksinin mühafizə xidmətində mühafizəçi işləmiş və aylıq olaraq 320 manat əmək haqqı almışdır. Rövşənin 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixə kimi olan 85 manat əmək haqqı ona əllə verilmiş, ondan sonrakı müddət isə əmək haqqını ABB-nin elektron plastik kartı ilə almışdır. Rövşən "xxxx" MMC-nin Grand Qafqaz Ticarət Kompleksinin mühafizə xidmətində 30 may 2023-cü il tarixdən işləməyinə baxmayaraq onunla əmək müqaviləsi 06 iyun 2023-cü il tarixdən bağlanmışdır. Zərərçəkmiş şəxs işi mühafizəçi kimi bir gündən bir saat 19:00dan səhəri günü saat 09:00-a kimi bazarın ərazisini mühafizə etmək olmuşdur. Bazar Store MMC-də mühafizəçilərin sayının ixtisar olmasına zərurət yarandığından 04 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Bazar Store MMC-nin direktoru X4 və gecə mühafizəçilərini MMC-nin ikinci mərtəbəsində olan ofis zalına yığaraq iclas keçirdərək dedi ki, mühafizəçilərin sayı çoxdur, əmək haqqılarını verə bilmirik və mühafizəçilərin sayından 4 nəfər ixtisar olunmalıdır, heç kim inciməsin deyə həmin ixtisarı püşkatma yolu ilə edəcəyik. Mühafizəçilər də bununla razılaşmışlar. MMC-nin direktoru Mahmud Mahmudzadə əlində olan yumru taxta qabı göstərərək dedi ki, həmin qabın içərisində mühafizəçilərin sayına uyğun olaraq bükülmüş kağızlar vardır, həmin kağızlardan 4 nəfərin qarşısında çıxış, digərlərinin qarşısında isə qəbul sözləri yazılmış, kimin qarşısına qəbul sözü çıxsa o, qalacaq, çıxış sözü çıxan şəxslər ixtisar olunacaqdır. Rövşən və digər mühafizəçilər həmin kağızlardan birini götürüb açanda Rövşənin açdığı kağızda çıxış sözü yazıldığından ona deyilmişdir ki, sən ixtisara düşürsən, həmçinin onun kimi 3 nəfər mühafizəçinin də kağızında işdən çıxarırsınız bizə kompensasiya veriləcəkmi. O, da Rövşənə bildirmişdir ki, çoxdan işləyən işçilərə kompensasiya veriləcək, təzə işçilərə isə kompensasiya verilməyəcəkdir. MMC-də işə girmə və işdən çıxma əmrlərinin yazılması ilə bağlı sənədləşmələr böyük mühasib Leylaya tapşırıldığından Rövşən və digər 3 nəfər mühafizəçi böyük mühasib Leyla ilə birlikdə onun otağına getmişlər. Leyla otağında Rövşənə demişdir ki, işdən çıxmaqla bağlı ərizə yazmalısan. O, bildiyinə görə Rövşən də razılaşaraq Leylanın dediyi məzmunda “yazıb xahiş edirəm ki, öz xahişimlə işdən azad edəsiniz” məzmunlu ərizə yazmış və imza etmişdir. Ərizə yazılan vaxt Rövşənin nəyə görə ərizəni ixtisarla bağlı deyil öz xahişi ilə bağlı məni işdən azad edəsiniz məzmunlu ərizə yazmasına görə narazılıq etməsi barədə onun məlumatı yoxdur. 04 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs öz istəyinə əsasən işdən çıxarılması ilə bağlı əmr verilmiş və ona son haqq hesab olaraq 82 manat pul əmək haqqı kartına köçürülmüşdür. X4 izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs 30 may 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin Grand Qafqaz Ticarət Kompleksinin mühafizə xidmətində mühafizəçi işləmiş və aylıq olaraq 320 manat əmək haqqı almışdır. Rövşənin 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixə kimi olan 85 manat əmək haqqı ona əllə verilmiş, ondan sonrakı müddət isə əmək haqqını ABB-nin elektron plastik kartı ilə almışdır. Zərərçəkmiş şəxs "xxxx" MMCnin Grand Qafqaz Ticarət Kompleksinin mühafizə xidmətində 30 may 2023-cü il tarixdən işləməyinə baxmayaraq onunla əmək müqaviləsi 06 iyun 2023-cü il tarixdən bağlanmışdır. Zərərçəkmiş şəxs işi mühafizəçi kimi bir gündən bir saat 19:00-dan səhəri günü saat 09:00-a kimi bazarın ərazisində yerləşən "xxxx"i mühafizə etmək olmuşdur. Bazar Store MMC-nin şirkətlə bağladığı müqavilələrdən birinin müddəti bitdiyindən və Hosteldə qalan xarici vətəndaşlar getdiyindən gecə mühafizəçilərindən 4 nəfərinin sayının ixtisar olmasına zərurət yarandığından 04 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində o, və baş mühasib Muradəli Salmanov gecə mühafizəçilərini MMCnin ikinci mərtəbəsində olan ofis zalına yığaraq iclas keçirdərək demişlər ki, mühafizəçilərin sayı çoxdur, əmək haqqlarını verə bilmirlər və mühafizəçilərin sayından 4 nəfər ixtisar olunmalıdır, heç kim inciməsin deyə həmin ixtisarı püşkatma yolu ilə edəcəyik. Mühafizəçilər də bununla razılaşmışlar. O, əvvəlcədən hazırlanmış əlində olan yumru taxta qabı göstərərək demişdir ki, həmin qabın içərisində mühafizəçilərin sayına uyğun olaraq bükülmüş kağızlar vardır, həmin kağızlardan 4 nəfərin qarşısında çıxış, digərlərinin qarşısında isə qəbul sözləri yazılmışdır, kimin qarşısına qəbul sözü çıxsa o, qalacaq, çıxış sözü çıxan şəxslər ixtisar olunacaqdır. Rövşən və digər mühafizəçilər kimi həmin kağızlardan birini götürüb açanda Rövşənin açdığı kağızda çıxış sözü yazıldığından ona deyilmişdir ki, sən ixtisara düşürsən, həmçinin onun kimi 3 nəfər mühafizəçinin də kağızında çıxış sözü olmuş və həmin işçilərə də ixtisara düşmələri deyilmişdir. O, bundan sonra çıxıb getmişdir. Xarici vətəndaşların hosteldə qalma müddətlərinin sentyabr ayının 5-də bitəcəyinə görə o, 04 avqust 2023-cü il tarixdə bütün mühafizəçilərin öz xahişi ilə işdən çıxmaq istəmələri barədə ərizə də aldırmış və həmin ərizələrə özləri imza etmişlər. Rövşənin ixisarla bağlı böyük mühasib Muradəlidən kompensasiya verilib-verilməməsini soruşması, Muradəlinin isə köhnə işçilərə kompensasiya veriləcəyini, təzə işçilərə isə kompensasiya verilməyəcəyini deməsi barədə məlumatı yoxdur. MMC-də işə girmə və işdən çıxma əmrlərinin yazılması ilə bağlı sənədləşmələr böyük mühasib Leylaya tapşırıldığından Rövşən və digər 3 nəfər mühafizəçi böyük mühasib Leyla ilə birlikdə onun otağına getmiş, Leyla otağında Rövşənə demişdir ki, işdən çıxmaqla bağlı ərizə yazmalısan. O, bildiyinə görə Rövşən də razılaşaraq Leylanın dediyi məzmunda “yazıb xahiş edirəm ki, öz xahişimlə işdən azad edəsiniz” məzmunlu ərizə yazmış və imza etmişdir. Ərizə yazılan vaxt Rövşənin nəyə görə ərizəni ixtisarla bağlı deyil öz xahişi ilə bağlı işdən azad edilməsi məzmunlu yazmasından narazılıq etməsi barədə onun məlumatı olmamışdır. 04 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs öz istəyinə əsasən işdən çıxarılması ilə bağlı əmr verilmiş və ona son haqq hesab olaraq 82 manat pul əmək haqqı kartına köçürülmüşdür. X13 izahatında bildirmişdir ki, 2018-ci ildə Gəncə Texnologiya Universitetinin qiyabi şöbəsinin dövlət və bələdiyyənin idarə edilməsi ixtisasını bitirmiş. 01 mart 2023-cü il tarixdən "xxxx" MMC-nin baş mühasib müavini işləyir. Zərərçəkmiş şəxs baş mühasib müavini işlədiyi Gəncə-Bazar Store MMC-dən yazdığı şikayət ərizəsi ilə tanış olmuş, Zərərçəkmiş şəxs tanıyır, onunla aralarında ədavətləri və düşmənçilikləri yoxdur. Zərərçəkmiş şəxs 30 may 2023-cü il tarixdən 04 sentyabr 2023cü il tarixə kimi Gəncə şəhəri, Z.Əliyeva küçəsində yerləşən "xxxx" MMC-nin mühafizə xidmətində mühafizəçi işləmiş və aylıq 350 manat vəzifə maaşı olmaqla müəyyən edilmiş vergilər tutulduqdan sonra 320 manat əmək haqqı almışdır. Rövşənin 30 may 2023-cü il tarixdən 06 iyun 2023-cü il tarixə kimi olan 85 manat əmək haqqı ona əllə verilmiş, ondan sonrakı müddət isə əmək haqqını ABB-nin elektron plastik kartı ilə almışdır. Rövşən "xxxx" MMC-nin mühafizə xidmətində 30 may 2023-cü il tarixdən işləməyinə baxmayaraq onunla əmək müqaviləsi 06 iyun 2023-cü il tarixdən bağlanmışdır. Zərərçəkmiş şəxs işi mühafizəçi kimi bir gündən bir saat 19:00-dan səhəri günü saat 09:00-a kimi bazarın ərazisini mühafizə etmək olmuşdur. 04 sentyabr 2023-cü il tarixdə saat 14:30 radələri olarmış o işdə olmuş, bu vaxt Zərərçəkmiş şəxs və digər hazırda adlarını xatırlamadığı 3 nəfər işçi onun "xxxx" MMC-də olan iş otağına gələrək onları MMC-nin direktoru Mahmud Mahmudzadənin onun yanına göndərməsini, keçirilmiş püşkatma zamanı onlara işdən çıxma düşməsinə görə işdən çıxmaq üçün ərizə yazacaqlarını bildirmişlər. Həmin vaxt baş mühasib Muradəli Salmanov da gələrək otaqda keçib yerində əyləşmişdi. O, da Zərərçəkmiş şəxs və digərlərinə işdən öz razılıqları ilə işdən çıxmaq barədə yazmaları üçün ərizə nümunəsi vermiş, Zərərçəkmiş şəxs ona demişdir ki, «məni ixtisar kimi işdən çıxara bilərsinizmi, mən işdən çıxandan sonra gedib Əmək və Məşğulluq mərkəzindən işsizlik pulu alım». O, da Rövşənə demişdir ki, Əmək Məcəlləsinə görə işsizlik ilə bağlı pul almaq üçün gərək ən azı 30 ay işləmiş olardın, ixtisarla çıxmış olsan belə sənə işsizlik pulu verilməyəcəkdir. Zərərçəkmiş şəxs ondan həmçinin soruşmuşdur ki, işdən çıxdıqdan sonra onlara kompensasiya veriləcəkmi, o da Rövşənə demişdir ki, işdən çıxdıqdan sonra sizə son haqq hesab veriləcəkdir. Zərərçəkmiş şəxs bundan sonra həmin ərizə nümunəsi əsasında işdən öz razılığı ilə çıxması barədə ərizə yazaraq və ərizəyə imza edərək çıxıb getmiş və bundan sonra onun işdən öz razılığına əsasən çıxmaq istəməsi barədə ərizəsi nəzərə alınmaqla MMC-nin direktoru tərəfindən işdən çıxarılması ilə bağlı əmr imzalanmışdır. Rövşən ərizəsində «yazıb xahiş edirəm ki, öz xahişimlə işdən azad edəsiniz» məzmunlu ərizə yazmış və imza etmişdir. Ərizə yazılan vaxt Rövşənin nəyə görə ərizəni ixtisarla bağlı deyil öz xahişi ilə bağlı işdən azad edilməsi məzmunlu ərizə yazmasına görə narazılıq etməsi olmamışdır. 04 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs öz istəyinə əsasən işdən çıxarılması ilə bağlı əmr verilmiş və ona son haqq hesab olaraq 82 manat pul əmək haqqı kartına köçürülmüşdür. Araşdırma zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin qanuni təmsilçisi-direktoru X4 həmin MMC-nin mühafizə xidmətində 06 iyun 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi mühafizəçi işləmiş Zərərçəkmiş şəxs Zahir oğluna 04 sentyabr 2023-cü il tarixdə MMCnin inzibati binasının ikinci mərtəbəsində yerləşən ofis zalında mühafizə xidmətində aparılacaq ixtisarla bağlı keçirilmiş püşkatma nəticəsində ixtisara düşməsinə görə işdən çıxarılmasını desə də, onu aldadaraq könüllü işdən çıxması ilə bağlı MMC-nin böyük mühasibi Leyla Məcidovaya ərizə aldıraraq onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla MMC-nin mühafizə xidmətinə aparılmış ixtisarla bağlı deyil tərəflərdən birinin təşəbbüsü ilə işdən çıxması ilə bağlı xitam vermişdir. "xxxx" MMC-nin qanuni təmsilçisi-direktoru X1 həmin MMC-nin mühafizə xidmətində 06 iyun 2023-cü il tarixdən 04 sentyabr 2023-cü il tarixə kimi mühafizəçi işləmiş Zərərçəkmiş şəxs Zahir oğluna 04 sentyabr 2023-cü il tarixdə MMC-nin inzibati binasının ikinci mərtəbəsində yerləşən ofis zalında mühafizə xidmətində aparılacaq ixtisarla bağlı keçirilmiş püşkatma nəticəsində ixtisara düşməsinə görə işdən çıxarılmasını desə də, onu aldadaraq könüllü işdən çıxması ilə bağlı MMC-nin böyük mühasibi Leyla Məcidovaya ərizə aldıraraq onunla bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla MMC-nin mühafizə xidmətinə aparılmış ixtisarla bağlı deyil tərəflərdən birinin təşəbbüsü ilə işdən çıxması ilə xitam verməklə onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin törədilməsi faktı araşdırma zamanı tam təsdiq edildiyindən toplanmış material üzrə "xxxx" MMC-nin qanuni təmsilçisi-direktoru X1 barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq aidiyyəti üzrə baxılması üçün X16 Xidmətinin X5nə göndərilmişdir. Aparılmış araşdırma materialından görünür ki, Zərərçəkmiş şəxs "xxxx" MMC-nin inzibati binasında ixtisara düşəcək işçilərlə bağlı keçirilmiş püşkatmada iştirak etmiş, həmin püşkatma nəticəsində digər 3 nəfər işçi ilə birlikdə o, da ixtisara düşmüş, ona ixtisarla işdən çıxarılacağı deyilsə də, lakin aldadılaraq əmək müqaviləsinə ixtisara düşməsi ilə bağlı deyil, öz təşəbbüsü ilə işdən çıxması ilə bağlı xitam verilməsi öz təsdiqini tapmışdır. Mahmud Mahmudzadə Azərbaycan Respublikası İXM-in 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə kifayət qədər öz təsdiqini tapmasına baxmayaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata X11 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə olan halda Mahmud Mahmudzadə barəsində Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X11 Gəncə- Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2024-cü tarixli qərarı ləğv edilməli və barəsində inzibati tənbeh tədbiri görülməlidir. Buna görə də X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X3 xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsi və X1 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində cərimə növündə inzibat tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərardan protest verən Gəncə şəhər prokurorluğunun nümayəndəsi X15 protestin məzmununa uyğun çıxış edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın ləğv edilməsini və X1 Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X2 nümayəndəsi X14 izahat verərək bildirdi ki, X1 əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar tam qanuni və əsaslı olduğundan protestin təmin edilməməsini və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə lazımı qaydada məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə baxılmasını təxirə salmaq haqqında vəsatəti daxil olmamışdır. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə tərəfləri dinləyərək, protesti, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı, iş materiallarını nəzərdən keçirərək və işin faktiki hallarını araşdıraraq hesab edir ki, verilmiş protest təmin edilməməlidir. Belə ki, iş materiallarından da aydın şəkildə görünür ki, 04 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC-nin Grand Qafqaz Ticarət Kompleksinin mühafizə xidmətində aparılacaq ixtisarla bağlı püşk atma hər kəsin razılığı və iştirakı ilə keçirilmişdir. Püşk atma zamanı Zərərçəkmiş şəxs Zahir oğlu ilə yanaşı digər üç nəfər əməkdaşın da qarşısında çıxış sözləri yazılan kağız çıxmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs Zahir oğlu öz ərizəsinə əsasən işdən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qeyd olunanlar və işin faktiki halları onu göstərir ki, Zərərçəkmiş şəxs Zahir oğlunun əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinə əməl edilməklə xitam verilmişdir. İXM-nin təqsirsizlik prezumpsiyası prinsipinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, səlahiyyətli orqan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edərkən işin faktiki hallarına əsaslanaraq sübutları obyektiv qiymətləndirmiş və qanunvericiliyin tələblərini rəhbər tutaraq düzgün nəticəyə gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 54.1, 54.2 və 54.3-cü maddələrinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Bu Məcəllənin 158.4, 162-1, 184.4, 184.5, 184.8, 191.1, 195.1, 197.3, 197.4, 197.5, 205, 253-1.1.1 (yaşıllıqların kadastrının aparılmamasına münasibətdə), 253-1.1.2 (yaşıllıqların kadastr məlumatlarının təhrif edilməsinə münasibətdə), 249, 284.2, 339.2 - 339.5, 340.2, 341, 376, 399, 410.3, 440-1.1 (dövlət orqanlarına (qurumlarına) və bələdiyyələrə münasibətdə), 440-1.2, 440-1.3, 445-1, 516-1.2 (qəbiristanlıqların qorunması tələblərinin pozulmasına münasibətdə), 516-1.3 (dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirilməsinə münasibətdə), 528-1.3, 531, 538-1.4 - 538-1.6, 540.5, 550.2-550.5, 558.2, 558.3, 559, 563.2, 567, 568, 569, 573, 594-1, 594- 2, 595.2, 596, 601, 602-2.3, 602-2.4, 606.1 və 610-618-ci maddələrində nəzərdə tutulan inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul edilir. Prokuror bu Məcəllənin 99.3-cü maddəsinə əsasən digər inzibati xətalar haqqında işlər üzrə də icraatın başlanması haqqında qərar qəbul etmək hüququna malikdir. Prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan normalarına və işin faktiki hallarına, həmçinin İXM-nin prinsiplərinə əsaslanaraq məhkəmə verilmiş protest üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Gəncə şəhər prokuroru Azad Qarayev tərəfindən verilmiş protest əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X2 inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Protest təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-351/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-351/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver