Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-352/2023 21.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs Hüseynova (Məmmədova) Gülçin Şakir qızının iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Ziyatayev, ev 32-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Nazim Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Ziyatayev, ev 32-də qeydiyyatda olan və yaşayan Şəxs Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)- 2175/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdən başlayaraq X4 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 70 manat olmaqla cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Hal-hazırda borclu Şəxs aliment borcu 4360 manat təşkil edir. Borclu Şəxs izahatı alınmışdır. O, izahatında aliment borcundan hər ay müəyyən ödəniş ödəcəyini bildirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru Nazim Məmmədov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, borclunun icra sənədini icra etmədiyinə görə barəsində əvvəllərdə inzibati tənbeh tətbiq edilmiş, daha sonra cinayət işi açılmış, lakin zərərçəkmiş şəxs barışmaqla bağlı ərizə verdiyinə görə iş üzrə icraata xitam verilmişdir. Həmin tarixdən bugünə kimi, ödənilməmiş borc 4360 manat təşkil edirdi. İcra sənədi üzrə bugün 330 manat daha ödəniş etmişdir. Borclunun hal-hazırki vaxtadək ödənilməmiş aliment borcunun məbləği 4030 manat təşkil edir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, təqsirini etiraf edir, lakin həmin borcu birdəfəlik ödəmə imkanı yoxdur, hər ay müəyyən ödənişlər edə bilər. Ona görə də barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Hüseynova (Məmmədova) Gülçin Şakir qızı izahatında bildirdi ki, borclu Şəxs cinayət işi üzrə də aliment borcunu tam ödəməmişdir. Sadəcə barəsində cinayət işi olmaması üçün barışıq ərizə yazılmışdır Həmin tarixdən bugünə kimi, ödənilməmiş borc 4360 manat təşkil edirdi. İcra sənədi üzrə bugün 330 manat daha ödəniş etmişdir. Borclunun halhazırki vaxtadək ödənilməmiş aliment borcunun məbləği 4030 manat təşkil edir. Odur ki, onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)-2175/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədindən görünür ki, xx.xx.2014-cü il tarixdən başlayaraq borclu Şəxs X3 və X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 70 manat olmaqla cəmi 140 manat sabit pul məbləğində alimentin tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarına əlavə edilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin 2 (043)-2175/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli təqdimat və 06 yanvar 2015-ci il tarixli 8(043)-7/2015 nömrəli Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərardadı ilə borclu Şəxs ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli, xx.xx.2016-cı il tarixli, 21 noyabr 2017-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunması barədə, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, ona icra sənədini icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Lakin, borclu müəyyən olunmuş vaxtda icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İş materiallarına əlavə edilmiş borclunun məcburi gətirilməsi barədə xx.xx.2022-ci il tarixli təqdimat və 06 sentyabr 2022-ci il tarixli 8(125)-223/2022 nömrəli Gəncə Şəhər Məhkəməsinin qərardadı ilə borclu Şəxs məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarına əlavə xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, borclu icra sənədini qəbul etsə də imkanı ilə bağlı borcu ödəyə bilmədiyini bildirirək, hissə-hissə borcu ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərər çəkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş, məhkəmə iclası dövründə 330 manat ödəmiş və qısa müddət ərzində 330 manat ödəniş etməsi onun icra sənədini icra etmə imkanı olmasını lakin icra sənədinin icrasına səhlənkar yanaşdığını göstərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, qismən ödəniş etməsini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 21 fevral 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-352/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-352/2023
21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver