Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-352/2024 15.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraata xitam verilmiş şəxs X2, Gəncə şəhər prokurorunun köməkçisi X7, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X8 iştirakı ilə, Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” MN № ******* nömrəli 25 dekabr 2023-cü il tarixli qərarından vermiş olduğu protestinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” MN № ******* nömrəli 25 dekabr 2023-cü il tarixli qərarından protest ilə məhkəməyə müraciət edərək, X2 vəzifəli şəxs qismində barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 193-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X6 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə 25 dekabr 2023-cü il tarixli qərarın ləğv edilməsini, X4 Azərbaycan Respublikası İXM-nin 193-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Protestdə qeyd edilmişdir ki, X3 Şəhər Prokurorluğuna ərizə ilə müraciət edərək bildirmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin 2 saylı tələbə yataqxanasının sabiq nəzarətçisi işlədiyi müddətdə həmin Universitetin Daxili Nəzarət şöbəsinin müdiri X4 tərəfindən etməyəcəyi halda işdən çıxarılacağı hədəsi ilə həmin tələbə yataqxanasının otaqlarında santexnik, elektrik və usta işlərinin görülməsi işlərinə cəlb edilmişdir. X2 Azərbaycan Respublikası İXM-nin 193-cü maddəsində nəzərdə tutulan inzibatı xətanı törətməsi iş materialları ilə kifayət qədər öz təsdiqini tapmasına baxmayaraq onun barəsində inzibati xəta haqqında iş üzrə icraata X6 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2023-cü tarixli qərarın qəbul edilməsi səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Belə olan halda X2 barəsində Azərbaycan Respublikası İXM-nin 193-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata X6 Gəncə-Daşkəsən Regional idarəsində xitam verilməsi barədə xx.xx.2023-cü tarixli qərarı ləğv edilməli və Bəşir Bağırzadənin barəsində mzibati tənbeh tədbiri görülməlidir. Məhkəmə iclasında Gəncə şəhər prokurorunun köməkçisi X14 protesti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraata xitam verilmiş şəxs X4 bildirmişdir ki, barəsində qəbul edilmiş xitam qərarı tam əsaslıdır. Protestin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X15 bildirmişdir ki, Gəncə Şəhər Prokurorluğundan daxil olmuş “inzibati xəta haqqında icraatın başlanması haqqında” Qərar orqan tərəfindən araşdırılmış, əməldə inzibati xəta tərkibi olmadığından icraata xitam verilmişdir. Belə ki, X9 təkrar izahatı alınmış, o, prokurorluqda verdiyi ifadəni təkzib etmişdir. Bundan əlavə, barəsində icraat aparılan şəxs X2 əmək müqaviləsi təhlil edilmiş, onun X10 hər hansı işlərin görülməsinə cəlb etmək səlahiyyəti müəyyən edilməmişdir. Məhkəmədən protestin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında qərarları, iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə protest əsassız olduğundan təmin edilməməli, X4 barəsində olan “inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X5 MN № ******* nömrəli 25 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İXM-in 54.3-cü maddəsinə əsasən prokuror, həmçinin inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan onun surətinin bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində protest vermək hüququna malikdir. İXM-in 128.1-ci maddəsinə əsasən Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-in 129.1-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; İXM-in 133.2-ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən: İXM-in 133.2.9-cu maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatda prokuror iştirak etdiyi hallarda onun rəyi dinlənilir. İXM-in 135.1 -ci maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: İXM-in 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; İXM-in 135.1.2-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; İXM-in 135.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs), barəsində qərar qəbul edilmiş şəxsin vəziyyətini ağırlaşdıran qərarı yalnız bununla əlaqədar zərər çəkmiş şəxsin, bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsin şikayəti və ya prokurorun protesti olduqda qəbul edə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 134.1 və 134.1.1 və 134.1.2-ci maddələrinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması və bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 193-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam veriləcəyi və ya kollektiv müqavilədə müəyyən edilmiş güzəşt və imtiyazlardan məhrum ediləcəyi hədə-qorxusu ilə işçini əmək funksiyasına daxil olmayan işi (xidməti) yerinə yetirməyə məcbur etməyə görə min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü hissəsinin tələblərinə uyğun olaraq İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X1 nəzərdən keçirərək hesab edir ki, həqiqətən də X9 təkrar izahatı alınmış, o, prokurorluqda verdiyi ifadəni təkzib etmişdir. Bundan əlavə, məhkəmə X2 əmək müqaviləsinin nəzərdən keçirmiş, onun X10 hər hansı işlərin görülməsinə cəlb etmək səlahiyyətinin olması müəyyən edilməmişdir. Bu baxımdan verilmiş protest təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” MN № ******* nömrəli 25 dekabr 2023-cü il tarixli qərarı qanuni hesab edilməlidir. Qeyd edilənlərə əsaslanaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə şəhər prokuroru baş ədliyyə müşaviri Azad Qarayevin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsinin “İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” MN № ******* nömrəli 25 dekabr 2023-cü il tarixli qərarından vermiş olduğu protesti təmin edilməsin. X4 barəsində olan “inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında” Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X5 MN № ******* nömrəli 25 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-352/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-352/2024
15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver