Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3526/2024 07.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X3 və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1981-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 29 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə qeyd edilir ki, Şəxs xx.xx.2024-cü il tarixdə X2 onun evinə qapı, pəncərə düzəldəcəyini bildirib, 500 manat pulunu vədinə əməl etməyərək ələ keçirmişdir. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis baş leytenantı X5 inzibati xəta haqqında protokolda qeyd olunmuş inzibati xətanın Şəxs tərəfindən törədildiyinin sübuta yetirildiyini bildirib, onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, zərərçəkmiş şəxsdən qapı, pəncərə düzəltmək üçün 500 manat almış, lakin vədinə əməl etməmişdir. Hazırda ona təxminən 5-6 gün vaxt verilərsə zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmək iqtidarındadır. Qeyd edilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, hazırda Şəxs ona dəymiş ziyanı ödədiyi üçün onunla barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Ona görə də məhkəmə həmin şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin təhqiqatçısının xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, hadisəni törətmiş Şəxs barəsində tapıldıqdan sonra Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti 1-ci Polis Şöbəsinin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, X1 hesabına xx.xx.2024-cü il tarixdə 500 manat pul köçürülmüşdür. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxs X4 tərəfindən yazılmış ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs ona dəymiş ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla razılıq əldə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-50, 53, 105, 106, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-in 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-3526/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3526/2024
07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver