Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-353/2024 23.05.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İsmət Mübariz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, Şəxs (VÖEN: **********, ünvan: Bakı şəhəri, Xətai rayonu, M.Davud küçəsi, ev 94) (bundan sonra Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri Azad Qarayev tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar aidiyyəti üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 23 yanvar 2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs - 31 avqust 2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, nizamnamə kapitalı 20.00 manat olan, hüquqi ünvanı ünvan 2əhdud məsuliyyətli cəmiyyət olan, VÖEN nömrəsi ********** olan, direktoru və qanuni təmsilçisi Naxçıvan MR, Şərur rayon Dəmirçi kəndində anadan olmaqla, həmin ünvanda qeydiyyatda olan X6 olan Şəxs Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən X5 Şəxs MMC-nin Gəncə şəhəri, Atatürk prospekti 267 ünvanında yerləşən keçmiş Xalça kombinatının binasında aparılan söküntü işlərinin (xidmətlərinin) yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərar qəbul etmiş orqana qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işin təxirə salınması barədə vəsatəti daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Vəkil izahatında bildirdi ki, şikayətçi X3 şikayəti əsassızdır. Belə ki, Şəxs MMC ilə X1 arasında podrat müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən podratçı Şəxs MMC-nin sifarişi əsasında köhnə Xalça fabrikində söküntü işlərini həyata keçirmişdir. Podrat müqaviləsi çərçivəsində öhdəliyini icra etmək üçün isə podratçı gündəlik muzd verməklə həmin yerə fəhlələr cəlb etmişdir. Həmin fəhlələrdən biri də şikayətçi X9 olmuşdur. X5 həmin söküntü işlərinə Şəxs MMC cəlb etməmiş və həmin şəxsə orada söküntü işləri aparmasını tapşırmamışdır. Yəni söküntü işləri Şəxs MMC tərəfindən birbaşa həyata keçirilməmiş, həmin şəxs hüquqi şəxs tərəfindən işə cəlb edilməmişdir. Həmçinin, əlavə olaraq bildirdi ki, Şəxs MMC ilə X1 arasında podrat müqaviləsi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış, hər hansı aldatma, zorla və s. kimi qanuna zidd hərəkət edilməmişdir. Müqavilə üzrə sifarişçi tərəf olaraq üzərlərinə düşən bütün öhdəliklər tam icra olunmuşdur. Vergi, sığorta və s. ödənişlər həyata keçirilmişdir. Qanunvericilikdə podrat müqaviləsi şifahi və yazılı bağlana bilər və həmin müqavilənin hər hansı dövlət orqanında qeydiyyatdan keçirilməsi isə nəzərdə tutulmamışdır. Odur ki, Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 məhkəməyə verdiyi izahatında bildirdi ki, onunla Şəxs MMC arasında 01 avqust 2023-cü il tarixdə podrat müqaviləsi bağlanmışdır. Təxminən müqavilə bağlandıqdan 10 gün sonra o, Pərviz Əhmədovu günə muzd, yəni günü 25 manat olmaqla fəhlə kimi söküntü işlərinə cəlb etmişdir. Həmin gün isə Pərviz işləyən vaxt ayağına şüşə batmışdır. O da özü Pərvizi aptekə aparmış, ayağındakı şüşə batan yeri yuyub təmizləmişdir. Bundan sonra Pərvizi aparıb evə qoymuşdur. Sözügedən podrat müqaviləsi isə onunla Şəxs MMC arasında könüllü olaraq bağlanmış, ona hər hansı bir təzyiq olmamışdır. Məhkəmə proses iştirakçısının və şahidin ifadəsini dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin şəxsi məlumat çıxarışının surətindən görünür ki, MMC-nin fəaliyyəti xalça məmulatlarının və palazların istehsalı, pərakəndə satışından ibarətdir. İş materiallarına əlavə edilmiş 01 avqust 2023-cü il tarixli Podrat Müqaviləsindən görünür ki, həmin müqavilə çərçivəsində podratçı X1 Şəxs MMC-nin xeyrinə fabrikin ətrafında və daxilində xidmət göstərməyi öhdəsinə götürmüşdür. Gəncə Şəhər Məhkəməsinin 3(125)-353/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs MMC barəsində Gəncə şəhər prokuroru, baş ədliyyə müşaviri X7 xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 3(104)-187/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, birinci instansiya məhkəməsi iş materiallarını tamamilə araşdırmayaraq, Şəxs MMC ilə X1 arasında yaranmış münasibəti mülki hüquq münasibəti kimi qiymətləndirmiş, onlar arasında bağlanmış 1 avqust 2023-cü il tarixli Podrat Müqaviləsinin nə zaman bağlanmasını, həmin müqavilənin həqiqətən mövcudluğunu müəyyən etmədiyi, bundan başqa Şəxs MMC ilə X1 arasında bağlanmış 1 avqust 2023-cü il tarixli Podrat Müqaviləsi üzrə müqavilədə qeyd edilmiş ödənişlərin hansı tarixdən ödənilməsi müəyyən edilməklə müqavilənin bağlanma tarixini məhkəmənin araşdırmadığı, həmin müqavilənin məzmununda podratçının hər hansı digər şəxsi işə cəlb etmək, onun xidmətindən istifadə etmək kimi səlahiyyəti müəyyən edilmədiyi, belə bir səlahiyyətə malik olmadığı halda X2 Əhmədlini işə cəlb etməsinin qanuni əsasının olub-olmaması, Şəxs MMC ilə Pərviz Əhmədli arasında əmək münasibətlərinin mövcud olub-olmaması dəqiq müəyyən edilməli olduğu qeyd edilmişdir. Şikayət qismən təmin edilməsi, Gəncə Şəhər Məhkəməsinin 15 fevral 2024-cü il tarixli, 3(125)-353/2024 saylı qərarı ləğv edilməsi, inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin nümayəndəsi Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs MMC ilə podratçı X1 arasında imzalanan “Xidmət Müqaviləsi” tərəflərin qarşılıqlı razılaşması əsasında imzalanmışdır. Həmin mülki müqavilə qanunvericiliyin tələbləri əsasında rəsmiləşdirilmiş, hər hansı aldatma, zorla və sair kimi qanuna zidd hərəkət edilməmişdir. Müqavilə üzrə sifarişçi tərəf olaraq üzərlərinə düşən bütün öhdəliklər tam icra olunmuşdur. Vergi, sığorta və sair kimi ödənişlər həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş X1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2023-cü il tarixdə Gəncə şəhərində Şəxs MMC ilə “Podrat müqaviləsi” bağlamışdır. Həmin müqaviləni o, könüllü imzalamışdır. Heç kəs onu məcbur etməmişdir. Cəmiyyət ona bütün ödənişləri ödəyib, vergini də özləri ödəyib. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarda və ona əlavə olunmuş materiallarda X4 Şəxs MMC tərəfindən əmək münasibətlərinə cəlb edilməsinə dair hər hansı bir məlumata rast gəlinmədi. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Gəncə şəhər prokurorluğu inzibati icraat zamanı araşdırma apararkən işin hallarına düzgün hüquqi qiymət vermədən, X10 ilə Şəxs MMC arasında əmək münasibətlərinin mövcud olması, həmin şəxsin MMC tərəfindən işə cəlb edilməsi və bununla da İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qənaətinə gəlmişdir. Halbuki, məhkəmə iclasında araşdırılan sübutlardan görünür ki, X3 işlərin görülməsinə cəlb edilməsində Şəxs MMC tərəfindən heç bir iradə ifadəsi olmamış, Şəxs MMC ilə X1 arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanılaraq köhnə Xalça fabrikində söküntü işlərinin həyata keçirilməsi həmin şəxsə həvalə edilmiş və həmin şəxs də podrat müqaviləsi çərçivəsində öhdəliyini icra etmək üçün gündəlik muzd verməklə söküntü işlərinə fəhlələr cəlb etmişdir. Göründüyü kimi söküntü işlərinə X5 Şəxs MMC cəlb etməmiş və həmin şəxsə orada söküntü işləri aparmasını tapşırmamışdır. Yəni söküntü işləri birbaşa Şəxs MMC tərəfindən həyata keçirilməmişdir. Belə olan halda, Pərviz Əhmədli ilə Samir Allahverdiyev arasında olan münasibətlər podrat müqaviləsindən irəli gələn münasibətlərə əsaslanır. Belə ki, araşdırılan sübutlardan aydın şəkildə görünür ki, X10 ilə Şəxs MMC arasında heç bir əmək münasibəti olmamışdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə podrat müqaviləsinin hər hansı dövlət orqanında qeydiyyatdan keçirilməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı aralarında podrat müqaviləsi bağlanmış tərəflər isə həmin müqaviləni mübahisələndirməmişlər, əksinə məhkəməyə təqdim etdikləri ərizə ilə həmin müqaviləni qanunvericiliyin tələblərinə əsasən öz iradələrinə uyğun olaraq qarşılıqlı razılıq əsasında xx.xx.2023-cü il tarixdə bağladıqlarını təsdiq etmişlər. Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən əmək qanunvericiliyinin pozulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən hüquqi şəxsin əməlində İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması öz təsdiqini tapmır. Belə olan halda məhkəmə qeyd edir ki, hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığı halda inzibati məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinə də istinad etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən, həmin Məcəllənin tələblərinə əməl edilməklə bağlanan əmək müqaviləsi əmək hüquq münasibətlərini tənzimləyən yazılı sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci və 3-cü maddələrinə əsasən, işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir və işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə əmək müqaviləsi (kontraktı) adlanır; Həmin Məcəllənin 7-ci maddəsinə əsasən:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 49-cu maddəyə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Hazırkı iş üzrə Şəxs MMC ilə X10 arasında əmək münasibətlərinin olması faktı öz təsdiqini tapmadığından məhkəmə hesab edir ki, faktla bağlı inzibati araşdırma aparmış Gəncə şəhər prokurorluğu Şəxs MMC tərəfindən fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi barədə pozuntuya yol verilməsi və həmin MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün olmayan hüquqi nəticəyə gəlmiş və Şəxs MMC barəsində əsassız inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXMnin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs MMC ilə X10 arasında əmək münasibətlərinin mövcudluğunu təsdiq edən mötəbər sübutlar olmadığından, Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, bununla da Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi məhkəmə araşdırması zamanı sübuta yetmədiyindən məhkəmə hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən hakim: Asif Əliyev