Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-353/2025 27.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər 2-ci X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Gədəbəy rayonu, Parakənd kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 27 yanvar 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhər 2-ci X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, X2 tərəfindən tərtib olunmuş 27 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində VAZ-priora markalı avtomobilinin hər iki dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün YPX əməkdaşları tərəfindən saxlanılaraq 2-ci Polis Şöbəsinə aparılan zaman vətəndaş Şəxs ünvansız nalayiq ifadələr işlədərək, ucadan səs küy salaraq, X9 Polis Şöbəsinin iş rejimini pozmuşdur. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində VAZ-priora markalı avtombilinin hər iki dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün YPX əməkdaşları tərəfindən saxlanılaraq DYPŞnə aparılan zaman vətəndaş Şəxs ünvansız nalayiq ifadələr işlədərək, ucadan səs küy salaraq, X9 Polis Şöbəsinin iş rejimini pozmuşdur. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, hadisə baş verdiyi gün çox içkili olmuşdur. Bu səbəbdən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmişdir. Özünü təqsirli bilir və hazırda etdiyi əməldən səmimi peşmandır. Məhkəmədən barəsində qərar qəbul edilərkən etdiyi əməldən səmimi peşman olmasını nəzərə alınaraq barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-in ƏYPXB-nin YPXinspektoru, polis baş serjantı X4 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci ildə KİA markalı **- YP-*** d.q.n-lı patrul avtomobilində marşrut üzrə Gəncə şəhəri Ş.İ.Xətai prospektində xidmətdə olduqları zaman VAZ-priora markalı avtomobilin hər iki d.q.n-nın üzərində olmadığı müəyyən edilərək, avtomobil onların tərəfindən saxlanılmış, soyadı onlara sonradan məlum olan sürücü Şəxs yaxınlaşaraq saxlama səbəbini izah etdikdə Şəxs onların ünvanına ucadan səslə nəlayiq ifadələr işlətməyə başlamışdır. Onlar onu dəfələrlə nizam-intizama dəvət etsələrdə əməlindən əl çəkməyərək onların qanuni tələblərinə tabe olmamağa davam etmiş və ətrafdakı vətəndaşların diqqətinidə özünə cəlb etməyə davam etmişdir. Qısa müddət ərzində həmin yerə çoxlu vətəndaşlar toplanmağa başlamış, B.Abbasovla dialoq zamanı nəfəsindən kəskin spirt qoxusu gəldiyindən həkim müayinəsinə dəvət etmişlər və avtomobilə baxan zaman məlum olmuşdur ki **-EJ-*** d.q.n-i həmin avtomobilə məxsusdur və Şəxs həmin NV-ni sərxoş halda sürücülük vəsiqəsi olmadan idarə edir. Sürücü Şəxs ərazidə xidmətdə olan PPX-əməkdaşlarının köməkliyi ilə 2-ci PŞ-nin NH-nə gətirib NH-yə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş -Gəncə şəhər BPİ-in ƏYPXB-nin YPX-inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş raportdan görünür ki, xx.xx.2025-cü ildə KİA markalı **-YP-*** d.q.n-lı patrul avtomobilində ekipaj yoldaşı X5 ilə marşrut üzrə Gəncə şəhəri Ş.İ.Xətai prospektində xidmətdə olan zaman VAZ-priora markalı avtomobilin hər iki d.q.n-nın üzərində olmadığı müəyyən edilərək, avtomobil onlar tərəfindən saxlanılmış, Əliyev Taleh, adı və soyadı onlara sonradan məlum olan sürücü Şəxs yaxınlaşaraq özünü təqdim etdikdən sonra saxlama səbəbini izah etdikdə Şəxs polisin ünvanına ucadan səslə nəlayiq ifadələr işlətməyə başlamış. Onlar onu dəfələrlə nizam-intizama dəvət etsəkdə əməlindən əl çəkməyərək onların qanuni tələbinə tabe olmamağa davam etmiş və ətrafdakı vətəndaşların diqqətinidə özünə cəlb etməyə davam etmişdir. Qısa müddət ərzində həmin yerə çoxlu vətəndaşlar toplanmağa başlamış, B.Abbasovla dialoq zamanı nəfəsindən kəskin spirt qoxusu gəldiyindən həkim müayinəsinə dəvət etmişlər və avtomobilə baxan zaman məlum oldu ki 90-El-728 d.qn-i həmin avtomobilə məxsusdur və Şəxs həmin NV-ni sərxoş halda sürücülük vəsiqəsi olmadan idarə edir. Sürücü Şəxs ərazidə xidmətdə olan PPX-əməkdaşlarının köməkliyi ilə 2-ci PŞ-nin NH-nə gətirib NFFyə təhvil verilmişdir. - 26 yanvar 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 26 yanvar 2025-ci il tarixdə saat 02:45-də inzibati qaydada tutulmuşdur. - 410/2025 nomrəli 26 yanvar 2025-ci il tarixli “Sərxoşluq hallarının tibbi müayinəsi” protokolundan görünür ki, Şəxs yüngül dərəcədə alkoqol sərxoşluq vəziyyəti müəyyən edilmişdir. -Gəncə şəhər Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 200(iki yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaların onun tərəfindən törədilməsi özünün və şahid ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İşin hallarından görünür ki, polis əməkdaşları tərəfindən VAZ-priora markalı avtomobilin hər iki d.q.n-nın üzərində olmadığı müəyyən edilərək, avtomobil onların tərəfindən saxlanılmış, polis əməkdaşları sürücü Şəxs yaxınlaşaraq saxlama səbəbini izah etdikdə Şəxs onların ünvanına ucadan səslə nəlayiq ifadələr işlətməyə başlamış, onlarla mübahisə etmiş, polis əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər etmiş, polisin iş rejimin pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Ona görə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs etdiyi əməldən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Eyni zamanda inzibati xəta törətmiş şəxs Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsi onun məsuliyyətini ağırlaşdıran hal qismində nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, onun məsuliyyətini yüngülləşdirən halın müəyyən edilməsini və ağırlaşdıran halın olmasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 26 yanvar 2025-ci il tarixdən saat 02-45-dən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-353/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-353/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver