Məhkəmə qərarları › İş №3(125)-3542/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3542/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3542/2023 11.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, İnzibati protokolu tərtib etmiş X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 11 dekabr 2023-cü il tarixli, MN ******* nömrəli, inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 16 oktyabr 2023-cü il tarixdə, X2 döymüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən polis sahə rəisi X6 izahatında bildirdi ki, barəsində icraat aparılan şəxs Şəxs ilə X1 qohumluq əlaqələri var. Ailə ərazi üzrə münaqişəli ailə kimi xarakterizə edilir. Şəxs 16 oktyabr 2023-cü il tarixdə müvəqqəti yaşadığı evdə X2 döymüşdür. Belə ki, həmin tarixdə Durdanə Sarıyeva 102 xidmətinə müraciət edərək döyülməsi barədə məlumat vermişdir. Polis əməkdaşları əraziyə cəlb edilmiş, Şəxs və X9 Şöbəsinə təmin edilmişdir. Sarıyeva Durdanəyə ekpert müayinəsindən keçmək təklif edilsə də, o, imtina etmişdir. Dediyinə görə İradə onu divara dirəmiş, boğazından sıxaraq fiziki ağrı yetirmişdir. Bununla da o, İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, onun barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs bildirdi ki, onun həyat yoldaşı ilə ailə münaqişəsi olduğu üçün onunla bir evdə yaşamaq istəməmiş, onun babasından atası Həsən Məmmədova miras qalan evdə ünvan 1 ünvanında yaşamaq hüququ olduğu üçün həmin evə gedib yerləşmişdir. X7 isə onun həmin evdə yaşamasını istəməmişdir. Durdanə evi tərk edən zaman qapını açarla bağlamış, açarın nüsxəsini ona verməkdən imtina etmişdir. Hadisə günü isə o, açarı olmadığı üçün qapıda qalmışdır. Durdanəni bir neçə saat gözləmişdir. Durdanə gəldikdən sonra o evə daxil olmuşdur. Bu dəfə Durdanə evi tərk edərək qapını arxadan açarla bağlamışdır. O evdə köməksiz vəziyyətdə qalmışdır. Durdanə geri qayıtdıqda isə əsəbləşdiyindən Durdanənin qollarından tutaraq geri itələmiş, onu nalayiq ifadələrlə təhqir etmişdir. Amma boğazından tutaraq fiziki ağrı yetirməmişdir. Odur ki, barəsində başlanılmış inzibati icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, keçmiş həyat yoldaşının ogey oğlunun qızı Şəxs yaşadığı mənzildə onunla münaqişə etmişdir. Onu söyüb təhqir etmiş və əli ilə onun boğazından tutub arxaya itələyərək onu döymüşdür. Bu hadisəyə qonşular şahid olmuşlar. Ekspertizadan keçmək ona təklif edilməmişdir. Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından, qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə ŞBPİ-nin 2-ci polis şöbəsinin İTB-nə göndərilmiş, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə barəsində inzibati icraata aparılan şəxs Şəxs və X5 arasında mübahisə baş vermişdir. Lakin, barəsində icraat aparılan Şəxs X3 fiziki ağrı yetirməsi, onu döyməsi zərərçəkmiş şəxsin ifadəsindən başqa heç bir sübutla öz təsdiqini tapmır. Zərərçəkmiş şəxs Durdanə Sarıyeva ilkin ifadəsinə ekspertizadan keçməkdən imtina etdiyini bildirsə də, sonradan bunun ona təklif edilmədiyini bildirmişdir. İnzibati xəta haqqında protokol tərtib şəxs də öz izahatında zərərçəkmiş şəxsə ekpertiza müayinəsindən keçməyi təklif etməsini təsdiq etmişdir. Belə olan halda, məhkəmə ziddiyyətli ifadələri və sübutların kifayət qədər olmamasını barəsində icraat aparılan şəxsin xeyrinə həll edərək hesab edir ki, X1 döyülməsi epizodu ilə bağlı Şəxs təqsirli olması sübuta yetirilmədiyindən, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə həmin protokol üzrə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli, inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar