Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-355/2024 25.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin, polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Ağsu rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamamali təhsilli, subay, işsiz, Ağsu rayonu, N.Nərimanov küçəsi, ev 15-də qeydiyyatda olmaqla Gəncə şəhərində müvəqqəti yaşayan yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün 25 yanvar 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin, polis sahə rəisi X2 tərəfindən tərtib olunmuş 25 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polisin qanuni tələbinə tabe olmamışdır. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 izahatında göstərdi ki, 25 yanvar 2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri polis serjantı X3 və X4 raportla müraciət göstərmişlər ki, xx.xx.2024-cü il tarixdə xidmət aparan zaman 41 nömrəli məktəbin yaxınlığında “Kia Sorento” markalı “**-XZ-***” dövlət qeydiyyat nişanlı avtomobil onların idarə etdiyi avtopatrulun üzərinə yüksək sürətlə sürmüşdür. Onlar avtomobilə saxla əmri versələr də avtomobil saxlamayaraq yüksək sürətlə manevrlər edib gözdən itmişlər. Sonra həmin markalı avtomobil “Yeni Gəncə”-də olan Azpetrolun yaxınlığında onların qarşısına çıxmışdır. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və vətəndaşla söhbət aparan zaman maşını avtopatrul maşınının üstünə sürdüyünü etiraf etmişdir. Daha sonra onlara rüşvət təklif etmişdir. Həmin vətəndaşı nizam intizama dəvət etsələr də onların sözlərinə və qanuni tələblərinə məhəl qoymayaraq polisin adına və onlara nalayiq ağır ifadələr işlətmişlər. Daha sonra rabitə vasitəsi ilə YPX əməkdaşlarını sənədləri yoxlamaq üçün çağırmışlar. Daha sonra adları onlara sonradan məlum olan Kərimzadə Murad Vəkil oğluna və Şəxs PŞ-nə getməli olduqlarını bildirmişlər.Onlar yenə də qanuni tələbə məhəl qoymamışlar. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Azərbaycan Dövlət Aqrar Universitetində ali təhsil alır. Sabah imtahanları olacağına görə gecə saatlarında dostu ilə birlikdə imtahana hazırlaşmışlar. Daha sonra havların dəyişmək üçün Heydər Əliyev parkında gəzmək üçün Renta Cardan götürdükləri maşın ilə parka doğru getmişlər. Yolda hərəkətdə olan zaman Post Patrul əməkdaşları onları saxlamışdır. Onlar da maşını saxlayaraq əmrə tabe olmuşlar. Sadəcə polisdən qorxudqlarına görə polisə narahat olduqların bildirmişlər. Polisin ünvanına qarşı hər hansı nalayiq ifadələr işlətməmişlər. Post Patrul əməkdaşları onlara normal şəkildə hüquqlarını izah etsə də ora sonradan gələn yol patrul əməkdaşı onlara qarşı kobud danışaraq onlara fiziki təsir göstərmişdir. Onlar post patrul əməkdaşlarının üzərinə maşın sürməmişlər. Lakin baş verən hadisəyə görə peşmandırlar. Ona həbslə əlaqədar olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. Məkməmə iclasında raportu tərtib edən şahid X3 izahatında bildirmişdir ki, 25 yanvar 2024-cü il tarixdə Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri X4 ilə birlikdə xidmət aparan zaman 41 nömrəli məktəbin yaxınlığında “Kia Sorento” markalı “**-XZ-***” dövlət qeydiyyat nişanlı avtomobil onların idarə etdiyi avtopatrulun üzərinə yüksək sürətlə sürmüşdür. Onlar avtomobilə saxla əmri versələr də avtomobil saxlamayaraq yüksək sürətlə manevrlər edib gözdən itmişlər. Sonra həmin markalı avtomobil “Yeni Gəncə”-də olan Azpetrolun yaxınlığında onların qarşısına çıxmışdır. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və vətəndaşla söhbət aparan zaman maşını avtopatrul maşınının üstünə sürdüyünü etiraf etmişdir. Həmin vətəndaşı nizam intizama dəvət etsələr də onların sözlərinə və qanuni tələblərinə məhəl qoymayaraq özləri barədə heç bir məlumat verməmiş, onları saxlamağa ixtiyarı olmadığını bildirmişlər. Onlarla hörmətsiz və kobud danışsalar da konkret olaraq söyüş söyməmişlər. Daha sonra rabitə vasitəsi ilə YPX əməkdaşlarını sənədləri yoxlamaq üçün çağırmışlar. YPX əməkdaşı tərəfindən sənədlər yoxlanılmış, sənədlərin qaydada olduğu bildilrilmiş və daha sonra YPX əməkdaşları getmişlər. Adları onlara sonradan məlum olan Kərimzadə Murad Vəkil oğluna və Şəxs qarşı hər hansı bir polis əməkdaşı tərəfindən təsir və işgəncə olmamışdır. Onlara PŞ-nə getməli olduqlarını bildirmişlər.Onlar yenə də qanuni tələbə məhəl qoymamışlar. Bu zaman fiziki qüvvə işlədərək həmin şəxsləri polis bölməsinə gətirmişlər. Məkməmə iclasında Gəncə şəhər BPİ-nin PPXT-nin polis nəfəri X4 şahid X3 ilə eyni məzmunda izahat vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 04:00-da tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi şahid ifadələri ilə yanaşı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Barəsində inzibati icraat aparılan şəxs polis əməkdaşları ilə getmək istəməməsinə səbəb kimi polisdən qorxmasını göstərsə də həm şəxsiyyət vəsiqəsi məlumatlarının verilməməsi həm də bu halın səbəb kimi göstirilməsi polisin qanuni tələbinə əməl etməmək üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla, tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-355/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-355/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver