Məhkəmə qərarları › İş №3(125)-3552/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3552/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3552/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11638255 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində inzibati cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11638255 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, elektron qərar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən və həmin qərar öz hüquqi qüvvəsini itirdiyindən elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti ev 147, mənzil 92-də qeydiyyatda olan X5 etibarnamə ilə idarə etdiyi Ford Tranzit M-3006 markalı, Y820FP77 Dövlət Qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixdə Bakı-Qazax yolunun 288.2-ci kilometrliyində saat 19:02:33-də “Təhlükəsizlik kəmərini bağlamadan” nəqliyyat vasitəsini idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası DİN-nin X7 Web Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə növündə EQ-11638255 nömrəli elektron qərar qəbul edilmişdir. Lakin, həmin qərar xx.xx.2022-ci il tarixdə qəbul edilsə də onun ünvanına cərimənin ödənilməsi barədə rəsmi bildiriş göndərilməmiş və həmin cərimədən xəbərsiz olmuşdur. Azərbaycan Respublikası DİN-nin X7 Web Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə növündə EQ-11638255 nömrəli elektron qərarın surəti ona 2024-cü ilin iyun ayının 12-də Gəncə şəhər DYP Şöbəsindən verilmişdir. O, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci və 129.1.3-cü maddələrinə əsasən Azərbaycan Respublikası DİN-nin X7 Web Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə növündə EQ-11638255 nömrəli elektron qərarından şikayət verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə görə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmənin əsasları göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin X7 Web Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində inzibati cərimə növündə EQ-11638255 nömrəli elektron qərarın surətindən göründüyü kimi inzibati cəlb etmə müddəti keçdiyindən həmin qərar öz hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikası DİN-nin X7 Web Portalı vasitəsi ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş EQ-11638255 nömrəli elektron qərar inzibati cəlb etmə müddəti keçdiyindən və həmin qərar öz hüquqi qüvvəsini itirdiyindən həmin qərarı ləğv etməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan 40 manat məbləğində inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X5 məhkəməyə izahat verərək bildirdi ki, məhkəməyə verdiyi şikayətini müdafiə edir. Sözügedən inzibati xəta onun tərəfindən törədilsə də İXM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş müddət keçmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən 40 (qırx) manat məbləğində inzibati cərimə olunması barədə Azərbaycan Respublikası DİNnin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11638255 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən və həmin qərar öz hüquqi qüvvəsini itirdiyindən elektron qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, EQ 11638255 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 (qırx) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X5 Bakı-Qazax yolunun 288.2-ci kilometrliyində xx.xx.2022-ci il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-nin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2022-ci il tarixli EQ 11638255 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. X2 inzibati xətanı törətməsini etiraf etməsinə baxmayaraq şikayətində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən və həmin qərar öz hüquqi qüvvəsini itirdiyindən Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsi tətbiq edilməklə ləğv edilməlidir. Məhkəmə isə şikayətin həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsindən görünür ki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11638255 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın şəkildə görünür ki, qərardan şikayət vermiş şəxsə inzibati tənbeh inzibati xətanın törədildiyi gün, yəni xx.xx.2022-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar edilərək real vaxt rejimində tətbiq edilmişdir. X1 inzibati xəta törədildiyi gündən bir il müddət keçdikdən sonra yox, elə həmin gün, yəni inzibati xətanın törədildiyi gün inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin məhkəmə iclasında da qərardan şikayət vermiş şəxs sözügedən inzibati xətanın onun tərəfindən törədildiyini bildirmişdir. Məhkəmə İXM-nin 38.1-ci maddəsinin tələbinə əsaslanaraq şikayət vermiş şəxsin şikayətində qeyd etdiklərinə cavab olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar şikayətçinin şikayətində qeyd etdiyi hallara görə ləğv edilə bilməz. Çünki mühahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11638255 nömrəli elektron qərar İXM-nin müddəalarına uyğun qəbul edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. O cümlədən məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin X3 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2022-ci il tarixli EQ 11638255 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130- 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 11638255 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar