Məhkəmə qərarları › İş №3(125)-3554/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3554/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3554/2023 11.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Ağsu rayonu, Pirhəsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, məhkumluğu olmuş, Bakı şəhəri, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə Göygöl rayon, F.Köçərli küçəsi ev 11-də yaşayan, X5 məxsus 275 manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, X6 məxsus 200 manat, xx.xx.2023-cü il tarixdə Göygöl rayon, Murovdağ qəsəbəsi, ev 88-də yaşayan, X1 məxsus 500 manat, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Türklər qəsəbəsində yeni məhəllələrdə yaşayan, X13 məxsus 300 manat, xx.xx.2022-ci il tarixdə X9 Nəqliyyat Departamentində işə düzəltmək adı ilə 400 manat, xx.xx.2023-cü il tarixdə Yol idarəsinə işə düzəltmək adı ilə Pərviz Ömərovdan 375 manat, xx.xx.2022-ci il tarixdə X14 Asvalt zavoda sürücü vəzifəsinə düzəltmək adı ilə 475 manat, xx.xx.2023-cü il tarixdə Xəyyam adlı şəxsin işə düzəltmək adı ilə 475 manat, xx.xx.2022-ci il tarixdə Rəhim adlı şəxsi Nəqliyyat Departamentinə işə düzəldəcəyinə görə isə 400 manat pulunu mənimsəyərək dələduzluq əməllərini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2023ci il tarixli, MN 1838772, xx.xx.2023-cü il tarixli, MN ******* ,xx.xx.2023-cü il tarixli, MN 1838774, xx.xx.2023-cü il tarixli, MN 1838775, xx.xx.2023-cü il tarixli, MN ******* saylı, xx.xx.2023-cü il tarixli, MN 1838778, xx.xx.2023-cü il tarixli, MN 1838782, xx.xx.2023-cü il tarixli, MN 1838783, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis kapitanı X7 protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, Şəxs haqqında doqquz müxtəlif dələduzluq faktı ilə bağlı protokollar tərtib olunmuşdur. Şəxs vətəndaşları aldadıb, etibarlarından sui-istifadə edərək, yalan vədlərlə onların pul vəsaitlərini ələ keçirib mənimsəmişdir. Şəxs axtarışla tutularaq gətirilmiş, törətdiyi əməlləri etiraf etmiş, həmin əməllərdə cinayət tərkibi olmadığından tərtib edilmiş materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xətaları törətməsini səmimi etiraf edərək, bildirdi ki, onun barəsində tərtib edilmiş protokollarda göstərilən əməlləri o, maddi ehtiyacı olduğu, anası xəstə olduğu üçün törətmişdir, ali təhsilli iqtisadçıdır, müxtəlif vəzifələrdə çalışmışdır. İzahatının davamında Şəxs bildirmişdir ki, vətəndaşlarla telefon əlaqəsi yaradaraq onlardan işə düzəltmək məqsədilə pul almışdır, törətdiyi əməllərə görə çox peşmandır. Sonda barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 19 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə özünü “Vaqif” kimi təqdim edərək “***-***-**-**” mobil nömrəsindən Qulu Həsənova zəng edərək onu Nəqliyyat agentliyində işə düzəldəcəyini deyib, tibbi komissiyadan keçmək üçün dövlət rüsumu adı ilə 275 manat pul alıb dələduzluq etməsinə dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 10 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə özünü “Elşad” kimi təqdim edərək ***-***-**-** saylı nömrədən X6 zəng edərək onu işə düzəltmək adı ilə 200 manat pulunu almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 09 may 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs iş axtardığı üçün ***-***-**-** mobil nömrəsinə zəng vuran X1 özünü “Azəryol” idarəsinin regional şöbəsinin müdiri kimi təqdim edərək onu sürücü vəzifəsnə işə düzəltmək adı ilə 500 manat pulunu dövlət rüsumu adı ilə almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 09 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Şəxs ***-***-**-** saylı mobil nömrədən X13 məxsus ***-***-**-** mobil nömrəsinə zəng vuraraq onu Yol idarəsinə sürücü vəzifəsinə işə düzəltmək adı ilə 300 manat pulunu işləri tezləşdirmək adı ilə almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 17 yanvar 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarının surətindən görünür ki, X15 DİN 102 xidmətinə və 2-ci PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bədəlov X4 departamentinə işə düzəltmək adı ilə ona zəng vurmuş, ***-***-**-** mobil nömrəsinin hesabına 400 manat pul köçürməsini tələb etmiş, lakin sonradan zənglərə cavab verməyərək ona qarşı dələduzluq etmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 27 aprel 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə özünü “Samir” kimi tanıdaraq ***-***-**-** saylı mobil nömrədən X10 zəng edərək, onu Goranboy rayon Yol idarəsinə sürücü vəzifəsinə işə düzəltmək adı ilə 375 manatını almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 31 dekabr 2022-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən özünü Elşad kimi təqdim edib, X11 zəng vuraraq, onu işə düzəltmək adı ilə aldadıb 475 manat pulunu almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 31 dekabr 2022-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən özünü Elşad kimi təqdim edib, X3 zəng vuraraq, onu işə düzəltmək adı ilə aldadıb 475 manat pulunu almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Gəncə şəhəri 2-ci Polis Şöbəsinin 17 dekabr 2022-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən özünü Nəriman kimi təqdim edib, X12 zəng vuraraq, onu Nəqliyyat Departamentinə sürücü vəzifəsinə işə düzəltmək adı ilə aldadıb 400 manat pulunu almasına dair toplanmış materiala əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş, “inzibаti qаydаdа tutmа” hаqqındа xx.xx.2023-cü il tarixli prоtоkоldаn görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 16:10-da inzibаti qаydаdа tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materiallarda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2023-ci il tarixli, MN 1838772, xx.xx.2023-cü il tarixli, MN ******* ,xx.xx.2023-cü il tarixli, MN 1838774, xx.xx.2023-cü il tarixli, MN 1838775, xx.xx.2023-cü il tarixli, MN ******* saylı, xx.xx.2023-cü il tarixli, MN 1838778, xx.xx.2023-cü il tarixli, MN ******* , MN ******* , xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə təqsirli bilinərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Belə işlərə baxılarkən hər bir inzibati xətaya görə müəyyən edilmiş tənbeh nəzərə alınmalı və tətbiq olunan tənbeh İnzibati Xətalar Məcəlləsinin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq olmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal törətdiyi əməli etiraf etməsi və səmimi peşmançılığıdır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Qeyd olunan Məcəllənin 30.3-cü maddəsinin tələbinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməməsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını (İXM 32.1.1-ci maddəsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34.2, 34.4-cü maddələrinin tələbləri, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı nəzərə alınmaqla onun barəsində tərtib olunmuş hər protokol üzrə ayrıayrılıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsdə saxlama müddəti inzibati qaydada tutulduğu xx.xx.2023-cü il saat 16:10-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, barəsində tərtib olunmuş xx.xx.2023-ci il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, MN ******* saylı protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə, xx.xx.2023-cü il tarixli, inzibati həbs tənbehi təyin edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-cü maddəsinə əsasən təyin edilmiş tənbehlər qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 16:10 dəqiqədən hesablansın Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra olunsun. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar