Məhkəmə qərarları › İş №3(125)-3556/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3556/2024

09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3556/2024 09.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X5 xx.xx.2024-cü il tarixli, EQ 20587182 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində inzibati cərimə olunması barədə Azərbaycan Respublikası DİN-nin Baş DYPİ (Web Portalı vasitəsi ilə qeydə alınmış) tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20587182 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən və qərar öz hüquqi qüvvəsini itirdiyindən həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Heydər Əliyev prospekti ev 147, mənzil 92-də qeydiyyatda olan X7 etibarnamə ilə idarə etdiyi Fort Tranzit M-3006 markalı, Y820FP77 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X14 1a (GPS: 40,6852,46.4417) xx.xx.2024-cü il tarixdə saat 10:02:22-də “nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol vermədiyinə görə” barəsində DİN-nin DYP-nin Web Portalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində inzibati cərimə növündə EQ 20587182 nömrəli elektron qərar qəbul edilmişdir. Lakin, həmin qərar xx.xx.2024-cü il tarixdə qəbul edilsədə cərimənin ödənilməsi barədə onun ünvanına rəsmi bildiriş göndərilməmiş və cərimədən xəbərsiz olmuşdur. Qərarın surəti ona xx.xx.2024-cü il tarixdə Gəncə şəhər DYPŞ-dən verilmişdir. O, DİN-nin X11 Web Portalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsinə əsasən 50 (əlli) manat məbləğində inzibati cərimə növündə EQ 20587182 nömrəli elektron qərarından şikayət verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə görə müddətin keçməsi ilə bağlı inzibati məsuliyyətdən azad etmənin əsasları göstərilmişdir. Həmin EQ 20587182 nömrəli elektron qərarın surətindən göründüyü kimi inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən həmin qərar öz hüquqi qüvvəsini itirmişdir. Belə ki, o, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən və həmin qərar öz hüquqi qüvvəsini itirdiyindən həmin EQ 20587182 nömrəli qərarı ləğv etməklə, Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan 50 (əlli) manat məbləğində inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən X7 İXM-nin 38-ci maddəsinə istinad edərək bildirmişdir ki, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20587182 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarda inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən və həmin qərar hüquqi qüvvəsini itirdiyindən həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 20587182 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 50 (əlli) manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən Təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə 50 (əlli) manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X3 Dədə Qorqud 1a xx.xx.2024-cü il tarixdə yol hərəkəti qaydasını pozaraq İXM-nin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2024cü il tarixli, EQ 20587182 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. X4 inzibati xəta törətməsini etiraf etməsinə baxmayaraq şikayətində qeyd etdiyi və məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən və həmin qərar öz hüquqi qüvvəsini itirdiyindən Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsi tətbiq edilməklə ləğv edilməlidir. Məhkəmə şikayəti əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İXMnin 38.1-ci maddəsindən görünür ki, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20587182 nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın şəkildə görünür ki, qərardan şikayət vermiş şəxsə inzibati tənbeh inzibati xətanın törədildiyi gün, yəni xx.xx.2024-cü il tarixdə xüsusi texniki vasitə ilə aşkar edilərək real vaxt rejimində tətbiq edilmişdir. X2 inzibati xəta törədildiyi gündən bir il müddət keçdikdən sonra yox, elə həmin gün, yəni inzibati xətanın törədildiyi gün inzibati tənbeh tətbiq edilmişdir. Həmçinin məhkəmə iclasında da Xəyam Hüseynov sözügedən inzibati xətanın onun tərəfindən törədildiyini etiraf etmişdir. Məhkəmə İXM-nin 38.1-ci maddəsinin tələbinə əsaslanaraq şikayət vermiş şəxsin şikayətində qeyd etdiklərinə cavab olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbul edilmiş inzibati tənbeh vermə haqqında elektron qərar şikayətçinin şikayətində qeyd etdiyi hallara görə ləğv edilə bilməz. Çünki mühahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul xx.xx.2024cü il tarixli, EQ 20587182 nömrəli elektron qərar İXM-nin müddəalarına uyğun qəbul edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi hazırkı iş üzrə inzibati xətanın törədilməsi inzibati tənbeh vermə haqqında elektron qərarla tam təsdiq olunur. Həmçinin məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib edilmişdir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2024-cü il tarixli, EQ 20587182 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 20587182 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar