Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-356/2025 28.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə Şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X5, zərərçəkmiş şəxs X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızının iştirakları ilə, xx.xx.1975-ci ildə Kəlbəcər rayonu, Ayrım kənində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Kəlbəcər rayonu, Yuxarı Ayrım kəndində qeydiyyatda olmaqla yaşayan Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1975-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ətrafı ünvanında yaşayan X2 Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-533/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 12800 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X9 verilməsi qət edilmişdir. Qeyd olunan icra sənədləri üzrə borclu X4 tələbin könüllü icra etməsi üçün bildiriş müvafiq tarixlərdə ünvanlanmış və təqdim edilmişdir. Hal-hazırda borclu X3 12800 manat borcu mövcuddur. Görülmüş icra tədbirlərinə baxmayaraq X7 icra sənədi üzrə icra məmurunun qanuni tələblərinin yerinə yetirmir. İcra sənədi üzrə tərəflərindən zəruri icra tədbirləri görülmüş və bununlada borclu X7 borcundan heç bir ödəniş etməmişdir. Bununla da borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında Gəncə Şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X10 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmişdir. X1 məhkəmə qərarını icra etməkdən imtina etmişdir. Onun əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızı izahatında bildirdi ki, o və onun övladları tərəfindən zərərçəkmiş şəxsdən sələmə götürülmüş pul hər ay ödənilməklə tam şəkildə ona qaytarılmışdır. Lakin tələbkar bu halı inkar edir. 12800 manatın qarşılığında tələbkara 30.000 manat pul ödəmişdir. Əlavə ödəniş etməyə imkanı yoxdur. Qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X11 bildirmişdir ki, ona borcdan heç bir ödəniş edilməmişdir. O pulununun ödənilməsini ödənilmədiyi təqdirdə isə X3 cəzalandırılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilərək araşdırılmış Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-533/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 12800 manat məbləğində pul vəsaiti alınaraq tələbkar X9 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-533/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızına təqdim edilməklə, icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan və xx.xx.2025-ci il tarixli sonuncu xəbərdarlıqdan görünür ki, Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızınun borcunu ödəməyəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb edilmək barəsində xəbərdar edilmişdir. Elektron çıxarışdan görünür ki, Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızının adına hər hansı bir daşınar və daşınmaz əmlak mövcud deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, zərərməkmiş şəxsin və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızı məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış icra sənədinin icrasına səhlənkar yanaşılmış, bugünədək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcdan heç bir ödəniş etməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızının məhkəmə qətnaməsində göstərilən borcun zərərçəkmiş şəxsə qaytarmasını deməsi dolayısı ilə məhkəmə qətnaməsi ilə razılaşmadığını və ona görə də məhkəmə qətnaməsini icra etmədiyini göstərir. Bu hal məhkəmə qətnaməsinin qüvvəyə minməsindən uzun müddət keçməsinə baxmayaraq həmin qətnamə üzrə heç bir cuzi də olsa ödənişin olmaması ilə öz təsdiqinin tapır. Bununla da, Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə tənbehi tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Həsənəliyeva (Abdullayeva) Sevil Yunis qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-356/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-356/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver