Məhkəmə qərarları › İş №3(125)-3561/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3561/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3561/2024 21.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, TP6764380 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP6764380 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə istifadəsində olan Mercedens Benz E200 markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində hərəkətdə olan zaman arxadan gələn son rəqəmini xatırladığı 204 dövlət qeydiyyat nişanlı DYP-yə məxsus olan xidməti avtomobili idarə edən və özünü təqdim etməyən inspektorun saxla əmrinə əsasən avtomobili saxlamış, inspektor yaxınlaşaraq arxada stop işıq siqnalın işləmədiyini bildirərək ona cərimə yazmalı olacağını demişdir. O inspektora izah etsə də ki, stop işığının nasaz olmasından onun deməsindən sonra məlumatı olmuş, evdən çıxan zaman bütün işıq siqnalların işləyib-işləmədiyini yoxlayıb, işlədiyindən əmin olduqdan sonra avtomobili idarə etdiyini, icazə verərsə lampanı dəyişdirməklə nasazlığı aradan qaldıracağını desədə, əvəzində onu gözləyə bilməyəcəyini, cəriməni yazacağını, nasazlığı sonra aradan qaldırmasını bildirdi. DYP əməkdaşının ona nasazlığı aradan qaldırmaq üçün imkan tanımaması bir yana, barəsində tərtib etdiyi protokolu da ona verməməsi özü bir qanun pozuntusudur. Hesab edir ki, barəsində tərtib olunan İXP ******* nömrəli inzibati protokol və ona əsasən qəbul edilmiş TP ******* nömrəli inzibati qərar qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, İXP ******* nömrəli inzibati protokoldan görünməsə də, TP ******* nömrəli inzibati qərarda qeyd edilmişdir ki, o avtomobili idarə edərkən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanlan nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasutəsinin istismarı nəticəsində İXM-in 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokolda nə kimi məlumatların göstərilməli olması qeyd edilmiş, onlardan biri də inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyətidir (100.1.4). Halbuki barəmdə tərtib olunan inzibati xəta haqqında protokolda inzibati xətanın nədən ibarət olması, onun necə törədilməsi ilə bağlı bir qeyd olmamışdır. Belə olan halda protokol əsasında qeyd olunan inzibati qərarı qəbul edən səlahiyyətli şəxs necə müəyyən etmiş ola bilər ki, mənim barəmdə hansı əmələ görə inzibati protokol tərtib edilmiş və ona görə də müvafiq qərar qəbul edilmişdir. Gəncə şəhər DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP6764380 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayətçi X3 çıxışında onu saxlayan polis əməkdaşına avtomobildə olan nasazlığın aradan qaldırılması mümkün olduğunu və yerindəcə aradan qaldırıla biləcəyini bildirməsinə baxmayaraq onun barəsində protokol tərtib etmişdir. Sonda heç bir inzibati xəta törətmədiyinə görə həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə, təqdim edilmiş materialları nəzərdən keçirib hesab edir ki, X2 həmin tarixdə inzibati xəta törətməsini təsdiq edən mötəbər sübutlar iş materiallarında öz əksini tapmış, o cümlədən Gəncə ŞBPİ-nin DYPŞ-i tərəfindən məhkəməyə təqdim edilmişdir. İş materialına əlavə edilmiş DVD diskdə olan video görüntüdən məlum olur ki, xx.xx.2024-cü il tarixdə X3 idarə etdiyi Mercedens Benz E200 markalı **-DA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində hərəkətdə olan zaman avtomobilin arxasındakı stop işıq siqnalı işləməmiş və DYPŞ əməkdaşı ona yaxınlaşaraq arxada stop işıq siqnalın işləmədiyini bildirərək ona cərimə yazmalı olacağını demiş, bu zaman K.Eminov heç bir etiraz bildirməmiş və avtomobildəki nasazlığı aradan qaldırmaq üçün hər hansı hərəkətlər etməmişdir. Göründüyü kimi Kamil Eminovun törətdiyi xətaya görə qanuni şəkildə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Çünki “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanuna 1 saylı Əlavənin İİİ bəndinin 3-cü hissəsinə əsasən xarici işıq cihazları və işıqqaytarıcılar müəyyənləşdirilmiş rejimdə işləmədikdə və ya çirklənmiş olduqda nasazlıq aradan qaldırılır. Azərbaycan Respublikası İXM-nin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP6764380 nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar