Məhkəmə qərarları › İş №3(125)-3563/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3563/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3563/2025 20.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri 3-cü Polis Bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 14:30 radələrində Gəncə şəhəri, 28 may küçəsində yerləşən “Karizma” restoranının “Valentina” kupesinin əşyalarınə (televizoru) sındırmış və zərər vurmuşdur. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsinin polis sahə rəisi, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs (“Karizma” restoranının administratoru) məxsus televizora ziyan vurulması nəticəsində 1670 manat maddi ziyan vurulmuşdur. “Valentino” kupesinin təhlükəsizlik kameralarına keçirilən baxış zamanı bəlli olmuşdur ki, şəxs otaqda olan stula zərbə endirməklə kifayətlənməyərək otaqda olan digər əşyalara da qəsdlə zərbələr endirmişdir. Ona görə də həmin fakt üzrə Zərərçəkmiş şəxs “Karizma" restoranının administratoru) məxsus televizora ziyan vurulması nəticəsində 1670 manat maddi ziyan vurmuş İlkin Rauf oğlunun əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 232-1-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Odur ki, məhkəmədən protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, əməlindən peşmandır. 11 sentyabr tarixində saat təxminən 19 radələrində dostluq münasibətində olduğu qadın və həmin qadının uşağı ilə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Karizma” restoranında “Valentino” kupesində yemək yeyərkən telefonuna zəng gəlmiş, həmin zəngdən əsəbləşərək stula təpiklə vurmuş, təpiklə vurduğu zərbə nəticəsində stulun yeri dəyişərək asılqana dəymiş, asılqan isə öz növbəsində divardan asılmış olan markasını bilmədiyi televizora dəymiş və nəticədə televizorun ekranına ziyan dəymişdir. Hadisə zamanı spirtli içkinin təsiri altında olmuşdur. Həmçinin öz telefonunu da sındırmışdır. Həmin restorandan çıxandan 3-4 gün sonra televizora ziyan dəydiyindən xəbəri olmuşdur. Hazırda televizor ustadadır, lakin “Çin” istehsalı olduğundan televizorun düzəltdirilməsi hələlik mümkün deyil. Məlumatına əsasən televizorun qiyməti 1500-1600 manatdır. Bundan başqa yeddi ildir ki, əsəb xəstəliyi olduğundan müalicə alır. Rəydə qeyd olunmuş televizora dəymiş ziyanın məbləği ilə razıdır. Heç bir yerdə işləmir, buna görə də dəymiş ziyanın ödənilməsi üçün ona vaxt verilməsini xahiş edir, odur ki, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Karizma” restoranında 2 ildir ki, administrator vəzifəsində çalışır. Şəxs onun işlətdiyi “Karizma” restoranında müştəri qismində olarkən əsəbləşərək “Valentino” kabinetində olan zaman təpiklə stula zərbə endirmiş, həmin zərbənin təsiri nəticəsində stul televizora dəyərək onu yararsız hala salmış, baş vermiş hadisə nəticəsində obyektə, təxminən 1600-1700 manat maddi ziyan dəymişdir. Bundan sonra polis şöbəsinə müraciət etmişdir. Şəxs televizoru düzəltdirmək üçün götürsə də, bu mümkün olmamışdır. Odur ki, dəymiş ziyanın ödənilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs (“Karizma” restoranının administratoru) məxsus televizora ziyan vurulması nəticəsində 1670 manat maddi ziyan vurmuş Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti 3-cü Polis Bölməsinin İTB-yə göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. -“Avtomotoservis və ticarət” müəssisəsinin 19 sentyabr 2025-ci il tarixli sərbəst bazar qiymətləri əsasında hazırlanmış qüsur aktı-rəyindən görünür ki, “Hisense” markalı böyük ekran ən müasir tipli televizora fiziki kənar müdaxilə olunmuş və televizor sındırılmışdır. Sərbəst bazar satış qiymətləndirməsi nəticəsində aparılan təhlillər və hesablamalar əsasında məlum olmuşdur ki, həmin televizorun bugünkü sərbəst satış dəyəri 1670 manat təşkil edir. Nəticədə vətəndaş Zərərçəkmiş şəxs ixtiyarında olan həmin televizorun yararsız hala salınması əsasında vətəndaşa 1670 manat maddi ziyan vurulmuşdur. - “İnzibati qaydada tutma haqqında” 18 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00-da inzibati qaydada tutulmuşdur. - İş materiallarında olan 01 ədəd “DVD” diskdən görünür ki, Şəxs tərəfindən Zərərçəkmiş şəxs (“Karizma” restoranının administratoru) məxsus televizora ziyan vurulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, özünün etirafedici ifadəsi, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs öz əməlini səmimi etiraf etməsini və əməlindən peşmanlıq keçirməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan, həmçinin inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi izahatlardan da göründüyü kimi Şəxs İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə xx.xx.2025-ci il tarix, saat 18:00-da inzibati qaydada tutma tətbiq edilmiş, sonradan azad edilmişdir. Ona görə də, məhkəmə Şəxs inzibati qaydada tutulmasını nəzərə alaraq cərimə cəzasının İXM-nin 31.4-1-ci maddəsinin tələblərinə uyğun tətbiq edilməsi qənaətinə gəlir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, məsuliyyətini ağırlaşdıran halların olmamasını, o cümlədən inzibati xəta haqqında iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri ilə inzibati tənbehin məqsədinə nail oluna bilər. Həmçinin zərərçəkmiş şəxsə vurulmuş ziyanla əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, vurulmuş ziyanın 1 (bir) misli miqdarında, yəni 1670 (bir min altı yüz yetmiş) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar