Məhkəmə qərarları › İş №3(125)-358/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-358/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-358/2024 15.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novuz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X5, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakları ilə, Gəncə şəhər DYPŞ tərəfindən tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. İnzibati tənbeh haqqında qərardan narazı qalan X6 şikayət verərək, həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmşdır ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 15.30 radələrində idarə etdiyi Mersedes Benz E240 markalı 20EP828 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi ilə Gəncə şəhəri Atatürk prospekti ilə 2705 adlanan ərazi istiqamətinə hərəkət edərkən “Meqa” marketin qarşısında piyadalar keçdiyindən sürəti azaldaraq piyadalara yol verdikdən sonra hərəkət etməyə davam etmiş və həmin vaxt sol tərəfdə hərəkət edən VAZ 07 markalı avtomaşın qəflətən sağ tərəfə dönərək parklama hərəkəti etmək istəyərək onun avtomaşınının qabaq nömrə hissəsinə vuraraq avtomobilimi zədələmişdir. O, dərhal X9 zəng edib hadisə barədə məlumat vermişdir. X11 əməkdaşları hadisə yerinə gəlib, hadisə yerinə baxış keçirmişlər, hadisə yerinin sxemini çəkmişlər və ona bildirmişlər ki, guya günahkar odur, o əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu səbəbdən də inzibati xətanı törətdiyimə görə barəsində 40 manat məbləğində cərimə təyin edilmişdir. hesab edir ki, X11 əməkdaşları ona "inzibati tənbeh vermə haqqında" qərar yazmaqda haqlı deyillər. Belə ki, o hadisə baş verən zaman avtomaşınla heç bir manevr etməmişdir, o öz yoluyla hərəkət edən zaman VAZ 2107 markalı avtomaşın qəflətən sağ tərəfə dönərək parklama hərəkəti etmək istərkən onun avtomaşınımı vurmuşdur. Yəni manevr hərəkətini VAZ 07 markalı avtomaşının sürüçüsü etmişdir. Lakin buna baxmayaraq X11 əməkdaşları onu günahkar hesab etmişlər, VAZ 2107 markalı avtomaşının sürüçüsünü günahkar bilməmişlər. Bu barədə X11 əməkdaşlarına iradını bildirdikdə ona “hara şikayət edirsən get et” demişlər. Gəncə şəhər DYPŞ-nin xx.xx.2024-cü il tarixli "inzibati tənbeh vermə haqqında" TP ******* saylı qərarında onun tərəfindən hansı yol hərəkət qaydalarını pozmağı barədə heç bir məlumat qeyd edilməmişdir. Gəncə şəhər DYPŞ-nin xx.xx.2024-cü il tarixli "inzibati tənbeh vermə haqqında" qərarını qanunsuz və əsassız hesab edir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X6 izahatında ərizəni müdafiə etdiyini və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X7 bildirmidir ki, X6 tərəfindən yol hərəkəti haqqında qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. Digər maşın yol hərəkəti qaydalarına əməl etmiş, dönməzdən əvvəl maşının dönmə işığını yandıraraq dönmək istəyərkən, Elgün Qasımov hərəkətə başlamış VAZ 2107 markalı avtomaşını vurmuşdur. Protokol və qərar düzgün tərtib olunmuşdur. Şəxsin iştirakı ilə hadisə yerinin sxemi çəkilmişdir. Odur ki, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara, şikayətçinin məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Gəncə şəhər DYPŞ-nin polis kapitanı X7 tərəfindən qəbul edilmiş protokoldan və onun əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati vermə haqqında qərarın surətindən görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozma) törətdiyinə görə, onun barəsində 40 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Video görüntüdən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə təxminən saat 15:30 radələrində idarə etdiyi Mersedes Benz E240 markalı 20EP828 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi ilə Gəncə şəhəri Atatürk prospekti ilə 2705 adlanan ərazi istiqamətincə hərəkətə başlamazdan əvvəl manevrin təhlükəsiz olduğuna əmin olmadan hərəkət etmiş və nəticədə avtoqəza baş vermişdir. Yol nqəliyyat hadisəsisinin sxemindən görünür ki, Mersedes Benz E240 markalı 20EP828 dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi hərəkətə başlamadan əvvəl dönməkdə olan Vazr 2107 markalı 20BS057 dövlət qeydiyyat nişanlı avtomobilə yol verməmiş nəticədə avtoqəza baş vermişdir. Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə- qırx manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan DVD diskdə olan hadisə yerinin video görüntüsündən görünür ki, X1 Benz E240 minik markalı 20EP828 dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Atatürk prospekti ilə 2705 adlanan ərazi istiqamətincə hərəkətə başlamazdan əvvəl manevrin təhlükəsiz olduğuna əmin olmadan hərəkət etmiş və nəticədə Yol hərəkəti haqqında qanunun tələbini pozmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ. bəndində göstərilmişdir ki, Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Lakin iş materiallarına əlavə edilmiş videogörüntüdən aydın olur ki, inzibati xətanın törədildiyi yolda X6 hərəkətə başlamazdan əvvəl manevrin təhlükəsiz olduğuna əmin olmadan hərəkət etmiş və nəticədə avtoqəza baş vermişdir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, səlahiyyətli orqanın vəzifəli şəxsi haqlı olaraq X3 əks istiqamətli hərkət zolağına çıxmadan manevr etmə qaydalarını pzoduğuna görə inzibati məsuliyyətə cəlb etmiş və onun barəsində inzibati tənbeh tətbiq edilməsinə dair qərar qəbul etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, onun barəsində Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,115 və 134.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara alır: X6 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə şəhər DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar