Məhkəmə qərarları › İş №3(125)-3596/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3596/2025

23.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3596/2025 23.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 prospekti, 475 inzibati bina ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə Şəxs Gəncə şəhəri Məhsəti qəsəbəsində X3 döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verdi və əlavə etdi ki, X6 bir müddət iki uşağı ilə birlikdə rəfiqəsi Rasimə adlı şəxsin Gəncə şəhəri Məhsəti qəsəbəsində yaşamışdır. xx.xx.2025-ci il tarixdə zərərçəkmiş şəxsin bacısı, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, anası və həyat yoldaşı barışıq üçün zərərçəkmiş şəxsin yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsinə getmiş, bu zaman barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs şəxsi münasibətlər zəmnində bacısı olan zərərçəkmiş şəxsi döymüşdür. Odur ki, məhkəmədən qanuna uyğun tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, bacısı olan zərərçəkmiş şəxs uşaqlarını da götürərək həyat yoldaşı Elvindən faktiki olaraq ayrılmışdır. Ayrıldıqları dövrdə zərərçəkmiş şəxs uşaqları qayınanasının yanında qoyaraq tanış olduğu evli oğlanla birlikdə Türkiyə Respublikasına getmişdir. Uşaqlar anasından kənar dura bilmədikləri üçün zərərçəkmişə şəxs Türkiyə Respublikasından qayıtmışdır. Sonradan zərərçəkmiş şəxs uşaqları öz yanına aparmışdır. Uşaqları zərərçəkmiş şəxsdən almaq üçün anası və zərərçəkmiş şəxsin həyat yoldaşı Elvinlə birlikdə onun rəfiqəsi ilə yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsinə getmiş, bu zaman zərərçəkmiş şəxs ona nalayiq sözlər dediyi üçün onu əli ilə vurmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışlar. Barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirdi ki, həyat yoldaşından faktiki olaraq ayrılmış, rəfiqəsi Elnurənin evində qalmışdır. Bu ilin iyul ayının 19-da Türkiyə Respublikasına getmiş, onunla birgə yaşamış, avqustun 5-də geri qayıtmışdır. Həyat yoldaşı Elvin ilə barışmaq istəmir. Bacısı, yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs ondan həyat yoldaşı Elvin ilə barışmasını tələb etmişdir. Anası ona “gedərsən pozğunluq edərsən, xəstəlik taparsan” tipli nalayiq ifadələr dediyi üçün məcbur olub o da nalayiq ifadələrdən istifadə etmişdir. Hazırda Şəxs ilə barışıblar. Barışmaları barədə məhkəməyə ərizə ünvanlayaraq inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin izahatlarını dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, təhqiqat orqanı tərəfindən düzgün olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: - Gəncə şəhəri Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş 22 sentyabr 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şəxs Gəncə şəhəri Məhsəti qəsəbəsində X3 döymüşdür. -Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən qəbul edilmiş 26 avqust 2025-ci il tarixli “cinayət işininin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, Şəxs əməlində cinаyət tərkibi оlmаdığından cinayət işi başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan zərərçəkmiş şəxs X6 tərəfindən məhkəməyə ünvanlanmış 23 sentyabr 2025-ci il tarixli ərizəsindən görünür ki, o, Şəxs ilə barışmış, ona görə də sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı şikayəti yoxdur. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığı üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39, 40, 43, 48- 51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə şikayəti və ya apelyasiya protesti verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar