Məhkəmə qərarları › İş №3(125)-3597/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3597/2025

01.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3597/2025 01.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, icra məmuru X1, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda və protokolun əlavəsində qeyd edilmişdir ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-3954/2025 nömrəli, 03 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 10500 ABŞ dolları və 1600 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)- 2541/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 5402,59 manat pul vəsaiti tutularaq "xxxx" QSC-yə ödənilməlidir. İcra sənədi 06 oktyabr 2021-ci il tarixdə icraata daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək qanunla müəyyən edilmiş müddət ərzində icranın könüllü təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Şəxs 23 sentyabr 2025-ci il tarixli izahatında maddi imkanı olmadığı üçün ödəyə bilmədiyini və bu aydan başlayaraq tələbkar Zərərçəkmiş şəxs 500-600 manat ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında icra məmuru X2 ifadəsində protokolu müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Şəxs izahatında uzun xəstəlikdən sonra atasının öldüyünü və başının atasının müalicələrinə qarışdığını bildirərək sonda hər ay 600-700 manat ödəniş etməsi üçün vaxt verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar şəxs Zərərçəkmiş şəxs ifadəsində 3 ildir ki, borclu Şəxs onu aldadaraq borcu ödəmədiyini və pulunu tam şəkildə tələb etdiyini bildirmiş, əks halda sonuncunun inzibati qaydada həbs olunmasını xahiş etdi. İş materiallarında olan: - 23 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)-3954/2025 nömrəli, 03 oktyabr 2024-cü il tarixli və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-2541/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli icra sənədləri üzrə icrasını təmin etmir. - Gəncə şəhər Məhkəməsinin 2(125)-3954/2025 nömrəli, 03 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 10500 ABŞ dolları və 1600 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-2541/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 5402,59 manat pul vəsaiti tutularaq "xxxx" QSC-yə ödənilməsi qət edilmişdir. - xx.xx.2021 və xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” və “tələbin könüllü icrası haqqında” bildirişin surətlərindən görünür ki, borclu Şəxs icra qeydində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - xx.xx.2025-ci il tarixli icra sənədlərinin ümumi icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, Gəncə şəhər Məhkəməsinin 2(125)-3954/2024 nömrəli, 03 oktyabr 2024-cü il tarixli, Gəncə şəhər Məhkəməsinin 2(125)-3857/2023 nömrəli, 05 iyun 2023-cü il tarixli və Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 2(043)-2541/2021 nömrəli, 02 sentyabr 2021-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. - xx.xx.2025-ci il tarixdə Şəxs İcra İdarəsinə verdiyi izahatında borcunu ödəməməsini işsiz və maddi imkanının olmaması ilə əsaslandırmışdır. - ödəniş qəbzindən görünür ki, Şəxs 23 sentyabr 2025-ci il tarixdə 5239********5907 nömrəli hesaba 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. - "xxxx"MMC-nin ödəniş qəbzindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə "xxxx" QSC-yə 99 (doxsan doqquz) manat məbləğində ödəniş etmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və tərəfləri dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 528.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar məhkəmə icraçılarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya məhkəmə icraçısı tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta hesab olunur. Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi, beləliklə İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində tərtib olunmuş inzibati protokol və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Çünki keçən bu müddət ərzində borclu maddi imkanı olmadığı halda hər ay tam şəkildə olmasa da, hissəhissə ödənişlər edib məhkəmə qərarının icrasından yayınmadığını göstərə bilərdi. Borclu, maddi imkanının olmamasını bəhanə edərək qərəzli şəkildə məhkəmə qərarını icra etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs qismən ödəniş etməsini onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli 01 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar