Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3601/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs XN, qərarından şikayət verilmiş orqanın nümayəndəsi X5 iştirakları ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə X17 Nəzarəti İdarəsi tərəfindən qəbul edilmiş N8 avqust N0N4-cü il tarixli MN ******* saylı qərarından XN verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə X17 Nəzarəti İdarəsi tərəfindən tərtib edilmiş N8 avqust N0N4-cü il tarixli MN ******* nömrəli qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şikayətçi şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə N avqust N0N4-cü il tarixli 0N995 nömrəli tələbnaməsində “X6” Azərbaycan Respublikası Qanunun N5-ci maddəsinə əsasən yanğın-texniki müayinə keçirilmiş, müayinə zamanı aşkar edilmiş yanğın təhlükəsizliyi norma və qaydaların tələblərinin pozulması hallarının aradan qaldırılması məqsədilə Gəncə X17 Nəzarəti İdarəsi tərəfindən baxılmışdır. N nömrəli hərbi hissənin yanğınsöndürmə komanda rəisi vəzifəsində xidmət edən baş gizir X8 xidmət vəzifələrinin fəaliyyəti Gəncə X17 Nəzarəti İdarəsi tərəfindən 07 dekabr N0N3-cü il tarixdə yoxlanılmış, yoxlama nəticəsində mövcüd olan problem, çatışmazlıq və nöqsanların olub-olmamasına dair Yanğın-texniki müayinə aktı tərtib edilmişdir. Yoxlamada iştirak edən şəxslərlə birgə baş gizir Elnur Məmmədov aktı özü imzalamış və aktda hər-hansı etirazın, şikayətin olması haqqında qeydlər göstərməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N016-cı il tarixli 466 nömrəli qərarın 4 nömrəli əlavəsini rəhbər tutaraq Gəncə X17 Nəzarəti İdarəsi tərəfindən gizir Elnur Məmmədova Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati xəta haqqında xx.xx.N0N3-cü il tarixdə ******* saylı protokol tərtib edilərək barəsində xx.xx.N0N3-cü il tarixdə MN № ******* inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır, qərara əsasən baş gizir Elnur Məmmədov 100 (yüz) manat cərimə cəzası Azərbaycan Respublikası İXM-nin 116-cı maddəsilə tədbiq olunmuşdur. Elnur Məmmədovun əmək haqqısından 100 (yüz) manat tutulmasına dair Gəncə X17 Nəzarəti İdarəsi tərəfindən xx.xx.N0N4-cü il tarixli 3-18-78/N- 1973/N4 nömrəli məktub daxil olmuş, məktuba əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N0N4-cü il tarixli NN0 nömrəli əmrilə onun əmək haqqısından dövlət büdcəsinə ödənilməsi tam həcmdə tutulmuşdur. Bildirir ki, N0N3-cü və N0N4-cü illər ərzində FHNdən və N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsi Yanğından Mühafizə xidmətinin rəisi mayor Elsevər Cəfərov və həmin idarənin inspektoru mülki işçi Nurxan Abdullayev yoxlama ilə gələn zaman yoxlama nəticəsində mövcüd olan problem, çatışmazlıq və nöqsanların olub-olmamasına dair Yanğın-texniki müayinə aktını tərtib edərkən onlara hərbi hissə komandirinin tikinti aparılması, tikinti materiallarının alınması, hər hansı konstruksiya dəyişikliklərinin edilməsi, maliyyə büdcə xəzinəsinin olmaması, tikintini aparmaq üçün heyətinin ştatının olmaması və ümumiyyətlə səlahiyyətinin olmaması izah edilmişdir. Göstərilən çatışmazlıqların həlli yuxarı komandanlıq tərəfindən icra olunması bildirilmişdir. Aktda göstərilən bütün çatışmazlıqlar haqqında bir neçə dəfə N nömrəli hərbi hisənin Maddi-Texniki Təminat İdarəsinə və Gəncə Rayon Mənzil istismarı Hissəsinə dəfələrlə sifarişlərin göndərilməsi təqdim olunmuşdur. Gələcəkdə Müdafiə Nazirliyinin strukturların Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən cərimələrə məruz qalmaması üçün mayor Elsevər Cəfərovada N nömrəli hərbi hissə komandirinə köməklik göstərilməsi məqsədilə məlumatın verilməsi xahiş olunmuşdur. Bunlara baxmayaraq, N avqust N0N4-cü il tarixdə Gəncə X17 Nəzarəti İdarəsinin Dövlət yanğını nəzarətinin əməkdaşları və N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsi Yanğından Mühafizə xidmətinin rəisi mayor Elsevər Cəfərov və həmin idarənin inspektoru mülki işçi Nurxan Abdullayev tərəfindən təkrarən N nömrəli hərbi hissənin yanğınsöndürmə fəaliyyəti yoxlanılmışdır. Yoxlamanın bildirişi xx.xx.N0N4-cü il tarixdə daxil olmuş, xx.xx.N0N4-cü il tarixli T-18-78/N-4141/N0N4 nömrəli bildirişə əsasən barəsində İnzibati xəta haqqında icraatın aparılması və icraat aparılan şəxs qismində xx.xx.N0N4-cü il tarixdə saat 11:00 radələrində İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair olan N106 nömrəli işin baxılmasında iştirak etmək üçün Gəncə X17 Nəzarəti İdarəsinə çağırılmışdır. Bildiriş xx.xx.N0N4-cü il tarixdə cümə günündə saat 17:00 dan sonra daxil olduğuna qeydiyyata xx.xx.N0N4-cü il tarixdə qeyri-iş günlərindən sonra qeydiyyata alınmışdır. Daxil olmuş bildirişə xx.xx.N0N4-cü il tarixdə 906 nömrəli xaric olma məktubu ilə aşağıda göstərilən məzmunda cavab yazılmışdır: “Məlumat üçün bildirirəm ki, hərbi hissə komandiri Müdafiə Naziri tərəfindən təyin olunur, hər hansı silahlı birləşmələrə, hüquq mühafizə orqanları, dövlət və özəl strukturlarına dəvət olunması yalnız yuxarı komandanlığın icazəsi ilə həyata keçirilir. Bildiriş üzrə göstərilənlərlə bağlı bildirirəm ki, mən fiziki şəxs deyiləm, hüquqi şəxsəm, mənim şəxsi büdcəm və ya hərbi hissənin maliyyə büdcəsi, bank hesabı və maliyyə əməliyyatları yoxdur. Hərbi hissədə təmir-tikinti materiallarının təmin olunması istiqamətində və təmir edəcək şəxslərin ştatının olmamasından ərazidə açıq və qapalı yerlərdə hər-hansı tikinti və quraşdırma işlərinin aparılması səlahiyyətində deyiləm.” Bütün yazılanlara baxmayaraq Gəncə X17 Nəzarəti İdarəsinin rəisi X11 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinə əsasən vəzifəli şəxs qismində inzibati xəta haqqında xx.xx.N0N4-cü il tarixdə ******* saylı protokol tərtib edilərək xx.xx.N0N4-cü il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarmış, qərara əsasən ona 100 (yüz) manat cərimə olunmuş, həmin qərar xx.xx.N0N4-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olmuşdur. O, cəriməni əsassız və qanunsuz hesab edir. Belə ki, inzibati xətanın aradan qaldırılması səlahiyyətinə malik deyildir. O, yalnız yazılmış nöqsan və çatışmazlıqlar barəsində aidiyyəti şəxslərə məktub, sifariş və sorğular göndərə bilər. O, öz üzərinə düşənləri etmiş, lazımı səlahiyyətli yerlərə və şəxslərə məktub və sifarişlər göndərmişdir. O, inzibati xəta törətmiş şəxs deyil və bu səbəbdəndə inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmçinin qeyd edir ki, Gəncə X17 Nəzarəti İdarə tərəfindən əlavə heç bir sorğu, tələb, izahat alınmamış, iş üzrə heç bir yeni halın müəyyən edilməsi istiqamətində iş görülməmişdir. Hazırda verilmiş cəza formal xarakter daşıyır, iş üzrə təqsirli şəxslər müəyyən edilməmiş, hüququn normalara əsaslandırılmamışdır. İş üzrə xəta haqqında işin materiallarından əvvəllər verilmiş İXM-nin 518.1-ci maddəsi təkrar olaraq verilmişdir. Odur ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında xx.xx.N0N4-cü il tarixdə MN ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçinin nümayəndəsi X14 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, N saylı hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisidir. Həmin hərbi hissənin komandiri Zülfiqar Abdullayevin əsas fəaliyyəti yalnız hərbi hissəyə nəzarət yetirmək, nöqsan və çatışmazlıqlar barəsində aidiyyəti şəxslərə sifariş və sorğular göndərməkdən ibarətdir. Odur ki, o, FHN tərəfindən göstərilən bütün nöqsanlarla bağlı Gəncə rayon Mənzil İstismarı-Hissəsinə əvvəlcədən sifariş edərək öz öhdəsinə düşən işləri yerinə yetirmişdir. Həmçinin FHN-nin inzibati binasına N8 avqust N0N4-cü il tarixdə dəvət olunması ilə bağlı bildiriş hərbi hissəyə N avqust N0N4-cü il tarixdə daxil olmuşdur. Bildiriş gec daxil olduğundan, habelə yuxarı komandanlığın icazəsi olmadan iştirak edə bilməməsi ilə əlaqədar əsaslandırılmış məktub ünvanlamışlar. Buna baxmayaraq 18 sentyabr N0N4-cü il tarixdə hərbi hissəyə Zülfiqar Abdullayevin cərimə olunması ilə bağlı N8 avqust N0N4-cü il tarixli MN ******* nömrəli qərar daxil olmuş, ancaq protokol təqdim edilmədiyindən hansı səbəbə cərimələnməsi bilinməmişdir. Odur ki, o, protokolun tərtib edilmədiyini, ümumiyyətcə sənədləşdirmənin düzgün aparılmadığını qeyd edərək Zülfiqar Abdullayevin barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş orqanın nümayəndəsi X15 çıxışında bildirmişdir ki, N avqust N0N4-cü il tarixdə Gəncə şəhəri, Xəqani küçəsində yerləşən N nömrəli hərbi hissədə təkrarən yanğın təhlükəsizliyinə aid texniki müayinə keçirilmiş və müayinə zamanı X3 pozuntular aşkar edildiyindən hərbi hissənin komandiri Zülfiqar Abdullayev barəsində inzibati protokol tərtib edilmişdir. Odur ki, o protokolun təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: - N8 avqust N0N4-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat miqdarında inzibati cərimə edilmişdir. - 15 avqust N0N4-cü il tarixli 3-18-78/N-4141/N0N4 nömrəli daxil olmuş bildirişdən görünür ki, X4 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə görə olan N106 nömrəli işin baxılmasında iştirak etmək üçün Gəncə X17 Nəzarəti İdarəsinə dəvət edilmişdir. - Gəncə X17 Nəzarəti İdarəsinin N avqust N0N4-cü il tarixli tələbnaməsindən görünür ki, N nömrəli hərbi hissədə “X6” Azərbaycan Respublikası Qanunun N5-ci maddəsinə əsasən yanğın-texniki müayinə keçirilmiş və müayinə zamanı aşkar edilmiş yanğın təhlükəsizliyi norma və qaydaların tələblərinin pozulması hallarının aradan qaldırılması tələb edilmişdir. - N avqust N0N4-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, Gəncə X17 Nəzarəti İdarəsi tərəfindən Gəncə şəhəri, Xəqani küçəsində yerləşən N nömrəli hərbi hissədə yanğın təhlükəsizliyinə aid texniki müayinə keçirilmiş və müayinə zamanı-hərbi hissənin ərazisində yerləşən binalarda avtomatik yanğın xəbərverici sisteminə texniki servizin göstərilməsinə ehtiyac olduğunu; hərbi hissənin ərazisində yerləşən N,3 və 4 nömrəli əsgər yataqxanalarında olan daxili yanğın su kranları təzyiq altında saxlanılmadığı; mövcud olan 45 ədəd müxtəlif növ odsöndürən balonlardan 15 Ədəd odsöndürən balonların tərkib hissələri yenilənmədiyi; yeməkxananın mətbəx otağının tavan hissəsi yanan materiallarla (lambir) üzləndiyi; yeməkxana və qazanxana binasında qaz bağlayıcı klapan və detektor quraşdırılmadığı; hərbi hissənin ərazisində ildırım ötürücünün olmadığı; qərargah və əsgər yataqxanasında daxili yanğın su kranları və avtomatik yanğın xəbərverici sistemləri quraşdırılmadığı; inzibati binaların çardaq hissəsinin taxta konstruksiyaları odadavamlı məhlul ilə hopdurulmadığı; hərbi hissənin ərazisində çəkilmiş elektrik naqil və kabellərin izolyasiyasının gərginliyə qarşı müqavimətinin yoxlanılması barədə akt təqdim edilmədiyi; yanğın su hovuzunun mövcud olmadığı; bina və qurğuların pəncərələrində açılmayan dəmir barmaqlıqlar quraşdırıldığı müəyyən edilmiş və Gəncə rayon Mənzil İstismarı-Hissəsinə N4 may N0N4-cü il tarixli 5N5, 534, 5N6, 5N1, 531, 53N, 5N3, 5NN, N59, 530, 5N4 nömrəli sifarişlərin verildiyi qeyd edilmişdir. - 04 sentyabr N0N4-cü il tarixli N nömrəli hərbi hissə komandiri polkovnik X10 X17 Nəzarəti İdarəsinin rəisinə ünvanladığı məktubundan görünür ki, hər hansı silahlı birləşmələrə, hüquq mühafizə orqanları, dövlət və özəl strukturlarına dəvət olunması yalnız yuxarı komandanlığın icazəsi ilə həyata keçirildiyini, əks təqdirdə Müdafiə Nazirliyinin qanunvericiliyin tələblərinə görə daxili qaydalara zidd olduğunu və iştirakının təmin olunması üçün Müdafiə nazirinə müraciət etməli olduqlarını bildirmişdir. - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsindən görünür ki, N nömrəli hərbi hissə komandiri polkovnik Zülfüqar Abdullayevin vəzifəsi – alayın (briqadanın) kazarma-mənzil fondunun və digər bina və tikililərin yerləşdiyi ərazinin səliqə-səhmanına və onlardan düzgün istismar olunmasına, həmçinin alayda (briqadada) yanğından mühafizənin vəziyyətinə diqqət yetirməkdir. - xx.xx.N0N3-cü il tarixli 1N38 nömrəli, xx.xx.N0N4-cü il tarixli N8, 33, 30, 31, 33, 36, 37, 38 nömrəli; xx.xx.N0N4-cü il tarixli 339 nömrəli, xx.xx.N0N4-cü il tarixli 5NN, 5N3, 5N5, 5N8, 530, 534, 5N9, 53N nömrəli, xx.xx.N0N4-cü il tarixli 8N7, 8N8, 8N9, 830, 831, 83N, 833, 834, 835, 838, 839, 841, 84N nömrəli məktublardan görünür ki, Zülfüqar Abdullayev N nömrəli hərbi hissədə olan nasazlıqların aradan qaldırılması üçün Gəncə rayon Mənzil İstismarı-Hissəsinə və N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsinə məlumat verərək köməklik göstərmələrini xahiş etmişdir. - poçt göndərişlərinin izlənilməsi portalından müəyyən olunur ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində tərtib edilmiş protokol Zülfüqar Abdullayevə göndərilməmişdir. - xx.xx.N0N4-cü il tarixli 3-18-78/N-1973/N4 nömrəli məktubdan görünür ki, xx.xx.N0N3-cü il tarixdə keçirilmiş yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar edilmiş nöqsanlara görə N nömrəli hərbi hissənin yanğınsöndürmə komanda rəisi baş gizir X1N İXM-nin 518.1-ci maddəsi ilə vəzifəli şəxs qismində inzibati xəta haqqında protokol tərtib edilərək barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və həmin qərarın məcburi icra olunması üçün vəzifəli şəxsin əmək haqqından tutulması qərara alınmışdır. - 18 dekabr N0N3-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X13 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 (yüz) manat miqdarında inzibati cərimə edilmişdir. - N nömrəli hərbi hissənin komandirinin N0 may N0N4-cü il tarixli əmrinin çıxarışından görünür ki, hərbi hissənin yanğınsöndürmə komanda rəisi vəzifəsində xidmət edən baş gizir X8 əmək haqqısından 100 (yüz) manat pulun tutularaq dövlət büdcəsinə tam həcmdə köçürülməsi əmri verilmişdir. Məhkəmə inzibati işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandiri polkovnik X4 Azərbaycan Respublikası İXM-in 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, N nömrəli hərbi hissədə müayinə zamanı nöqsanların aradan qaldırılması “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsinə dair” Azərbaycan Respublikası Qanununa əsasən Zülfüqar Abdullayevin səlahiyyətinə aid deyildir. Çünki, həmin Nizamnamənin İİİ fəslində qeyd edilmişdir ki, alay (briqada) komandirinin vəzifəsi alayın (briqadanın) kazarma-mənzil fonduna, bina və tikililərin yerləşdiyi ərazinin səliqə-səhmanına və onlardan düzgün istismar olunmasına, alayda yanğından mühafizənin vəziyyətinə diqqət yetirməkdir. Məhkəməyə şikayətçinin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, aktda göstərilən nöqsanların aradan qaldırılması Mənzil İstismarı- Hissəsinin və N nömrəli hərbi hissənin Maddi-Texniki Təminat İdarəsinin səlahiyyətinə aid olduğundan Zülfüqar Abdullayev tərəfindən müxtəlif vaxtlarda məlumat verilmiş, lakin bununla bağlı heç bir tədbir görülməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, XN barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı protokolun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsə təqdim edilməməməsi həmin şəxsin hüquqlarının kobud şəkildə pozulmasıdır. Beləliklə, işin yuxarıda sadalanan hallarını nəzərə almadan və qanunvericiliyin tələblərinə riayət etməyək vəzifəli şəxs qismində X4 barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Gəncə X17 Nəzarəti İdarəsi tərəfindən N8 avqust N0N4-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.N. bu Məcəllənin 135.1.N – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. - 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.N. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan tənbeh vermə haqqında qərarı qəbul edərkən subyekti düzgün müəyyən etməmişdir. Buna görə də, şikayət təmin edilməli, vəzifəli şəxs XN inzibati xəta törədilməsinə aidiyyatı olmadığından onun barəsində tərtib edilmiş N8 avqust N0N4-cü il tarixli MN ******* saylı qərar ləğv edilməli və Azərbaycan Respublikası İXMnin 518.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X4 barəsində İXM-nin 518.1-ci maddəsi ilə qəbul edilmiş Gəncə X17 Nəzarəti İdarəsinin N8 avqust N0N4-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-3601/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3601/2024
28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver