Məhkəmə qərarları › İş №3(125)-3602/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3602/2025

24.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3602/2025 24.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Həsənli Məhəmməd Vahid oğlu X3 tərəfindən xx.xx.2025-ci il tarixli EQ 27645091 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 27903718 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 28129249 nömrəli, xx.xx.2025-ci tarixli EQ 28351656 nömrəli, xx.xx.2025 tarixli EQ 28652565 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29017386 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29239690 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29520881 nömrəli və xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: X3 şikayətlə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli EQ 27645091 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 27903718 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 28129249 nömrəli, xx.xx.2025-ci tarixli EQ 28351656 nömrəli, xx.xx.2025 tarixli EQ 28652565 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29017386 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29239690 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29520881 nömrəli və xx.xx.2025-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında elektron qərarlara xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X2 geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, X1 mübahisələndirdiyi qərarlar xx.xx.2025ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il, 14.07.xx.xx.2025-ci, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə qəbul edilmişdir. X3 tərəfindən hazırki şikayətə sözügedən qərarların surəti əlavə edilsə də, nə şikayətin məzmununda qərarın ona rəsmi qaydada hansı tarixdə təqdim edilməsi qeyd edilməmiş, nə də buna dair sübut şikayətə əlavə edilməmişdir. Şikayət isə xx.xx.2025-ci il tarixdə tərtib olunaraq, məhkəməyə təqdim edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar ona qanunla müəyyən edilmiş müddət ərzində təqdim edilmişdirsə, onun inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürdüyü müəyyən olunur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Məhkəmə qeyd edir ki, inzibati xəta haqqında qərarın şəxsə rəsmi qaydada təqdim edildiyi vaxt dəqiq müəyyən edildikdən və şikayətin qanunla müəyyən edilmiş müddət ərzində verildiyi müəyyən olunduqdan sonra inzibati xəta haqqında qərardan verilmiş şikayətə baxılması mümkün ola bilər. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcudluğu araşdırılır. Bundan əlavə, şikayətçi tərəfindən onun barəsində qəbul edilmiş bir neçə inzibati tənbeh vermə haqqında qərardan eyni anda, bir şikayət ərizəsi ilə müraciət edilmişdir. Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ona halda, məhkəmə hesab edir ki, şikayət vermiş şəxs barəsində tərtib edilmiş hər bir inzibati tənbeh vermə haqqında qərardan ayrı-ayrılıqda şikayət verməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 132 və 135-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: X3 tərəfindən xx.xx.2025-ci il tarixli EQ 27645091 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 27903718 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 28129249 nömrəli, xx.xx.2025-ci tarixli EQ 28351656 nömrəli, xx.xx.2025 tarixli EQ 28652565 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29017386 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29239690 nömrəli, xx.xx.2025-ci il tarixli EQ 29520881 nömrəli və xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar