Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-3606/2023 13.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlu, X3 barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə X2 Gəncə-Daşkəsən Regional İdarəsinin 17 noyabr 2023-cü il tarixli Qərarından verilmiş protestə, işin baxılmağa hazırlanması mərhələsində baxaraq müəyyən etdim: Gəncə Şəhər Məhkəməsinin icraatına Gəncə Şəhər X1 barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə X2 Gəncə-Daşkəsən Regional İdarəsinin 17 noyabr 2023-cü il tarixli Qərarından verilmiş protest daxil olmuşdur. Protesti nəzərdən keçirərək hesab edirəm ki, protest Gəncə Şəhər Prokurorluğuna geri qaytarılmalıdır. Belə ki, mübahisələndirilən Qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, qərara aldı: X3 barəsində Azərbaycan Respublikasının İXM-in 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsi barədə X2 Gəncə-Daşkəsən Regional İdarəsinin 17 noyabr 2023-cü il tarixli Qərarından verilmiş protest Gəncə Şəhər Prokurorluğuna geri qaytarılsın. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-3606/2023
Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-3606/2023
13.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver