Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3608/2025 08.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Umud oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X5 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis Nümayəndə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Gəncə şəhərində doğulmuş, Göygöl rayonu, Quşqara kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan X1” X5 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X5 Gəncə Regional İdarəsindən Şəxs barəsində tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən **-BG-*** dövlət qeydiyyat nişanlı “Mersedes” markalı minik avtomobilinin sürücüsü Şəxs saat 11:30-da Gəncə şəhəri, Əttarlar küçəsi ərazisində yoxlama aparılan zaman tələb olunan “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan X1” X5 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis Nümayəndə izahat verərək bildirdi ki, Gəncə şəhəri, Əttarlar küçəsi ərazisində monitorinq aparılan zaman Azərbaycan X1nin əməkdaşları barəsində protokol tərtib edilmiş şəxs -Şəxs qanunvericiliyin tələblərinə uyğun olaraq “Fərqlənmə nişanı”nı tələb etsələr də, sonuncu həmin fəqlənmə nişanından məlumatsız olduğunu, avtomobili icarə əsasında sürdüyünü, həmin nişanın icarədar da olduğunu bildirmişdir. Bu səbəbdən də onun barəsində akt və həmin akt əsasında da xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, onun idarə etdiyi “Mersedes” markalı minik avtomobilinin qanunvericiliyin tələblərinə uyğun olaraq “Fərqlənmə nişanı” vardır. AYNA əməkdaşları tərəfindən aparılan yoxlama zamanı “Fərqlənmə nişanı”nın təqdim edilməsi tələb edildikdə qərəzli olaraq onu təqdim etməkdən imtina etməmiş, müdirində olduğunu bildirmişdir. Buna baxmayaraq onun barəsində əsassız olaraq protokol tərtib edilmişdir. Bütün bunları nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Gəncə şəhəri, Əttarlar küçəsi ərazisində saat 11:30-da aparılan yoxlama zamanı **-BG-*** dövlət qeydiyyat nişanlı “Mersedes” markalı minik avtomobilinin sürücüsü Şəxs “Fərqlənmə nişanı”nı təqdim etməmişdir. İş materiallarında olan Azərbaycan X1nin Şəhərlərarası (rayonlararası) marşurutlarda fəliyyət göstərən avtobuslar üçün “Fərqlənmə nişanı”nın surətindən görünür ki, **-BG-*** dövlət qeydiyyat nişanlı “Mersedes” markalı minik avtomobilə həmin vaxt “Fərqlənmə nişanı”nın verilməsi mövcuddur. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, Şəxs idarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı “Mersedes” markalı minik avtomobilinin qanunvericiliyin tələblərinə müvafiq olaraq “Fərqlənmə nişanı” vardır. Azərbaycan X1nin Gəncə Regional İdarəsinin aparıcı inspektoru Rauf Vəliyev və kiçik inspektoru Ramin Əliyev A.Alixanın idarə etdiyi “Mersedes” markalı minik avtomobilinin “Fərqlənmə nişanı”nın olub-olmamasını müəyyənləşdirməmiş və onun barəsində hazırkı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31, 43, 53, 105, 111-112, 114-115, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-3608/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3608/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver