Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-3609/2025 14.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xurşudov Nadir Şahin oğlunun katibliyi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X2 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1951-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Xanlar Avtonəqliyyat” ATSCnin (VÖEN – **********) sərəncamverici direktor vəzifəsini icra edən, Göygöl rayonu, Hummel kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində “Azərbaycan X1” X2 Gəncə Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X2 Gəncə Regional İdarəsindən Şəxs barəsində tərtib edilmiş 10 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs tərəfindən **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı mikroavtobusun sürücüsü xx.xx.2025-ci il, saat 11:30-da Gəncə şəhəri, Əttarlar küçəsində avtonəqliyyat vasitəsininin reysqabağı texniki müayinədən keçirilmədən xəttə buraxılması aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində Azərbaycan “X1” X2 Gəncə Regional İdarəsinin nümayəndəsi, aparıcı mütəxəssis Nümayəndə protokolun məzmununa uyğun çıxış edərək bildirdi ki, əvvəllər də Şəxs AR İXM-nin eyni maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 150 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtoneqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası"nın 2.2-ci hissəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Odur ki, protokolda qeyd olunan inzibati xətanın həqiqətən Şəxs tərəfindən törədildiyini və buna görə də onun inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “Xanlar Avtonəqliyyat” ATSC-nin sədri vəzifəsini icra edir. Sürücülərlə marşrut müqaviləsi bağlayaraq onları “Fərqlənmə nişanı” ilə təchiz edir. Həmin avtomobillər sürücülərə məxsusdur. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan X1 (AYNA) Gəncə Regional İdarəsinin rəhbərliyinin şifahi göstərişinə əsasən - Azəravtonəqliyyat müəssisələrində avtobusların texniki baxışdan keçirilməsi mütləqdir. Odur ki, əmrlə müəssisədə fəaliyyət göstərən bütün avtobusların marşruta çıxmazdan əvvəl texniki baxışdan keçirilməsi qərara alınmışdır. Avtonəqliyyat vasitəsini texniki baxışdan keçirməyən sürücünün özü məsuliyyət daşıyır. Məhkəmə, iş materiallarında olan sənədlərə və proses iştirakçılarının izahatlarına məcmu halda qiymət verərək belə hesab edir ki, Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: -Gəncə Şəhər Məhkəməsinin 3(125)-3976/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat cərimə edilmişdir. -xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Gəncə şəhərində aparılan yoxlama zamanı və "xxxx" MMC-nin verdiyi arayışa əsasən Şəxs rəhbərlik etdiyi “Xanlar Avtonəqliyyat” ATSC-nin müvəqqəti istismarında olan 36 nömrəli şəhərlərarası marşrut xəttində işləyən **-BG-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsinin reysqabağı texniki müayinədən keçirilməsini təşkil etmədən marşrut xəttinə buraxılması aşkar edilmişdir. -İş materiallarına **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı avtonəqliyyat vasitəsinin reysdə olan zaman çəkilmiş bir ədəd fotoşəkli əlavə edilmişdir. -"xxxx" MMC tərəfindən Azərbaycan “X1” X2 Gəncə Regional İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Gəncə-Balçılı marşrut xəttində sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkət “XanlarAvtonəqliyyat” ATSC həmin xətt üzrə sərnişindaşıma xidməti aparan ** BG *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin 2025-ci ilin sentyabr ayının 1-dən bu günədək reysqabağı texniki müayinə olunmalarını təşkil etməmişdir. -“Xanlar Avtonəqliyyat” ATSC-nin sədri Şəxs tərəfindən məhkəməyə ünvanlanmış 4 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, 2025-ci ilin 9-cu ayında Balçılı-Gəncə marşrutu üzrə sərnişin daşıyan avtobusun sürücüsü Elxan Abutalıbov texniki müayinə baxışında iştirak etməmişdir. Azərbaycan Respublikası X1nin (AYNA) sərəncamı ilə keçirilən Tender müsabiqəsində o, Balçılı-Gəncə marşrutunu uduzmaq ərəfəsində olanda sürücülər ona tabe olmurdular və müəssisəyə ödəniləcək vergiləri ödəmirdilər. Odur ki, bu məsuliyyətdən azad edilməsini xahiş etmişdir. -“Xanlar Avtonəqliyyat” ATSC-nin 09 iyun 2022-ci il tarixli, 06 nömrəli çıxarışından görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyinin tabeliyində Azərbaycan X1 (AYNA) Gəncə Regional İdarəsinin rəhbərliyinin şifahi göstərişinə əsasən - Azəravtonəqliyyat müəssisələrində avtobusların texniki baxışdan keçirilməsi mütləqdir. Odur ki, müəssisədə fəaliyyət göstərən bütün avtobusların marşruta çıxmazdan əvvəl texniki baxışdan keçirilməsi qərara alınmışdır. Avtonəqliyyat vasitəsini texniki baxışdan keçirməyən sürücünün özü məsuliyyət daşıyır. -İş materiallarına "xxxx" MMC ilə “Xanlar Avtonəqliyyat” ATSC-nin arasında bağlanmış xx.xx.2025-ci il tarixli, **********025 nömrəli “avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması haqqında” müqavilə və həmin müqaviləyə 01 saylı əlavə-qiymətlərin razılaşma protokolu əlavə edilmişdir. -“Elektron Məhkəmə” İnformasiya Sistemindən görünür ki, Şəxs “Xanlar Avtonəqliyyat” ATSC-nin (VÖEN – **********) sərəncamverici direktor vəzifəsini icra edir, əməkhaqqı 250 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən Sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə -vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcıların sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtoneqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası"nın 2-ci və 3-cü hissələrinə əsasən həyata keçirilir. Qaydaların 2.2-ci hissəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. Qaydaların 2.3-cü hissəsinə əsasən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təyin etdiyi hüquqi və ya fiziki şəxslər tərəfindən təşkil edilmiş məntəqələrdə qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Qaydaların 3.2-ci hissəsinə əsasən, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Qeyd edilən hüquqi aktlardan da görünür ki, qaydalara əsasən sürücülərin həm texniki, həm də tibbi müayinədən keçirilməsi vəzifəsi daşıyıcıların üzərinə qoyulmuşdur. Şəxs təqsiri inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Şəxs tərəfindən **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes” markalı mikroavtobusun sürücüsü xx.xx.2025-ci il, saat 11:30-da Gəncə şəhəri, Əttarlar küçəsində avtonəqliyyat vasitəsininin reysqabağı texniki müayinədən keçirilmədən xəttə buraxılmışdır. Beləliklə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsi inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsində göstərilir ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən X2lərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Şəxs “Xanlar-Avtonəqliyyat” ATSC-nin icraçı direktoru olduğundan və bu fəaliyyəti ilə əlaqədar olaraq inzibati xəta törətdiyindən vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs son bir il ərzində eyni inzibati xətanı törətməkdə təqsirli bilinərək, 150 (yüz əlli) manat cərimə edilməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinməli və ona İXM-in 326-cı maddəsinin sanksiyası çərçivəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, ona 160 (bir yüz altmış) manat cərimə tənbehi tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-3609/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-3609/2025
14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver