Məhkəmə qərarları › İş №3(125)-361/2023

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-361/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-361/2023 10.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu müdafiə etmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X8 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X18 Xidməti Gəncə Regional X14 İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: FHN-nin DYNX-nin Gəncə RDYNİ-nin YTNİŞ-nin mühəndis inspektoru d.x kapitanı X12 tərəfindən tərtib edilmiş, hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Gəncə şəhəri, A.Bayrağı küçəsində Şəxs MMC tərəfindən inşa olunan yüksək və çoxmərtəbəli yaşayış binalarında xx.xx.2023-cü il tarixdə YTM zamanı AR YTQnın YTQN 01-2001 bənd 1.91, bənd 2.4, bənd 3.1, bənd 6,4, bənd 10.4 pozulması aşkar olunmuşdur. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən şəxs protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X18 Xidməti Gəncə Regional X14 İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC-də monitorinq aparılan zamanı nöqsanlar aşkar edilmiş və protokol tərtib edilmişdir. Protokol tərtib olunarkən Şəxs MMC-nin nümayəndəsi kimi X2 protokolu imzalamaqdan imtina etmişdir. İqbal Baxışəliyev təqdim etdiyi əmrdə iş icraçısı qeyd edilmiş, yanğın təhlükəsizliyinə nəzarət iş icrasının səlahiyyətinə aiddir, buna görə də protokolda nümayəndə kimi göstərilmiş, lakin bu barədə müvafiq etibarnamə alınmamışdır. Şəxs MMC-nin nümayəndəsi X13 məhkəmə iclasında bildirmişdir ki, Azərbaycan Respublikasının FHN DYNX Gəncə Regional X14 İdarəsi Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 518.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən möhtəbər sübutları məhkəməyə təqdim etməmiş, həmçinin tərtib edilmiş protokol İXM tələblərinin kobud şəkildə pozulması ilə həyata keçirilmişdir. Çünki nə protokolun, nə də aktın tərtib edilməsi, həmçinin yoxlamanın keçirilməsi barədə məlumat, xəbərdarlıq və ya digər üsulla bildirş təqdim edilməmiş, həmçinin protokol və akt tərtib edilərkən şahidlər və tikintiyə məsul şəxslər dəvət edilməmişdir. Hazırda Azərbaycan Respublikasında qüvvədə olan DİN-nin Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin rəisinin 25 may 2001-ci il tarixli 85 nömrəli və xx.xx.2002-ci il tarixli 43 nömrəli Əmrləri ilə təsdiq edilmiş nəzərdə tutulmayan tələblər müvafiq şikayət edilən aktda sual kimi qoyulmuşdur. İXM-in 518.1-ci maddəsində mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə-inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Protokolu və aktı tərtib edən inspektor tərəfindən "xxxx" MMC-nin qeyd edilən ünvanda aparılan tikintisində yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış, o cümlədən tərtib edilmiş Akt və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində "xxxx" MMC-yə bu günədək təqdim edilməmişdir. Beləliklə İXM-in 100.1.2,100.1.4,100.2,100.3, 100.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Bundan əlavə,“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” (20 oktyabr 2015-ci il tarixli) Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə görə, bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Protokolu və aktı tərtib edən inspektor tərəfindən "xxxx" MMC Gəncə şəhərində aparılan tikinti ünvanında yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı MMC yə göndərilməmişdir. Bundan əlavə, inspektor tərəfindən MMC-nin qeyd olunan ünvanında yerləşən tikinti ərazisində plan üzrə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini,yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməmiş, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüqquq və vəzifələri haqqında məlumat verməmişdir. Bununla da yoxlayıcı orqan tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.3 və 20.1-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Yoxlayıcı bu hərəkətləri ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20.9-cu maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. İş materiallarında inzibati orqan tərəfindən qərar qəbul edilməsi və cərimənin şərti tətbiq edilməsi üçün qeyd edilən şəxslərə vaxt verilməsi müəyyən olunmur. Həmçinin eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallan müəyyən edilmir, bu barədə sübutlar mövcud deyildir. Həmçinin aşağıdakılara əsasən nəzərə alınmalıdır ki, İXM-nin 116-cı maddəsində müəyyən edilmiş prosedur qaydalar məhkəmə tərəfindən də tətbiq edilə bilməz. 1. Çünki həmin maddəyə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı səlahiyyətli orqan (vəzifəli şəxs) çıxarır. Məhkəmə isə həmin maddədə qeyd edilmiş səlahiyyətli orqan (vəzifəli şəxs deyildir). 2. İXM-nin 116.3-cü maddəsində müddətin verilməsi kifayət etmir. Çünki həmin Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozmanın aradan qaldırılıb-qaldırılmaması yoxlanılmalıdır ki, inzibati cərimənin ödənilib-ödənilməməsinə qərar verilsin. Bu mənada həmin hüquqpozmanın aradan qaldırılması üçün, bu barədə yerində yoxlama aparılmalıdır. Məhkəmənin belə bir səlahiyyəti olmadığı üçün, həmin hüquqpozmanın aradan qaldırılıb- qaldı rılmamasını müəyyən edə bilməz. Həmin işləri məhz səlahiyyətli orqan (vəzifəli şəxs) yerinə yetirməlidir. 3. Bundan əlavə İXM-nin 116.4-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, şəxsə verməlidir. Həmin səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir. Beləliklə göründüyü kimi İXM-nin 116-cı maddəsində nəzərdə tutulmuş prosedur qaydalar, o cümlədən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qəbul etmək, hüquqpozmanı aradan qaldırılması üçün müddət müəyyən etmək, həmin müddət bitdikdən sonra hüquqpozmanın aradan qaldırılıb-qaldırılmamasını yoxlamaq, verilmiş məlumatın düzgünlüyünü 5 iş günü ərzində yoxlamaq, hüquqpozma aradan qaldırılmadıqda cərimənin ödənilməsini təmin etmək üçün tədbirlər görmək səlahiyyəti məhkəmə tərəfindən deyil, məhz səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Həmin maddədəki prosessual hərəkətləri etmək və qərarlar qəbul etmək məhkəmənin səlahiyyətinə aid deyildir. Ona görə də yalnız və yalnız İXM-nin 116-cı maddəsində müəyyən edilmiş bu prosedur qaydalara əməl edildikdən sonra İXM-nin 18.2-ci maddəsinə əsasən şərti cərimə edilmiş həmin işçinin və ya vəzifəli şəxsin törətdiyi inzibati xəta hüquqi şəxsin xeyrinə olduqda və ya hüquqi şəxsin maraqları üçün törədilmiş olması sübuta yetirilərsə, yalnız bundan sonra hüquqi şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilərdi. Göstərilənlərə əsasən, göstərilən qaydalara əməl edilmədiyi üçün, İXM-nin 518.1-ci maddəsi üzrə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə əməldə inzibati xəta tərkibinin bütün əlamətləri müəyyən edilmir, yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmçinin İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş: - 06 fevral 2023-cü il tarixli aktdan görünür ki, Fövqəladə Hallar Nazirliyinin X14 Xidmətinin Gəncə Regional X14 İdarəsinin Yanğın təhlükəsziliyi üzrə normativ iş şöbəsinin mühəndis-inspektoru daxili xidmət kapitanı X12, həmin şöbənin mühəndis- inspektoru daxili xidmət kapitanı X11 və mühəndis-inspektor daxili xidmət baş leytenantı X10 ilə bu aktı tərtib edirik ondan ötrü ki, 06 fevral 2023-cü il tarixdə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində inşa olunmuş çoxmərtəbəli və yüksək mərtəbəli yaşayış binalarında yanğın təhlükəsizliyinin etibarlı təmin olunması məqsədi ilə yanğın-texniki müayinə aparılmış və müayinə zamanı yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş nöqsana görə yanğın-texniki müayinə aktı və sözügedən obyektin nümayəndəsi ilə “AMAL Group" MMC barəsində inzibati xəta haqqında ******* nömrəli protokol tərtib edilmişdir. Müayinə zamanı tikintinin nümayəndəsi X1 İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsinə əsasən hüquq və vəzifələri izah edilmiş və X4 protokola imza etməkdən imtina etmişdir. - Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi X18 Xidməti Gəncə Regional X14 xidməti Yanğın-Texniki Müayinənin aparılması haqqında 0409 nömrəli qərardan görünür ki, Yeni inşa olunan çoxmərtəbəli və yüksək mərtəbəli yaşayış binaları: Gəncə şəhəri, Kəpəz rayonu, Gold Əminə marketin sağ trəfində Şəxsndə plan üzrə FHN-nin X18 Xidmətinin Gəncə regional X14 İdarəsi tərəfindən müayinə aparılması qərara alınmışdır. - Yanğın-Texniki Müayinə aktından görünür ki, FHN-nin DYNX-nin Gəncə Regional DYNİ-si tərəfindən Şəxs MMC-də müayinə aparılmış və qanun pozuntuları aşkar edilmişdir. Məhkəmə tərəfləri dinləyib, inzibati protokolu və əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati protokol düzgün tərtib edilməmiş və ona əlavə edilmiş material isə natamam olmaqla işə məhkəmədə baxılarkən tamamlamaq mümkün deyildir. Ona görə də protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Çünki xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, inzibati araşdırma zamanı hüquqi şəxsin nümayəndəsinin işə cəlb edilməsi, onun nümayəndə qismində səlahiyyətini təsdiq edən sənədin işə əlavə edilməsi, ona hüquq və vəzifələrinin izah edilməsi təmin edilməmiş, yalnız faktın aşkar edildiyi müəssisənin ünvanında nümayəndə kimi X3 işə cəlb edilərək inzibati protokolu imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, ixtiyari bir şəxs hətta hüquqi şəxsin işçisi olsa belə müvafiq səlahiyyətlərin olmasını təsdiq edən etibarnamə olmadıqda inzibati xəta haqqında iş üzrə icraatda hüquqi şəxsin nümayəndəsi ola bilməz. Kimlərin hüquqi şəxsin nümayəndəsi ola bilməsi, nümayəndənin səlahiyyətlərinin hansı qaydada təsdiq edilməsi İXM-nin 64-cü maddəsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 64.2-ci maddəsinə əsasən qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. Həmin Məcəllənin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarında görünür ki, inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 18.5, 109, 114, 115-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X14 Xidməti Gəncə regional X14 İdarəsinə geri qaytarılsın. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar